76
İman İlə Bağli Etiqadı
İbn Abdil Bərr, AbdurRazzaq İbn Həmmamdan rəvayət edir ki:
Mən İbn Cureyci
95
, Sufyan əs-Sovrini, Mamər İbn Raşidin, Sufyan
İbn Uyeynənin və İmam Məlikin: “İman söz və əməldir, artar və
əskilər” dediklərini dinlədim
96
.
Əbu Nuaym, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam
Məlik: “İman söz və əməldir” deyərdi
97
.
İbn Abdil Bərr, Əşhəb İbn AbdulAzizdən rəvayət edir ki, İmam
Məlik - rahmətullahi aleyhi - dedi: “Müsəlmanlar on altı ay Beytul
Məqdisə doğru namaz qılmışdılar. Daha sonra onlara Beytul
Harama doğru dönmələri əmr edilmişdir. Allah: “Allah sizin
imanınızı (bundan əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız
namazlarnızı)
əvəzsis
buraxmaz.
(əl-Bəqərə
143)
deyə
buyurmuşdu. Burada məqsəd Beytul Məqdisə doğru qıldığınız
namazadır. İmam: “Mən bununla Murciə etiqadında olanların:
Namaz imandan deyildir – sözlərinə diqqət çəkirəm
98
.
Səhabələr Barəsində Etiqadı
Əbu Nuaym, Abdullah əl-Anbərdən
99
rəvayət edir ki, İmam
Məlik - rahmətullahi aleyhi - dedi: “Kim Rəsulullahın səhabələrindən
hər hansı birisinin şanını əskiltərsə və ya qəlbində onlara qarşı bir
95
Abdullah İbn AbdulAziz İbn Cureyc ər-Rumi əl-Umevi əl- Məkki. Zəhəbi - rahmətullahi
aleyhi - deyir ki: “İmam, Hafiz, Haram bölgəsinin Fəqihi Əbul Vəlid kunyəlidir”. H. 150-də
vəfat etmişdir. “Təzkiratul Huffaz” 1/169, “Tarixu Bağdad” 10/300.
96
“əl-İntiqa” s. 34.
97
“əl-Hilyə” 6/327.
98
“əl-İntiqa” s. 34.
99
Abdullah İbn Səvvar İbn Abdullah əl-Anbəri əl-Bəsridir. Qazı olmuş, İbn Həcər -
rahmətullahi aleyhi - deyir ki: “Siqa (etibarlı) kimsədir, H. 228-də vəfat etmişdir”. “Taqribut
Təhzib” 1/421, “Təhzibut Təhzib” 1/327.
77
kin bəslərsə müsəlmanlara aid olan (Fey) qənimətdən onun heç bir
haqqı yoxdur. Daha sonra bu ayəni oxudu: “
Onlardan
(mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “
Ey
Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din)
qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı
kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən,
mərhəmətlisən!". (əl-Həşr 10). Buna görə də kim onların şanını
əskiltərsə və ya qəlbində onlara qarşı kin bəslərsə o kimsənin
Feydən hər hansı bir haqqı yoxdur”
100
.
Əbu Nuaym, Zubeyrin övladlarından
101
birinin belə dediyi
rəvayət edilir: Bizlər İmam Məlikin - rahmətullahi aleyhi - yanında
idik. Rəsulullahın səhabəsinin şanını əskiltən bir nəfərdən söz
açdılar. İmam bu ayəni oxudu: “Muhəmməd (əleyhissəlam) Allahın
Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı
sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları
(namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf
diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir.
(Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı
möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə
isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə
çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də)
möhkəmlənib
gövdəsi
üstünə
qalxaraq
əkinçiləri
heyran
qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür.
Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət
(günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd
buyurmuşdur!”. (əl-Fəth 29). Hər kimin qəlbində Rəsulullahın
səhabələrinə qarşı kin və qəzəb olarsa o, bu ayənin müsibətinə
uğrayar”
102
.
100
“əl-Hilyə” 6/327.
101
İmam Mlikdən - rahmətullahi aleyhi - dərs alan Abdullah İbn Sabit İbn Abdullah İbn əz-
Zubeyr İbn Avvamdır.
102
əl-Hilyə 6/327.
78
Qadi İyad, Əşhəd İbn AbdulAzizdən rəvayət edir ki, İmam
Məlikin - rahmətullahi aleyhi - yanında idik. Bu vaxt Ələvilərdən bir
nəfər onun yanında durdu. Onun məclisinə gəlib gedənlərdən idi.
Bu adam imama: “Ey Abdullahın atası” deyə cağırdı. İmam ona
tərəf baxdı. O adam: “Sabah Rəbbimin qarşısında durduğum
zaman məndən soruşduqda, mən də: “Mənə Məlik” dedi – deyərək
səni özümlə Allah arasında bir huccət (dəlil) etmək istəyirəm”.
İmam: “Soruş” dedi. Adam: “Peyğəmbərdən sonra insanların ən
xeyirlisi kimdir” deyə soruşdu. İmam: “Əbu Bəkr” dedi. O: “Sonra
kimdir?” dedi. İmam: “Ömər” dedi. O: “Sonra kimdir?” dedi.
İmam: “Haqsız öldürülən Osman” dedi. O: “Allaha and olsun ki,
bundan sonra əbədiyyən səninlə oturmaram (sənin məclisində)”
dedi. İmam: “Seçim etmək sənin haqqındır” deyə cavab verdi
103
.
Kəlam Barəsində Sözləri
Əbu Nuaym, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik
- rahmətullahi aleyhi - dedi: “Bir kimsə Allaha şərik qoşmaqdan
başqa digər bütün günahları edərsə, lakin həva və bidətlərdən
uzaq olarsa (kəlamı da zikr etdi) Cənnətə girər”
104
.
əl-Hərəvi, İshaq İbn İsadan
105
rəvayət edir ki, İmam Məlik -
rahmətullahi aleyhi - dedi: “Kim kəlam yoluyla dini öyrənməyə
çalıarsa zındıqlaşar, kim kimya yolu ilə mal əldə etməyə çalışarsa
iflasa uğrayar, kim də hədisin qərib ləfsini öyrənmək istəyərsə
yalan danışr”
106
.
103
“Tərtibul Mədarik” 2/44-45.
104
əl-Hilyə 6/325.
105
İshaq İbn İsa İbn Nəcih əl-Bağdadi. İbn Həcər - rahmətullahi aleyhi - deyir ki: “Doğru
sözlüdür. H. 214-də vəfat etmişdir”. “Taqribut Təhzib” 1/60, “Təhzibut Təhzib” 1/245.
106
“Zəmmul Kəlam” vr. 173 a.
Dostları ilə paylaş: |