mülahizələrinə görə sosial aləmdə yeri olmayan qaydaların tən-
qidinə və dəyişdirilməsinə yönəldirlər.
İdeologiya obyektivlik prinsipini deyil, partiyalılıq prinsipini
rəhbər tutur. Partiyalılıq isə ideoloji nəzəriyyələrin sosialyönüm-
lü olmasını nəzərdə tutur və heç
də həmişə biliyin maksimum
doğruluğuna nail olmağa istiqamətləndirmir, bəzən isə elmə
kənardan zorla qəbul etdirilən süni konstruksiya kimi çıxış edir.
Fəlsəfə ilə ideologiya arasında müəyyən əlaqə olduğuna görə,
onun məzmunu da müəyyən mənada sosial baxımdan şərtlən-
miş olur. Məsələn,
baxmayaraq ki, həm Hegel, həm də Marks
rasionalist idilər, Hegel zəkanı fəlsəfənin mərkəzi hesab edir,
Marks isə fəlsəfəni cəmiyyətə tərəf yönəldərək,
onun prinsipləri-
ni proletariatın sosial-qrup və sinfi maraqları baxımından tətbiq
edirdi. Bertran Rasselin (1872-1970) fəlsəfəsi də Leninin (1870-
1924) fəlsəfəsi kimi ateist fəlsəfədir, amma dini dünyagörüşün
B.Rassel tərəfindən burjua tənqidi, Lenin
tərəfindən isə marksist-
proletar tənqidi arasında böyük fərq vardır.
Fəlsəfə cəmiyyətin və dövrün xarakterinin güclü təsirinə məruz
qalmışdır. Hegel fəlsəfənin bu xüsusiyyətini nəzərdə tutaraq onu
zamanın mənəvi məhək daşı, dövrün mənlik şüuru adlandırırdı.
Fəlsəfənin ideoloji əsasları onun sosial əhəmiyyətini artırır,
insanların ictimai həyatında fəlsəfənin yerini gücləndirir, lakin
onun həqiqi dünyabaxışı və nəzəri əhəmiyyətini azaltmır. Elmi
fəlsəfə öz dövrünün ictimai-tarixi şəraitinin təsirinə məruz qalır,
lakin bununla bərabər öz problemlərini müstəqil şəkildə,
ideolo-
ji pərdələnməyə əl atmadan və bilərəkdən sanksiyalaşdırılmış
“sosial sifariş” olmadan təhlil və həll etmək üçün nə
mümkündürsə edir.
Dostları ilə paylaş: