Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə24/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

 
70 
vəlisindən  aldığı  zülmə  dözməyərək  Mədinəyə  hicrət  edir.  Anası 
da  Yəməndən  olan  Əzd  qəbiləsindəndir.  Aliyə  İbn  Şureyk  əl-
Əzddir. Babası Məlik İbn Əbu Amr Tabiinlərin böyüklərindən olub 
Ömər,  Osman,  Təlhə  və  Aişə  -  Allah  onlardan  razı  olsun  -  hədis 
rəvayət  etmişdir.  Mədinənin  böyük  və  məşhur  alimlərindən 
sayılan  Rabia  İbn  Abdurrahmanın  dərslərində  iştirak  etmişdir. 
Ayrıca  İmam  Məlik,  Cəfər  Sadiqin  dərslərini  heç  bir  zaman 
qaçırmazdı. O, deyərdi: «Dəstəmazı olmadan hədis rəvayət etməz, 
Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  adı  xatırlandığında  üzü 
saralardı».  Tam  yetişdikdən  sonra  məsciddə  dərs  verməyə 
başlamışdır.  O,  deyərdi:  «Hər  kəs  məsciddə  oturub  dərs  verməz. 
Alimlərdən  70  nəfərin  məni  hazır  görməsinə  qədər  mən  dərs  və 
fətva  verməkdən  çəkindim».  Dərslərini  Məscidul  Nəbəvidə 
verməyə  başlamışdır.  Sonralar  isə  xəstələndiyi  üçün  dərslərini 
evində deyərdi. Bu xəstəliyini hər bir zaman hər kəsdən gizlədirdi. 
Xəstəliyi  ağırlaşıb  vəfat  edəcəyini  başa  düşdüyü  zaman  gizlətdiyi 
xəstəliyini  və  gizlətmə  səbəbini  dostlarına  belə  bəyan  etmişdir: 
«Əgər  həyatımın  son  günləri  olmasaydı  sizə  bildirməzdim.  Məni 
xəstəliyim  sidiyi  saxlayamamağımdır.  Peyğəmbərin  –  sallallahu 
aleyhi  və  səlləm  –  məscidinə  tam  dəstəmazlı  olmadan  gəlmək 
istəmədim.  Rəbbimə  şikayət  olmasın  deyə  xəstəliyimi  də  kimsəyə 
demədim».  Həm  Əməvilərin,  həm  də  Abbasilərin  hakimiyyəti 
illərində yaşamış və bir çox işkəncələrə də məruz qalmışdır. İmam 
Şafii - rahmətullahi aleyhi - onun haqqında demişdir: «Məlik, Allahın 
tabiinlərdən  sonra  ümmətinə  hüccət  olaraq  göndərdiyi  bir 
insandır».  900  yaxın  alimlərdən  dərs  almış.  Müəllimlərindən  İbn 
Ömərin  köləsi  Nəfi,  Abdurahman  İbn  Hurmuz,  Muhəmməd  İbn 
Müslim  İbn  Şihab  əz-Zuhri,  Yəhyə  İbn  Səid  və  s.  Tələbələrindən 
Muhəmməd  əş-Şafii olmuşdur. əl-Muvatta  əsərinin  müəllifidir.  H. 
179/795-cu  ildə  Rəbiul  Əvvəl  ayının  14  Mədinə  də  dünyasını 
dəyişmişdir.  Cənnətul  Bəqi  qəbristanlığında  dəfn  edilmişdir.  Bu 
uzun  ömründə  7  Əməvi,  5  Abbasi  xəlifəsi,  30  Mədinə  vəlisi 
görmüşdür.  «Muvatta»  –  İmam  Məlikin  zamanında  yazılmış 


 
71 
kitabların ən yaxşısı və ən çox faydalısı hesab olunur. İmam Şafii  
rahmətullahi aleyhi - deyir ki: «Yer üzündə Allahın kitabından sonra 
Məlikin  Muvatta  əsərindən  üstün  kitab  yoxdur».  Çünki  İmam 
hədis  haqqında  kitab  yazan  ilk  alimlərdən  idi.  Bu  kitabı 
toplamağına  səbəb:  Xəlifə  Mənsur  həcc  etdiyi  zaman  İmamın 
dərslrində  iştirak  etmiş  və ondan Peyğəmbərdən  – sallallahu aleyhi 
və  səlləm  –  gələn  səhih  hədislərin  bir  yerə  cəm  edilməsni  xahiş 
etmişdir.  İmam  da  bu  tələbə  uyğun  olaraq  «Muvatta»  kitabını 
toplayır. Bəzi məlumatlara görə bu kitabı 40 il ərzində toplamışdır. 
əl-Əvzai  -  rahmətullahi  aleyhi  -  Muvatta  əsərini  40  günə 
əzbərləmişdir. İmam deyir ki: «Mənim 40 il ərzində yazdığım əsəri 
40  günəmi  əzbərlədiniz?»  Ona  «Darul  Hicrənin  İmamı»  Mədinə 
şəhərinin alimi adı verilmişdir.  
 
Tövhid Barəsində Etiqadı 
 
əl-Hərəvi  rəvayət  edir  ki,  İmam  Şəfii  - rahmətullahi aleyhi - dedi 
ki,  İmam  Məlikdən  -  rahmətullahi  aleyhi  -  Kəlam  və  Tövhid 
barəsində sual soruşuldu. İmam: “Peyğəmbərin – sallallahu aleyhi və 
səlləm  –  ümmətinə  İstincanın  (ayaqyolundan  sonra  təmizlənmə) 
necə edilməsini öyrətdiyi halda Tövhidi öyrətməməsi imkansızdır. 
Tövhid Peyğəmbərin: “Mən Allahdan başqa ibadətə layiq haqq ilah 
yoxdur  –  deyincəyə  qədər  insanlarla  döyüşməyə  əmr  edildim” 
sözləriylə  ifadə  etdiyi  şeydir
77
.  Malın  və  qanın  qorunma  altına 
alınması Tövhidin həqiqətini ifadə edər”
78
.  
 
Daraqutninin  - rahmətullahi aleyhi - rəvayətinə görə  əl-Vəlid  İbn 
Müslim dedi ki: “Mən Məlikə, Sovryə, Əvzəyiyə və Leys İbn Sada 
(Allahın)  sifətlərinə  dair  rəvayət  edilmiş  xəbərlər  haqqında 
                                                
77
 Buxari 1399, Müslim 324.  
78
 “Zəmmul Kəlam” vr. 210, s. 63.  


 
72 
soruşdum.  Onların  hamısı:  “Onları  gəldikləri  kimi  də  qəbul  edin 
(onlarla əlaqəli keyfiyyət düşünməyin)” dedilər
79
.  
 
İbn Abdil Bərr - rahmətullahi aleyhi - deyir ki: “Məlikdən: “Allah 
Qiyamət  günündə  görüləcəkmi?”  deyə  soruşuldu.  O:  “Bəli”  dedi. 
Allah:  “O  gün  neçə-neçə  üzlər  sevinib  güləcək,  Öz  Rəbbinə 
baxacaqdır!”.  (əl-Qiyəmə  22-23)  deyə  buyurmuşdur.  Bir  başqa 
topluluq haqqında da belə buyurmuşdu: “Xeyr, həmin gün onlarla 
Rəbbi arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15)
80
.  
 
Qadi  İyad,  İbni  Nəfidən
81
 və  Əşhəbdən
82
 rəvayət  edir  ki:  “Ey 
Abdullahın atası! Allah: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz 
Rəbbinə  baxacaqdır!”.  (əl-Qiyəmə  22-23)  deyə  buyurmuşdur. 
Onlar  Allahamı  baxacaqlar?  Məlik:  “Bəli,  bu  iki  gözləriylə”  dedi. 
Mən:  “Bəziləri  iddia  edirlər  ki,  Allaha  baxmayacqlar.  burada 
baxmaq  (Nazira)  “Savabı  (mükafatı)  gözləmək  –  Muntazira  İləs 
Savab”  mənasındadır”  dedim.  Məlik:  “Yalan  söyləmişlər.  Əksinə 
Allaha  baxılacaqdır.  Sən  Musanın:  “Musa  dedi:  "Ey  Rəbbim! 
Özünü  mənə  göstər,  Sənə  baxım".  (əl-Əraf  143)  dediyinə  diqqət 
etmirsənmi?  Məgər  Musa  -  əleyhissəlam  -  Rəbbindən  imkansız  bir 
şeymi istəmişdir? Allah ona: “O dedi: "Sən məni görə bilməzsən...”. 
(əl-Əraf 143) yəni dünyada (görə bilməzsən) deyə buyurdu. Çünki 
dünya fani olduğu üçün fani olan bir şeylə Əbədi olana baxılmaz. 
Buna  görə  də  əbədi  diyara  girdiyin  zaman  Əbədi  olana  baxa 
                                                
79
 Darakutni  “Sifət”  s.  75,  əl-Acurri  “əş-Şəriə”  s.  314,  Beyhəqi  “əl-İtiqad”  s.  118,  Ubn  Abdil 
Bərr “Təmhid” 7/149.  
80
 əl-İntiqa s. 36.  
81
 İmam Məlikdən “İbn Nəfi” adı ilə rəvayət edən iki nəfərdir. 1) Abdullah İbn Nəfi İbn Sabit 
əz-Zubeyri  Əbu  Bəkr  əl-Mədəni.  İbn  Həcər  -  rahmətullahi  aleyhi  -  onun  haqqında  deyir  ki: 
“Doğru  sözlü  bir kimsədir”. H. 216-cı ildə  vəfat etmişdir. 2) Abdullah İbn  Nəfi İbn  Nəfi əl-
Məhzumi,  kunyəsi Əbu Muhəmməd əl-Mədənidir. İbn Həcər - rahmətullahi aleyhi - deyir  ki: 
“Siqa (etibarlı) bir kimsədir. Yazdıqları səhihdir. Lakin hifzində bir az zəiflik vardır”. H. 206 
vəfat etmişdir”. “Taqribut Təhzib” 1/445-456, “Təhzibut Təhzib” 6/50-51.  
82
 Əşhəb  İbn  AbdulaAziz  İbn  Davud  əl-Qeysi  Əbu  Ömər  əl-Misri.  İbn  Həcər  - rahmətullahi 
aleyhi - deyir ki: “Siqadır, fəqihdir”. H. 204 vəfat etmşdir”. “Taqribut Təhzib” 1/80, “Təhzibut 
Təhzib” 1/359.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə