dir, dünya isə illüziyalar toplusudur; dünya haqqında təsəvvür-
lər bilməzliyin məhsuludur.
Vedantada həyatın məna və
məqsədini müəyyən edərkən
mokşa
– insanın dünyaya bağlılıqdan tam azad olması, onun zəka nuru
tapması və Brəhmənlə qovuşması idealına müraciət etmək
səciyyəvi haldır. Vedantistlər
özlərinin ən ali nemət, son məqsəd
kimi başa düşdükləri mokşa vəziyyətinə çatmağa çalışırlar. Hind
fəlsəfəsinin məqsədi fəlsəfə ilə həyat arasında körpü yaradan
mokşa konsepsiyasıdır.
Klassik hind fəlsəfəsi bütün hind mədəniyyətini sıx
birləşdirən
başlanğıca çevrilərək çox cəhətdən bu mədəniyyətin xarakterini
müəyyən etmişdir. Qədim hind təfəkkürünün tolerantlığı, onun
sintetik və geniş əhatəli xarakteri sayəsində hind mədəniyyəti
həyat
qabiliyyəti, çeviklik və dözümlülük kimi keyfiyyətlər kəsb
etmiş, bu isə həmin mədəniyyətin xalq arasına yol tapmasına və
inkişafın fasiləsizliyini pozmaq,
qədim ənənələri məhv etmək
cəhdlərinə qarşı davam gətirməsinə imkan vermişdir.
Dostları ilə paylaş: