64
oğlum! Yanında kimlər var?” deyə soruşdu. Mən: “Filan, filan və
filan deyərək yanımda olanların adlarını dedim”. Nə barədə
danışırsınız. Filan məsələ barəsində danışırıq – dedim. O: “Ey
Həmmad! Kəlamı burax” dedi. Mən: “Mən atamın işləri bir-birinə
qarışdırdığını görmədiyim kimi (yəni: öz sözlərinə müxalif
olduğunu), bir işi əmr edib sonra da o işi qadağan etdiyini də
görməmişdim”. Mən: “Ata, sən bundan öncə mənə kəlam ilə
məşğul olmağı əmr etmirdinmi?”. O: “Bəli, lakin bu gün mən sənə
kəlam ilə məşğul olmağı qadağan edirəm”. Mən: “Nə üçün?”
dedim. O: “Övladım kəlam məsələləri barəsində ixtilafa
düşdüyünü gördüyün bu kimsələr bir görüş ətrafında birləşmiş və
tək bir din üzərə idilər. Nəhayət şeytan onları bir-birilərindən
uzaqlaşdırdı, aralarına düşmənçiliyi və ayrılığı saldı, onlar da
sonunda ayrılığa düşdülər”
68
.
İmam Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Mən müşahidə
etdim ki, kəlam əhlinin ardıcılları sərtləşmiş və kobudurlar. Quran
və Sünnədən uzaqlaşmalarına iki barmaq arası baxardılar və buna
görə də əxlaq və təqvadan məhrum oldular”
69
.
Təqlid Barəsində Sözləri
İmam Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih
olduğu zaman mənim görüşüm odur»
70
.
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Haradan aldığımızı
bilmədikcə heç kimsəyə bizim görüşümüz ilə əməl etmək olmaz»
71
.
68
əl-Məkki “Mənakibu Əbu Hənifə” s. 373.
69
İmam Zəhəbi “Siyer” 6/399.
70
İbn Abbidin «Haşiyə» 1/63, «Rəsmul Muftu, Məcmuatur Rəsail» 1/4.
71
İbn Abdil Bərr «İntiqa fi Fəzailil Səlasətil Əimmətil Fuqaha» səh. 145, İbn Qeyyim «İlamul
Muvakkin» 2/309, İbn Abidin «Haşiyə» 6/293, Rəsmul Muftu s. 29-32, Şarani «Mizən» 1/55.
65
Əbu Hənifə – rahmətullahi aleyhi –deyir ki: «Dayandığım dəlili
bilmədikcə mənim görüşüm ilə fətva vermək haramdır. Biz bir
insanıq. Bu gün bir söz deyirik, sabah isə ondan əl çəkirik».
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Ey Yaqub! Məndən
hər eşitdiyini yazma. Çünki mən bu gün bir görüşü mənimsəyib,
səhəri isə onu tərk edə bilərəm. Sabah bir görüş sahibi oluram, o
biri gün isə onu da tərk edə bilərəm»
72
.
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Allahın Kitabı və
Rəsulunun Sünnəsinə tərs olan bir söz söylədiyim zaman mənim
görüşümü tərk edin»
73
.
Abu Amr AbdurRahman İbn Amr Əl-Əvzai
- rahmətullahi aleyhi -
İmam Nəvəvi “Təhzib” AbdurRahman İbn Mehdidən rəvayət
edir ki: “Hədisdə İmam kişilər dörddür: “Əvzai, Məlik, Sufyan əs-
Sovri və Həmməd İbn Zeyd”. H. 88-də düyaya gəlmiş, H. 157-də
dünyasını dəyişmişdir
74
.
Lələkai - rahmətullahi aleyhi - deyir ki, bizə Həsən İbn Osman
xəbər verdi ki: Bizə Əhməd İbn Hamdan xəbər verdi ki: Bizə Bişr
İbn Musa xəbər verdi ki: Bizə Muaviyə İbn Amr xəbər verdi ki:
Bizə Əbu İshaq xəbər verdi ki: əl-Əvzaidən soruşdum o, da belə
dedi: “Sən Sünnət üzərində sabit ol. Sünnət sahiblərinin durduğu
yerdə sən də dur. Onların dediklərini danış. Onların haqqında
danışmadıqları məsələlərdə sən də danışma. Səndən öncəki Saleh
Sələfin yolunu izlə. Çünki onlara bəs edən sənə də bəs edər”
75
. Sam
(Suriyə) əhalisi bu bidətdən – Quranın məxluq olması - xəbərsiz
72
Şarani «Mizən» 1/55, Əbul Həsənət «Nafiul Kəbir» s. 135.
73
Şarani «Mizən» 1/26.
74
“Şəzəratuz Zəhəbi” 1/241-242.
75
Lələkai “Şərhu İtiqadi Əhli Sunnə Vəl Cəmaa” 2/174.
66
idilər. Bu bidəti İraqlılardan bir kimsə gətirərək (insanlar) arasında
yaydı. Halbuki Şamın fuqahası və alimləri bu görüşlərini rədd edib
cavab vermişlər. Bununla belə Şam əhalisinin bir qrup kimsələrinin
qəlblərində bu bidət yer tutdu. Bu bidət dillərinə şirin gəldi və
nəhayət bu məsələdə başqaları ixtilafa düşdükləri kimi olar da
ixtilafa düşdülər. Əgər bu bir xeyir olsydı sizin Sələfləriniz dura-
dura bu özəl olaraq sizə verilməzdi. Çünki onlar Uca Allahın
seçdiyi Peyğəmbərinin – sallallahu aleyhi və səlləm - səhabələridir.
Peyğəmbərini – sallallahu aleyhi və səlləm - oların arasından seçib
göndərdi və onları müəyyən bir xüsusiyyətlə qiymətləndirərək
buyurdu: “Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir.
Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə
(öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku
edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən.
Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar
üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar).
Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə
bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-
qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə
qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi)
kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı
əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və
böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”. (əl-Fəth 29).
Abu Abdullah Sufyan İbn Səid əs-Sovri
- rahmətullahi aleyhi -
Sufyan əs-Sovri - rahmətullahi aleyhi - dövrünün fəqihlərindən-
dir. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki: “Mənim qəlbimdə
kimsə Sufyanın önünə keçə bilməz”. Şöbə, Yəhyə İbn Məin -
Dostları ilə paylaş: |