Fəlsəfə ilə hüququn qarşılıqlı münasibətləri
məsələsinə fəlsəfənin
hüquqi problemlərin həllinə təsir göstərməklə bu sahəyə necə
müdaxilə etməsi və hüququn dövrün fəlsəfi təsəvvürlərinə necə
təsir göstərməsi baxımından yanaşmaq lazımdır.
Nəzəri biliyin ilk forması kimi yaranmış fəlsəfə dini-mifoloji
dün yabaxışından ayrılmışdır. Bu, həm fəlsəfənin,
həm də hüquqi
şüurun müstəqil formalaşması üçün zəruri idi. Hələ qədim yu -
nan mütəfəkkirləri Fales, Anaksimandr və Anaksimen o uzaq
dövrdə Yerin, Günəşin, ulduzların, heyvanların və insanın mən -
şə yi barədə doqmatik dünyagörüşü təsəvvürləri ilə razılaşma -
dıq larını bildirir və göstərirdilər ki, bütün şeylərin ilkin əsası su,
hava və ya oddur.
Filosoflardan Sokrat, Platon və Aristotel “əda -
ləti” hər kəsin tabeçilik göstərməli olduğu qanunamüvafiqlik və
ya ictimai sazişin nəticəsi kimi təsəvvür edirdilər. Beləliklə,
qədim yunan cəmiyyəti nəzəri hüquqi şüuru ilk dəfə fəlsəfə
əsasında yaratmışdır.
Fəlsəfənin bütövlükdə dini xarakter daşıdığı Orta əsrlərdə
hüquqi şüur ilə fəlsəfə arasında ciddi oxşarlıq
olduğunu görmək
mümkündür. Orta əsrlərdə fəlsəfə kimi hüquqi şüur da dinin çox
güclü təsirinə məruz qalmışdı. Həmin dövrdə hüquq yaradıcılığı
kilsə və şəriət normaları ilə məhdudlaşırdı.
Maarifçilik dövründə hüquqi şüur üstünlük təşkil edən fəlsəfi
ideyaların təsiri altında təbiətşünaslığın təfəkkür üsullarını mə -
nimsəyir. Ən yeni dövrdə də fəlsəfi şüur hüquqi problemləri
yenidən dərk etməyin ən adekvat forması olmuşdur. V.P.Jeltova
və O.Q.Drobnitski göstərirlər ki, hüquqi
şüur özünün nəzəri for-
masında ali “etiraf” kimi fəlsəfəyə müraciət edir. Fəlsəfə isə öz
növbəsində bu ideoloji rolu yerinə yetirərkən hər hansı başqa
konkret sosial problemdə olduğu kimi, hüquq probleminin də ən
ümumi formasıdır. Biz fəlsəfi kateqoriyaları elmi nəzəriyyələrin
qurulmasının əsası olan idrak
fəaliyyətinin fundamental, ilk
növbədə metodoloji ilkin şərtləri kimi tətbiq etməklə onların
hüquq sahəsində necə “işlədiyini” izləyə bilərik. Bunun üçün ta -
rixi və məntiqi, konkret və mücərrəd, sistemlilik və komplekslik
kateqoriyalarını fərqləndirmək olar.
23
F ә l s ә f ә
downloaded from KitabYurdu.org