Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə21/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfə və ekologiya.
Müasir elmi-texniki inqilab cəmiyyətlə
təbiətin qarşılıqlı münasibətlərini həddən artıq
mürəkkəbləşdirmişdir. Bu gün cəmiyyət bəşəriyyəti təhlükə
qarşısında qoyan, hava və su mühitinin yad materiallarla
(sənaye tullantıları ilə) çirkləndirilməsi, qarşısıalınmaz iqlim
dəyişmələri, atmosferin ozon təbəqəsinin dağılması, ölümsaçan
34
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


yeni virusların yaranması, təbii ehtiyatların qıtlığı, eləcə də
cəmiyyətlə təbiət arasında maddələr, enerji və informasiya
mübadiləsi prosesində təbiətə daha intensiv antropogen təsir
nəticəsində “bəşəriyyət-təbiət” sisteminin dağılması ilə əlaqə-
dar ekoloji problemlərlə üzləşir. Cəmiyyətlə təbiətin münasi-
bətlərində böhran başlanması bütövlükdə elmdə və ilk
növbədə, sosial-fəlsəfi nəzəriyyədə insanın, cəmiyyətin və
təbiətin gələcək taleyi haqqında tamamilə haqlı təşvişə səbəb
olmuşdur. Demək olar ki, bundan dərhal sonra bəşəriyyətin
gələcəyi barədə fundamental öncəgörmələr və proqnozlar
yayılmışdır. Ekoloji problemlərin yaranması şərtlərinin və
səbəblərinin aşkara çıxarılmasına, onların səviyyələrinin və
istiqamətlərinin müəyyən edilməsinə yönəlmiş elmi konsep-
siyalar irəli sürülmüşdür. Elmi biliklərin yeni sahəsi olan
ekologiya həyata vəsiqə almışdır. 
“Ekologiya” termini etimoloji baxımdan “oikos” (ev) və “logos”
(təlim) sözlərindən yaranmış və elmdə biologiyanın bölmələ rin -
dən birinin adı kimi bərqərar olmuşdur. “Ekologiya” terminini
elmə gətirən alman bioloq-evolyusionisti Ernst Hekkel (1834-
1919) olmuşdur. O, 1866-cı ildə çapdan çıxmış “Orqanizmlərin
ümu mi morfologiyası” kitabında həmin termini “qeyri-üzvi və
üzvi mühitdə heyvanların ümumi münasibətlərini, onların bir-
başa və ya dolayı əlaqəyə girdiyi başqa heyvanlara və bitkilərə
dost və düşmən münasibətlərini tədqiq edən” elm barəsində
işlətmişdir. Tədricən ekologiya canlı orqanizmlərin ətraf mühitlə
qarşılıqlı təsirini öyrənən elm kimi inkişaf etmişdir. Sonralar
yaranmış sosial ekologiya XX əsrin 70-ci illərinin ortalarına qədər
özünün aşağıdakı dörd əsas qanununu ifadə etmişdir: 
– hər şey hər şeylə əlaqəlidir; 
– hər şey harayasa getməlidir; 
– yaxşısını təbiət bilir
– heç nə havayı əldə edilmir. 
Bu gün sosial ekologiya ilə yanaşı, elmi biliyin başqa sahələri də
məlumdur: insan ekologiyası, qlobal ekologiya, şəhər ekologiyası və s. 
35
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Lakin bu elmlərin necə inkişaf etməsindən asılı olmayaraq, bir
məsələ getdikcə daha çox ehtimallı və mübahisəsiz olur ki, ekolo-
ji problemlərin əsas səbəbi təbiətdə deyil, insanın və cəmiyyətin
dəyər-etik təsəvvürlərindədir. Ekoloji problemlər təbiətdə yaran-
mazdan və ekoloji böhranın təzahürü olmazdan əvvəl insanın
mənəvi aləmini ehtiva edən böhranı əks etdirir, bu isə artıq fəl-
səfənin maraq sahəsidir. Ona görə də bu problemlərin fəlsəfi
baxımdan mənalandırılması xüsusi əhəmiyyət kəsb edir, çünki
onların dərin gizli fəlsəfi mənası vardır. Ən ümumi problemlər,
dünyanın əzəli əsasları haqqında suallar, sosiumda üstünlük
təşkil edən dəyər-dünyagörüşü məsələləri məhz mənəvi
fəaliyyətin xüsusi sahəsi olan fəlsəfədə öz əksini tapır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə