münasibətdə kəskin tənqidi mövqe tutmaq cəmiyyətin keçmişini
və
bu gününü, eləcə də onun gələcəyini qiymətdən salır.
Cəmiyyət keçmişdə yalnız baxışların qeyri-mükəmməl,
hərəkətlərin səhv olmasını düşünürsə, o, özünün taleyinə də
marağı itirir. Keçmişlə əlaqəni kəsmək və “heçdən” yenilik yarat-
maq barədə çağırışlar hiddət doğurur.
Keçmişə münasibətdə düzgün mövqe tutmaq üçün “siviliza-
siyanın mənəvi irsi” anlayışına daxil olanların
qeyd-şərtsiz
dəyərinin əsaslarını müəyyən etmək lazımdır. Burada əsas
məsələ sivilizasiyanın topladığı sərvətlərə münasibətdə şüurlu
mövqe tutmaqdır. İrs barədə yalnız o yerdə danışmaq olar ki,
orada həmin irsi başa düşsünlər, tarixi yaradanlara rəğbət və hör-
mət bəsləsinlər. Varlıq barədə təsəvvür
yaradan və təkcə bunun
hesabına müxtəlif dövrlərdə yaşamış insanları əlaqələndirən
aktın xarakteri vacibdir. Bu, konkret həyati nümunələr əsasında
qaynaqların, abidələrin, dünya incəsənət incilərinin emosional
təsirində özünü göstərir.
Mədəni irsə münasibətdə şüurlu varislik cəmiyyətin mənəvi
zənginləşməsinin rəhnidir. Mədəni varislik ziddiyyətli prosesdir.
Varislik prosesində miras kimi mənimsənilmiş
dəyərlər nəinki
dirçəldilir, həm də inkişaf etdirilir, təkmilləşdirilir, yeni nəsillərin
mədəni simasına uyğunlaşdırılır.
Mədəniyyəti insan fəaliyyətindən ayırmaq olmaz. İnsan
mədəniyyəti yaratmaqla həm də özünü yaradır; mədəniyyət
insanı yaratmaqla həm də özünü yaradır.
Dostları ilə paylaş: