67
rahmətullahi aleyhi - və s. Demişlər ki: “Sufyan hədisdə möminlərin
əmiridir”. Bəsrədə H. 161-ci il 66 yaşında dünyasını dəyişmişdir
76
.
Lələkai - rahmətullahi aleyhi - deyir ki, bizə Muhəmməd İbn
AbdurRahman İbn əl-Abbas xəbər verdi ki: Bizə Əbul Fadl Şuayb
İbn Muhəmməd İbn ər-Rciyan dedi ki: Bizə Əli İbn Hərb əl-Məvsili
dedi ki: Bizə Şuayb İbn Hərb belə deyərkən dinlədim. Mn Sufyan
əs-Sovriyə - rahmətullahi aleyhi - dedim ki: “Mənə Sünnətə uyğun
bəzi şeylər söylə ki, Əziz və Cəlil olan Allah onunla məni
faydalandırsın. Mən Uca və Böyük olan Allahın hüzurunda
durduğum zaman O mənə: “Sən bunu haradan öyrəndin?” deyə
soruşarsa mən: “Rəbbim, mənə bu hədisi Sufyan əs-Sovri -
rahmətullahi aleyhi - nəql etdi və mən onu ondan öyrəndim deyim
və qurtulum. Mənə görə cavabdeh sən olasan”. Sufyan -
rahmətullahi aleyhi - dedi ki: “Ey Şuayb! Bu ağır, həm də nə ağır bir
istəkdir”. Yaz: “Rahmən və Rahim olan Allahın adı ilə! Quran
Allahın kəlamıdır, məxluq deyildir. Ondan gəldi, Ona da
dönəcəkdir. Kim bundan başqa bir söz söyləyərsə o, kafirdir. İman
– söz, əməl və niyyətdir. Artar və əskilər. İtaətlə artar, asiliklərlə
azalar. Əməl olmadan sözün dəyəri olmaz. Söz və əməldə yalnız
niyyətlə dəyər tapar. Sözün, əməlin və niyyətin də caiz olması
yalnız sünnətə uyğun olması ilə dəyər tapar”. Şuayb dedi: “Ey
Abdullahın atası, sünnətə uyğunluq nə deməkdir?”. O: “İki şeyxi –
Əbu Bəkr və Öməri – radıyallahu anhum - önə keçirməkdir. Ey
Şuayb! Osman və Əlini – radıyallahu anhum - onlardan sonra
gələnlərdən önə keçirmədikcə yazdıqlarının sənə faydası olmaz. Ey
Şuayb İbn Hərb! Rəsulullahın – sallallahu aleyhi və səlləm - Cənnətlik
olduqlarına şahidlik etdiyi, hamısı da Qureyşdən olan on nəfər
müstəsna hər hansı bir kimsə Cənnətlik və ya Cəhənnəmlik
olduğuna şahidlik etməyi tərk etmədikcə sənə yazdırdıqlarımın
faydası olmaz. Ey Şuayb İbn Hərb! (ayaqlarını) ayaqqabıdan
çıxarmadan üzərinə məsh etməyi, ayaqlarını yumaqdan daha
uyğun görmədiyin müddətdə yazdırdıqlarımın sənə faydası
76
“Şəzəratuz Zəhəbi” 1/250.
68
olmaz. Ey Şuayb İbn Hərb! Namazda “Bismilləhir Rahmənir
Rahimi” gizli oxumağı açıqdan oxumaqdan daha üstün
görmədikcə yazdırdıqlarımın sənə faydası olmaz. Ey Şuayb İbn
Hərb! Xeyriylə şəriylə, acısı və şirini ilə qədərə və hamısının
Allahdan gəldiyinə iman etmədiyin müddətdə yazdırdılarımın
sənə faydası olmaz. Ey Şuayb İbn Hərb! Allaha and olsun ki,
Qədəriyyənin söylədiklərini Allah da söyləməmiş, mələklər də
söyləməmiş, Peyğəmbərlər də söyləməmiş, (Cənnət əhli də
söyləməmiş), Cəhənnəm əhli də söyləməmiş, onların qardaşları
olan lənətlik İblis də söyləməmişdir. Allah: “(Ya Peyğəmbər!)
Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ
yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan
çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi
kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala
bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr
edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin
cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola
bilməz!)”. (əl-Casiyə 23). “Amma Allah istəməyincə, siz istəyə
bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!”. (İnsan 30).
Mələklər: “Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və
nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç
bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, -
dedilər". (əl-Bəqərə 32). Nuh: “Əgər Allah sizi (haqq yoldan)
sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək
istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun
hüzuruna qaytarılacaqsınız!". (Hud 34). Şuayb: “Allah bizi sizin
(batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək,
(sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha
qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla
sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə)
hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey
Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən
hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89). Cənnət əhli: “Biz
69
onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib
çıxardarıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar
(Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran
Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz
özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin
peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə
görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir".
(əl-Əraf 43). Cəhənnəm əhli: “Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil
taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan
azan bir camaat olduq!”. (əl-Muminun 106). Qardaşları İblis: “İblis
dedi: "Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə...”. (əl-Hicr
39). Ey Şueyb! Yaxşı və günahkar hər bir kəsin arxasında namazın
səhih olduğuna, cihadın Qiyamətə qədər davam edəcəyinə, istər
zalım, istər adil olan hər bir əmirin bayrağı altında səbr etməyi
uyğun görmədiyin müddətdə yazdıqrdıqlarımın sənə faydası
olmaz. Şueyb: “Ey Əbu Abdullah! Bütün namazlar üçün (bunu
deyirsən)” dedim. O: “Xeyr, yalnız Cümə və iki bayram namazı
üçün bunu deyirəm. Bu namazları kimin arxasına yetişsən qıl.
Bunlardan başqa qalan namazlara gəldikdə isə sən azadsan. Yalnız
güvəndiyin və Əhli Sünnə vəl Cəmaatdan olduğunu bildiyin
kimsələrin arxasında qıl. Ey Şueyb! Əziz və Cəlil olan Allahın
hüzurunda durduğun zaman səndən bu sözlər barəsində
soruşarsa: Rəbbim! Bu sözləri mənə Sufyan söylədi de! Sonra da
məni Rəbbimlə tək burax!”.
Məlik İbn Ənəs
- rahmətullahi aleyhi -
Əbu Abdullah Məlik İbn Ənəs İbn Məlik İbn Əbu Amir əl-
Əsbahi. Dörd imamdan biridir. İmam, Hafiz, ümmətin fəqihi,
Şeyxulİslam, Hicrət yurdunun imamı H. 93/711-cü ildə Mədinə
şəhərində dünyaya gəlmişdir. Ailəsi əslən Yəmənli olub, babası Zu
Əsbəh qəbiləsinə mənsub olan Məlik b. Əbu Amr əl-Əsbəhi Yəmən
Dostları ilə paylaş: |