Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə20/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfə və əxlaq.
İctimai şüurun formaları kimi fəlsəfə və əxlaq ilk
baxışda bir-birindən uzaqdır və insan mənəviyyatı sahəsində
onlar demək olar ki, əks qütblərdə dayanır. Əxlaqın genezisini
izləsək, görərik ki, o, sosial tənzimləmənin ilk formalarının
yaranması ilə eyni vaxta düşmür, şəxsiyyətin tayfa kollektivin-
dən ayrılması dövrünə aiddir və onun özünüdərkinin təşəkkülü
deməkdir. Erkən antik mədəniyyətdə əxlaq şəxsi həyatın qurul-
masının mənəvi vasitəsi kimi, Platonda və Aristoteldə isə həm də
ictimai həyatın qurulması üçün mənəvi vasitə kimi çıxış edir.
Aristotel birinci olaraq əxlaqa mənəviyyatçı kimi deyil, alim və
nəzəriyyəçi kimi yanaşmışdır. Dünya haqqında iki - əxlaqi və fəl-
səfi təfəkkür üsulunun tarixən bir-birindən ayrılması məhz
Aristoteldən başlanır. Bu proses yalnız XIX-XX yüzilliklərdə tam
başa çatmışdır. Şüurun spesifik formaları və təfəkkür üsulları
kimi fəlsəfə ilə əxlaq arasında mövcud olan fərq ictimai fikir tari -
xində onların qarşılıqlı münasibətlərini kifayət qədər rəngarəng
və mürəkkəb etmişdir. 
Əxlaq insanların cəmiyyətdə davranışının tənzimlənməsi
funksiyasını yerinə yetirən sosial təsisatdır. “Əxlaq” və
“mənəviyyat” anlayışları çox vaxt identik anlayışlar kimi
işlədilir, lakin onlar mənəvi şüurun və mənəvi praktikanın müx-
təlif aspektlərini göstərə bilərlər. 
İctimai şüurun bir forması olan əxlaq həm də mənəvi praktikanın
xüsusi növüdür. Əxlaq təkcə mənəviyyatı deyil, həm də onu
doğuran sosial şəraiti, insanın və cəmiyyətin ümdə tələbatını əks
etdirdiyi üçün xeyir və şər, xoşbəxtliyə can atmaq, varlığın
mənası və digər anlayışları praktikadan təcrid olunmuş şəkildə
təyin etmək qeyri-mümkündür. Mənəviyyatın tərəqqisinin başlı-
ca şərti mənəvi şüurun inkişaf etməkdə olan praktikaya adekvat
olmasıdır. Məhz əxlaqi münasibətlərin bu anlayışı fərdin öz
davranışını müstəqil tənzimləməsinə və ətrafında baş verən
bütün hadisələrin mənəvi əhəmiyyəti barədə mühakimə yürüt-
məsinə kömək edir. 
Mənəviyyat şüurun klassik dəyər formasıdır və buna görə də fəl-
səfə ilə mənəviyyatın münasibəti məsələləri xüsusi əhəmiyyət
33
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


kəsb edir. Əgər mənəviyyata fəlsəfənin gündəlik tənzimləyici
funksiyası kimi deyil, dünyaya mənəviyyatlı baxış kimi nəzər
salsaq, onların təmas nöqtələrini tapmaq olar. Bu baxımdan,
əxlaqi təsəvvürlər dünyaya münasibətin, sosial gerçəkliyi qəbul
və ya inkar etməyin müəyyən üsulu kimi çıxış edir ki, fəlsəfə də
bu faktdan dəfələrlə istifadə etmişdir.
Orta əsrlər fəlsəfəsinin, maarifçilik fəlsəfəsinin, burjua fəl-
səfəsinin təhlili göstərir ki, elmi və dəyər yanaşmalarının bir-biri -
nə qarşı qoyulması ilə yanaşı, xüsusilə də insan haqqında söhbət
gedəndə, fəlsəfənin əxlaqi şüurla razılaşmadığı hallar da olmuş-
dur. Bu fakt onu göstərir ki, fəlsəfi şüur öz təbiətinə görə dəyər
elementlərindən xilas ola bilmir. Kantın mövqeyi buna əyani mi -
saldır. Həmin mövqeyə görə, fəlsəfə insan zəkasının onların ən
mühüm sərvət meyilləri, ilk növbədə mənəvi dəyərləri ilə bağlı
olan ən ali məqsədlərini göstərməlidir. Əxlaqın fəlsəfədən
törəmə olması Kant üçün xarakterikdir. O, belə hesab edir ki, saf
və həqiqi əxlaq qanununu yalnız fəlsəfədə axtarmaq lazımdır.
Müasir burjua fəlsəfəsi də fəlsəfə ilə mənəvi dünyagörüşünün
qarşılıqlı münasibəti probleminə diqqəti cəlb edir. Bu məsələ
barədə onun mövqeyi müstəsna dərəcədə alternativdir: ya fəlsəfə
əxlaq baxışını ehtiva edir və bu zaman insana elmi baxışa qarşı
çıxır, ya da “ciddi elm” xatirinə mənəviyyat problemlərini öz
tərkibindən çıxarır. 
Marksizm fəlsəfə ilə əxlaqın qarşılıqlı münasibəti problemini
mövcud sosial qaydaların inqilabi yolla dəyişdirilməsi haqqında
daha geniş məsələ çərçivəsində həll edir. Marksizm belə hesab
edir ki, şüurun başqa formaları kimi, mənəviyyat da real sosial
praktikadan irəli gələn və buna görə müstəqillik görkəmini itir-
məkdə olan ideologiya sahəsinə aiddir. 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə