57
ayrı, iman da əməldən ayrı şeylərdir. Möminin bir çox vaxt bəzi
əməllərdən azad olması (onları etməməsi) bunun dəlilidir. Bu
halda mömindən imanın getdiyi söylənilməz. Heyz halında olan
qadın namazdan azaddır. Lakin ondan imanın qaldırıldığını,
yaxud imanın tərk edilməsinin əmr edildiyini söyləmək caiz
deyildir. Şəriət o, kimsəyə: “Orucu tərk et, sonra da qəza et”
demişdir. Lakin: İmanı burax, sonra da qəza et” deyilməsi caiz
deyildir. Fəqirə zəkat yoxdur – demək caizdir. Lakin fəqirin iman
etməsi lazım deyil demək caiz deyildir.
Xeyrin və Şərin təqdiri Allahdandır. Əgər bir kimsə xeyir və
şərin təqdirinin Allahdan başqasının olduğunu söyləyərsə, o kimsə
Allahı inkar və Tövhidini puç etmiş olar. Əməllər: Fərzlər, fəzilət
və Masiyət (günahlar) olmaq üzərə 3 qismə bölünürlər. Fərzlər:
Allahın əmri, diləməsi, məhəbbəti, rızası, qəzası, qüdrəti, elmi,
müvəffəq etməsi, yaratması və Lövhi Məhfuzda yazmasıdır. Fəzilət
(Sünnətlər): Allahın əmri olan əməllər deyildir. Əgər belə olsaydı
fərzlər olardı. Lakin fəzilət olan əməllər Allahın diləməsi,
məhəbbəti, rızası, qəzası, hökmü, elmi, müvəffəq etməsi, yaratması
və Lövhi Məhfuzda yazmasının nəticəsidir. Masiyət (günahar):
Allahın əmri nəticəsi deyildir. Lakin Allahın məhəbbəti, rızası və
müvəffəq etməsi olmadan: Diləməsi, qəzası, təqdiri, Hızlanı
(yardıma ehtiyac duyduğu anda yardımı kəsmək), elmi və Lövhi
Məhfuzda yazmasıdır.
Allahın ehtiyacı olmadan Ərşin üzərinə İstiva və İstiqrarı vardır.
Möhtac olmadan Ərşi və başqalarını mühafizə edər. Əgər Allahın
ehtiyacı olsaydı məxluqlar kimi aləmi icad və tədbirə qadir
olmazdı. Oturmaq və qərar tutmağa möhtac olsaydı Əşin
yaradılmasından öncə Allahın harada olduğu sualı ortaya çıxardı.
Uca Allah bundan Münəzzəhdir.
Quran – Allahın kəlamıdır, məxluq deyildir. Allahın vəhyi, nazil
etdiyi, ilahi zatının eyni olmayan, zatından da ayrı düşünülməyən
sifətidir. O, mushaflarda yazılmış, dillə oxunan, qəlblərdə yer
tutmaqla mühafizə edilir. Mürəkkəb, kağız və yazıların hamısı
58
məxluqdur. Çünki bunlar qulların fellərinin nəticəsidir. Lakin
Allahın kəlamı məxluq deyildir. Yazılar, hərflər, kəlimələr, işarələr
qulların başa düşməkləri üçün mənaya dəlalət edən şeylərdir.
Allahın kəlamı zatıyla qaim olup, mənası bu şeylerle başa düşülür.
Allahın kəlamının məxluq olduğunu söyləyən kimsə kafir olur.
Allah daima Ona ibadət ediləndir. Kəlamı isə Ondan ayrılmadan
oxunan, yazılan və hifz olunandır.
Peyğəmbərimiz Muhəmməddən – sallallahu aleyhi və səlləm -
sonra bu ümmətin ən fəzilətli olanı Əbu Bəkr əs-Sıddıq, sonra
Ömər, sonra Osman, sonra da Əlidir – Allah onlardan razı olsun - .
“Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar
Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir”. (əl-
Vaqiə 10-12) bunu ifadə edər. Kim daha öndə olarsa o, daha
fəzilətlidir. Onları hər bir mömin və müttəqi sevər, nifrət edənlər
isə münafiq və pis kimsələrdir. Qullar əməlləri, iqrarları və
marifətləri ilə məxluqdurlar. Fail məxluq olduqda onun felinin də
məxluq olması lazımdır. Allah məxluqatı aciz və zəif olduqları
halda gücləri olmadan yaratmışdır. Onların yaradanı və ruzi verəni
Allahdır: “Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi
öldürən və daha sonra (Qiyamət günü) dirildəcək məhz
Allahdır…”. (ər-Rum 40). Halal qazanc və halalından mal yığmaq
halaldır. Haramdan mal yığmaq isə haramdır. İnsanlar 3 qismə
ayrılırlar: İmanında səmimi olan mömin, küfründə dirənən inkarçı
kafir və nifaqda sabit olan ikiüzlü müanfiq. Allah möminə əməli,
kafirə imanı, münafiqə isə ixlası fərz etmişdir. “Ey insanlar!
Rəbbinizdən qorxun!...”. (əl-Həcc 1) ayəsində: “Ey möminlər!
Allaha itaət edin”, “Ey kafirlər! Allaha iman edin”, “Ey münafiqlər!
Allaha ixlaslı və səmimi olun” mənası vardır.
İstitaa (əməli etmək üçün güc) feildən əvvəl və sonra deyildir,
yalnız fellə bərabərdir. Əgər İstitaa feldən əvvəl olsaydı, qul
ehtiyacı anında Allahdan mustəğni olardı. Bu isə: “Allah zəngin,
siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona
möhtacsınız)...”. (Muhəmməd 38) ayəsinə müxalif olardı. İstitaa
59
feldən sonra olması felin gücsüz və istitaatsız meydana gəlməsi
olurdu.
Məstlər üzərinə məsh etmək varid olan hədisə görə caiz olub:
Muqim üçün bir gün bir gecə, səfərdə olan üçün üç gün üç gecədir.
Hədis mütəvatirə yaxın olduğu üçün inkar edənin küfründən
qorxulur. Səfərdə namazları qısaltmaq və oruc tutmamaq
rüxsətdir. “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.
(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər
qədər başqa günlərdə oruc tutmalıdırlar...”. (əl-Bəqərə 184) ayəsi
bunu ifadə edər.
Allah “Qələmə” yazmağı əmr etmişdir. Qələm də: “Nə yazım
Ya Rəbbim!” demişdir. Allah: “Qiyamətə qədər olacaq şeyləri yaz!”
buyurmuşdu
54
. “Onların etdiyi hər şey əməllərinin yazıldığı
kitablarındadır. Hər bir kiçik və böyük əməl yazılmışdır”. (əl-
Qəmər 52-53) ayəsi bunu açıqlayır.
Heç şübhəsiz ki. Qəbr əzabı vardır. Munkər və Nəkir sorğu sualı
haqdır. Bu haqda hədislər varid olmuşdur. Cənnət və Cəhənnəm
haqdır və əhli üçün yaradılmışdır. Allah möminlər üçün Cənnəti:
“Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz
(mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!”.
(Ali İmran 115). Kafirlər üçün də Cəhənnəmi: “Madam ki, bele bir
işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün
hazırlanmış, yanacağı
(günahkar)
insanlardan və
kibrit
daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”. (əl-
Bəqərə 24) ayələrində yaratdığını göstərmişdir. Allah Cənnət və
Cəhənnəmi mükafat və cəza üçün yaratmışdır. Mizan haqdır. “Biz
qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq
edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir
əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik”. (əl-
Ənbiya 47) ayəsi bunu ifadə edir. İnsanın kitabını (əməl dəftərini)
oxuması haqdır. “(Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl
dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz
54
Əbu Davud, Tirmizi.
Dostları ilə paylaş: |