insanların fəlsəfə adlandırdığı biliklərin tərkib hissəsi idi. Başqa
sözlə desək, qədim dövrdə fəlsəfə dünyagörüşü qəbilindən olan
mühakimələrlə yanaşı, elmin başlanğıc vəziyyətini də əhatə edir-
di. Fəlsəfə yenicə yarandığı o uzaq dövrlərdən başlayaraq ta XVII
əsrə qədər universal elm hesab olunur,
bütün digər elmlər isə
onun tərkib hissələri kimi çıxış edirdi. Antik yunan alimləri, orta
əsrlərdə müsəlman və Avropa alimləri həm də filosoflar idi.
Lakin tədricən, xüsusən ən yeni dövrdə fəlsəfə ilə elmin qarşılıqlı
münasibəti məsələsinə yanaşmada iki meyil aşkar şəkildə təza-
hür etmişdir. Bir tərəfdən, fəlsəfi mühitin özündə fəlsəfənin elm
kimi qəbul edilməsinə qarşı çıxan meyil yaranmışdı. Məsələn,
alman filosofları Artur Şopenhauer (1788-1860) və Fridrix Nitsşe
(1844-1900) iddia edirdilər ki, fəlsəfə elm deyil, incəsənətdir.
Digər tərəfdən, fəlsəfə təməlində yaranmış və ondan ayrılmış
elm
özünəməxsus təfəkkür tərzi, onun üçün spesifik sübut,
biliyin əsaslandırılması və sınaqdan keçirilməsi formaları, həqi -
qət haqqında təsəvvürlər, tədqiqat vasitə və metodları yarat-
maqla fəlsəfədən uzaqlaşmış və onun müstəqil eksperimental
bazaya malik olmadığını iddia etməyə başlamışdır.
Müasir dövrdə fəlsəfə ilə elmin qarşılıqlı münasibətləri proble -
minə bu baxışların hər birinin öz tərəfdarları vardır. Biz də bu
problemə aydınlıq gətirməyə çalışacağıq.
Hər hansı biliklər sisteminin elmi biliklər sistemi hesab edilə
bilməsi üçün: 1) onun necə təşkil edilməsi; 2)
yeni biliyin necə
yaranması; 3) onun nəyi əks etdirməsi; 4) onun necə fəaliyyət
göstərməsi; 5) onun gerçəkliklə əlaqəsinin nədən ibarət olması
aydınlaşdırılmalıdır. Birinci iki əsasa görə, fəlsəfə elmdir, sonrakı
iki əsasa görə o, dünyagörüşüdür, beşinci əlamətə görə fəlsəfə və
elm eyni şeylərdir. Beləliklə, fəlsəfə təşkil üsuluna görə elmdir,
lakin spesifik şüur forması kimi elm deyildir.
Fəlsəfə
elmi məzmuna malikdir, buna görə o, elmdir. Fəlsəfə fik -
rin ayrıca və xüsusidən ümumiyə, hadisədən mahiyyətə doğru
hə rə kətini nəzərdə tutur. Fəlsəfənin vəzifəsi, obrazlı şəkildə de -
sək, ağacların sayına əsasən canlı meşəni, onun dolğun mənzərə -
17
F ә l s ә f ә
downloaded from KitabYurdu.org
sini görmək, bir-birini əvəz edən təlimlərdə ən səciyyəvi və da -
vamlı cizgiləri, üstünlük təşkil edən meyilləri aşkar etməkdir.
Fəlsəfə elmdir, lakin o, bütünlüklə elmdən ibarət deyildir. İlk
növbədə, dünyagörüşünün kateqorial refleksiyası
olan fəlsəfə
təkcə elmin deyil, bütövlükdə mədəniyyətin, bütün insani müna-
sibətlər sisteminin, insanın qüvvələrinin mahiyyətinin həmin
münasibətlərdə təzahür etməsi baxımından, insanın dünyada
tutduğu yeri dərk etmək mövqeyindən özünüdərk kimi çıxış
edir. Əgər fəlsəfəyə bu cür yanaşsaq, o, ontoloji və qnoseoloji
məzmunla bitmir. Fəlsəfədə əsas yeri aksiologiya tutur.
Fəlsəfə elmi-idrak fəaliyyətinin xüsusi növü olmaqla onun öz
mövzusu,
vasitələri, son məhsulları, subyektləri və digər struk-
tur elementləri vardır. O, əsas etibarilə insana, onun daxili həyatı-
na və ruhuna yönəlmişdir.
Fəlsəfədə olduğu kimi, elmin də öz metodları, kateqoriyaları,
gercək dünyanın ən mühüm cəhətlərini, xassələrini, münasi-
bətlərini əks etdirən ümumi anlayışları vardır. Lakin fəlsəfi kate-
qoriyalar ən ümumi xarakter daşıyır, elmi kateqoriyalar isə
bütövlükdə gerçəkliyin xassələrini deyil,
onun müəyyən fraq-
mentinin xassələrini əks etdirir.
Elmi idrak metodu təfəkkürün və praktiki fəaliyyətin elə üsulları
və qaydaları sistemidir ki, tədqiqatçılar onları tətbiq etməklə yeni
bilik əldə edirlər.
Elmin strukturunda idrakın
Dostları ilə paylaş: