Çin filosofları dünyanın vəhdəti
məsələsinə böyük əhəmiyyət
verirdilər. Bununla əlaqədar Tyan (hərfi mənası “Göy”) və Dao
(hərfi mənası – “yol”) anlayışları yaranmışdır. Tyan böyük
başlanğıc, əbədi, şəxsiyyəti olmayan, şüurlu ali qüvvədir. Dao isə
bu qüvvənin təsiri ilə əşyaların bölünməsi qanunudur. Lakin
Tyan və Dao barədə daosizmin və konfutsiçiliyin interpre-
tasiyaları fərqli idi.
Daosizm e.ə. VI-V əsrlərdə Çində yaranmışdır.
Daosizmin banisi
Lao-Tszı adlı müdrik şəxs (e.ə. VI-V əsrlər) hesab edilir. Lao-
Tszının təliminin əsas ideyaları “Dao-de tszin” adlı məşhur
qədim Çin abidəsində şərh edilmişdir.
Lao-Tszının fikrincə, Tyan və Dao dünyanın fövqündə dayanan
anlayışlardır. O deyirdi ki, dünyada mövcud olanların hamısı
Tyanın istəyi ilə əşyaların dəyişməsi barədə Dao qanununa
uyğun olaraq yaranır və idarə edilir.
Dünyada hər şey hərəkətdə
və dəyişməkdədir, dəyişməz şeylər yoxdur və dəyişmə prose -
sində zərurət yarandıqda bütün şeylər özünün əksinə çevrilir.
Şeylərin dəyişməsi zərurət üzündən və müəyyən qanuna uyğun
olaraq baş verdiyi üçün insan təbii inkişaf prosesinə müdaxilə
etməməlidir. İnsanların inkişaf prosesinə hər hansı müdaxiləsi
bu qanunun pozulmasına və bununla da pislik yaranmasına
kömək edə bilər. İnsanların bütün
bədbəxtliklərinin səbəbi
onların hadisələrin təbii gedişinə müdaxilə etməsi, təmtərağa və
israfçılığa meyil etməsidir.
Təfəkkürü “Yerin və Göyün güzgüsü” adlandıran Çjuan-Tszı
(e.ə. təqribən 369-286-cı illər) daosizmin inkişafına sanballı töhfə
vermişdir. O, gerçək dünyanı reallığın rəmzi inikası hesab edir və
idrakın vəzifəsini bu simvolikanın açıqlanmasında görürdü.
Qədim Çində ən nüfuzlu və üstün fəlsəfi təlim konfutsiçilik
olmuşdur. Konfutsinin (e.ə. 552-497-ci illər) Tyan və Dao haqqın-
da təlimində onlara əsasən etik məna verilirdi. Konfutsinin etik
konsepsiyası cəmiyyətdə yaranmış davranış normalarına
riayət
etmək yolu ilə sosiumla insan arasında harmoniyanı qoruyub
saxlamağa yönəlmişdir. O, belə hesab edirdi ki, insan Göydən
52
R a m i z M e h d i y e v
downloaded from KitabYurdu.org
asılıdır. Tyan – Göy insanı doğmaq, ona nələri isə bəxş etmək və
onu məhv etmək iqtidarındadır. Göy bütün canlıların ulu əcdadı
və böyük hökmdarıdır: insan övladını dünyaya gətirən də odur,
şeylərin dəyişməsi qanununu insana şamil edən də.
Konfutsi
bunu əsas götürərək insanı Göy – İnsan – Yer triadasının orta üz -
vü hesab edirdi. Burada insanın mövcudluğunun həm Göy, həm
də Yer tərəfindən şərtlənməsinə aşkar işarə edilir. Konfutsinin
nəzərində Göy qeyri-müəyyəndir, o, “danışmır” və buna görə də
insanın öz təbiəti haqqında təsəvvürləri çox dolaşıqdır. Deməli,
insan
Daonu hiss etməli, ona tabe olmalı və dediklərinə riayət
etməlidir. Daonun göstərişlərinə riayət etmək mükəmməl insan
olmaq deməkdir.
İnsanın mükəmməlliyi haqqında Konfutsinin təsəvvürü insanda
beş yaxşı cəhətin olmasını nəzərdə tutur:
jen
– insaniyyət, yəni
abırlı davranış normativlərinə, etiketə, “başqalarının mənə
etmək istəmədiyini mən də başqalarına etmək istəmirəm” əxlaq
imperativinə
riayət edilməsi;
Dostları ilə paylaş: