Filasofiya az: filosofia qxd


ilk növbədə xristianlığın “Üçallahlılıq” ehkamından uzaq olan çox ciddi monoteizmlə;  ikincisi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə32/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

ilk növbədə
xristianlığın “Üçallahlılıq” ehkamından
uzaq olan çox ciddi monoteizmlə
ikincisi,
kilsənin bir təsisat
kimi, ruhaniliyin müəyyən iyerarxiyası kimi mövcud 
olma-
ması,
üçüncüsü, normativ, requlyativ aspektlərin xüsusi iza-
hedici-rasionalist aspektlər üzərində üstünlük təşkil etməsi ilə
izah olunur. Bu xüsusiyyətlər müsəlman aləmində intellektual
vəziyyətin özünəməxsusluğu – dini ehkamların rasionalist təh -
li linə kəskin tənqidi münasibəti şərtləndirmişdir. Bu, teolo gi ya -
nın əqli nəticələrə əsaslanan doqmatika sistemi kimi yaranması -
nı şərtləndirən İlahi, təbii və insani dəyərlərin qarşılıqlı müna-
sibətləri problemini istisna edən monoteizmi şərtləndirmişdir.
Müqəddəs Kitabın rasionalist təhlili kimi teologiyanın müsəl-
man aləmində məhdud inkişaf etməsi və əksinə, fiqhin – hü -
quq şünaslığın güclü inkişaf etməsi də bununla bağlıdır. Başqa
amillərlə yanaşı, dini etiqad ehkamları haqqında spekulyativ
təlim kimi teologiyanın zəifliyi Orta əsrlərdə müsəlman dün ya -
sında fəlsəfi təfəkkürün həmin dövr üçün nadir xarakterini
şərtləndirmişdir – antiavtoritar, rasionalist, antidoqmatik, dün -
yə vi yönümlü, təbii-elmi biliklərlə sıx əlaqəli təlim.
Bütün bunlar müsəlman Şərqində fəlsəfənin islam dünyagö rü -
şü sisteminin hüdudlarında və onun güclü təsiri altında inkişafı
üçün zəruri olan mənəvi və intellektual ab-hava yaranmasına
kömək etmişdir. Ərəb-islam dünyasının fəlsəfi təfəkkürü Orta
əsrlərdə bu xüsusiyyət sayəsində aşağıdakı cərəyanlarla təmsil
59
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


edilmişdir: 1) ”Saf qardaşlar” təlimi, 2) rasionalist kəlam teolo -
gi yası, 3) Şərq peripatetizmi, 4) sufilik.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə