Filasofiya az: filosofia qxd


çji - müdriklik, ziyalılıq;  i



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə30/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

çji
- müdriklik, ziyalılıq; 
i
– düz -
günlük, namusluluq, ailədə və işdə münasibətlərdə ədalətlilik
li
– müəyyən olunmuş qaydalara riayət etmək qabiliyyəti, ideal
prinsip, tarazlıq, intizamlılıq; 
syao
– valideynlərinə danışıqsız
qulaq asmaq. 
Konfutsi ritual, abırlılıq, hörmətcillik, həssaslıq, nəzakətlilik kimi
başa düşülən 
li
keyfiyyətinə çox böyük əhəmiyyət verirdi. Bun -
dan əlavə, 
li
dedikdə, çox güman ki, 
daoya
zidd olmayan düz -
gün hərəkət başa düşülürdü. Konfutsi deyirdi: “
li
-yə müvafiq
olmayan hörmətcillik qorxaqlıq deməkdir. 
Li
-yə müvafiq olma -
yan cəsarət qiyamçılıq deməkdir. 
Li
-yə müvafiq olmayan inad-
karlıq kobudluq deməkdir”. Bu sözlərin mənasını belə başa düş -
mək lazımdır ki, insanın əməlləri onun şəxsi marağına deyil,
ümumi rifaha tabe edilməlidir. Yalnız bu halda dünya huma -
nistləşər, həqiqi təbiətini qazanar.
Konfutsi insanın “həqiqi insan” olması üçün onun can atmalı ol -
du  ğu idealı təklif edir: “Həqiqi insan qruplar şəklində birləşmir,
lakin ümumidir; kiçik insan qruplarda birləşir, lakin ümumi
deyildir”. Öz ixtiyarına verilmiş həqiqi insan mükəmməlləşir, öz
53
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


həqiqi “Mən”ini tapır, bütün şeylərlə vəhdət təşkil edir. Kiçik
insan isə əksinə, xüsusi maraqlarını güdərək həmişə qruplar
şəklində birləşir. 
Konfutsi insan haqqında, onun təbiəti haqqında bir sıra dərin
fikirlər söyləmişdir. O deyirdi ki, insanlar öz təbiətinə görə bir-
birinə yaxındır, lakin tərbiyə prosesində bir-birindən aralanırlar.
Fikirsiz təlim hədər, elmsiz fikir cəfəngiyatdır. 
E.ə. 195-ci ildə imperator Konfutsiyə qurban kəsəndən sonra
konfutsiçilik Çində geniş yayılmağa başlayır və tədricən dövlət
dininə çevrilir; E.ə. 136-cı ildə Konfutsi qanunlarını mənimsəmiş
insanlar üçün elmi rütbə tətbiq edilir; bizim eranın 59-cu ilində
ölkənin bütün məktəblərində Konfutsiyə rəsmi qurbanlar
kəsilməsi haqqında fərman verilir. Lakin konfutsiçiliyin dövlət
dini kimi bərqərar olması daosizm problemlərinə marağı zəiflət-
mir. Men-Tszı (e.ə. 372-289-cu illər), Syun-Tszı (e.ə. təxminən
313–238-ci illər), Çjou Dunya (1017-1073-cü illər), Çjan Tszay
(1019-1077-ci illər), Çju Si (1130-1200-cü illər) kimi mütəfəkkir-
lərin təlimlərində konfutsiçilik Konfutsinin ifadə etdiyi ilkin
ideyalar kompleksindən təkamül edir, konfutsiçiliyin fəlsəfi
məzmunu dərinləşir.
Konfutsinin Göy, İnsan və Yer haqqında təsəvvürləri Orta əsr-
lərdə (960-1279-cu illər) Çində yaranmış Sun fəlsəfi məktəbində
xüsusi modifikasiyaya uğramışdır. Qərbin fəlsəfə tarixçilərinin
“neokonfutsiçilik” adlandırdığı bu cərəyanı təmsil edən
mütəfəkkirlər diqqəti buna cəlb edirlər ki, insanın varlığı təbii-
kosmik sferanın universal qanunlarına tabedir. Konfutsinin
davamçıları olan filosofların fikrincə, insan özünün “həqiqi
təbiəti” haqqında bilikləri özünü təkmilləşdirmə yolu ilə qazanır.
Özünü təkmilləşdirmə dedikdə, fərdin dəyişməkdə olan sosiu-
mun strukturunda həqiqi vəziyyətini daim bu vəziyyətə müvafiq
davranış normaları, ideal etik prinsiplərlə müqayisə etməsi pro -
sesi başa düşülür. 
Sun mütəfəkkirləri qədim konfutsiçilərin insana xas olan “əzəli
yaxşı keyfiyyətlər” haqqında təsəvvürünü nəinki qoruyub
54
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


saxlamış, hətta onu inkişaf etdirmişlər. Xeyirxahlıq insana
əzəldən xas olan keyfiyyətdir. Göy bu keyfiyyəti insana xalis şə -
kil də, yəni pisliyə qarşı qoyulmadan bəxş etmişdir. Lakin insanın
daxili təbiəti fəaliyyətə başlayan kimi Xeyir və Şər bölgüsü baş
verir: xeyirxahlıq insanın təbiətindən irəli gəlir, pislik isə insanın
öz təbiətinə zidd əməllərinin nəticəsidir.
Qədim dövrdə konfutsiçilik İnsana yönəlmişdisə, Orta əsrlərdə
konfutsiçi filosoflar antropologizləşmiş kosmosa müraciət
edirdilər.
Konfutsiçilik fəlsəfəsini dini etiqad olan konfutsiçilikdən fərq lən -
dirmək lazımdır. Çünki Göy, İnsan, Yer münasibətlərinin fəlsəfi
və dini anlamı dünyagörüşü və idrak baxımından müxtəlif isti -
qamətlərə yönəlmişdir: fəlsəfədə şüurun idrak məqsədi, dində
isə fövqəltəbii qüvvələrə inam ön plana keçir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə