Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə18/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfə və incəsənət.
İctimai şüurun spesifik formaları olan fəlsəfə
və incəsənət arasında qarşılıqlı münasibətlərin kökləri çox
qədimdir. Bu qarşılıqlı münasibətlərin bütün tarixi boyunca fəl-
səfə gerçəkliyin incəsənət sahəsinə aid olan bədii mənim-
sənilməsi üçün tətbiq edilmişdir. 
Fəlsəfə və incəsənət arasında qarşılıqlı münasibətlərin təkamülü
estetik ideal və onun tarixi taleləri nümunəsində daha asan
izlənilə bilər. Çünki gerçəkliyi dərk etməyin bu iki üsulu arasın-
da mübahisələr qədim tarixə malikdir. Estetik idealın mifoloji-
27
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


kosmoloji bünövrəsini daha universal və daha mücərrəd mənəvi
bünövrə ilə əvəz etmək perspektivini, gözəlliklə mənəvi-ağla-
batan olanı eyniləşdirmək perspektivini ilk olaraq nəzərdə tutan-
lardan biri Sokrat olmuşdur. Buna görə o, həm mifoloji ənənələr-
lə, həm də bu ənənələrin real daşıyıcıları ilə çox kəskin
münaqişəyə girmişdi. “Komediyanın atası” Aristofanın (e.ə.
təqribən 445-385-ci illər) qızışdırdığı bu münaqişə Sokratın faciəli
şəkildə həlak olması ilə nəticələnmişdir. Onun işini davam
etdirən Platon gerçəkliyi dərk etməyin bədii üsuluna qarşı fəlsə-
fi əqli nəticələr çıxarmaq üsulunun həqiqiliyini təsdiq etməyə
çalışırdı. Y.N.Davıdovun sözlərinə görə, antik dünyanın süqutu
dövründə estetik ideal yaranır. Onun üçün, birincisi, ruhun
təbiətə, daxilin zahirə, qəlbin bədənə, şəxsi həyatın ictimai
fəaliyyətə qarşı qoyulması və ikincisi, fərdin daxili aləminə, onun
mənəvi həyatına diqqətin artması mühüm əlamətdir. Bu idealın
ən adekvat ifadəsi Roma heykəltəraşlıq portretində və tənha
müdrik stoikin fəlsəfi-estetik idealında təcəssüm olunmuşdur. 
Orta əsrlərdə estetik ideal xristian şüuru zəminində kamillik
səviyyəsinə çatır – Platonun dini-etik münasibəti estetik-hissi
münasibətə qarşı qoymaq ruhunda baxışlarını Avqustin inkişaf
etdirir. Əşyalar aləminin estetik-hissi xarakteristikaları mənəvi-
dini iztirablar, Allahın intellektual seyri sahəsinə keçir. Foma
Akvinski gözəlliyi mənəviyyatla, daha doğrusu, idrak sahəsi ilə
əlaqələndirir və Allahın özünü estetik xüsusiyyətlərlə səciyyə -
ləndirirdi. 
Analoji prosesi Orta əsrlərdə müsəlman aləmində də müşahidə
edirik. Məşhur sənətşünas Şərif Şükürov islamın estetik
mövqeyini bu cür səciyyələndirir: “Məhz bədii yaradıcılıq -
ədəbiyyat, memarlıq, təsviri sənət və sənətkarlıq mədəniyyətə və
deməli, dinə də ötəri olmayan xarakter verir”. İslamda dinin
estetik mövqeyi Məhəmməd peyğəmbərin dilindən belə ifadə
edilir: “Allah özü gözəldir və O, gözəlliyi sevir”. Allah gözəldir,
deməli, Onun yaratdığı dünya da, xəlq etdiyi insan da gözəl
olmalı, poetik, memarlıq və təsviri sənət formaları dünya
mədəniyyətinə mənsub olmalıdır (onu da əlavə edək ki,
28
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


yaradıcılıq fəaliyyətinin müxtəlif növləri üçün xüsusilə əlverişli
olan ilhamlı vəziyyət islam dininə görə ilahi nemət kimi bəxş
edilir). İslamın dialoji varlığının, mövcudluğunun, onun ritorik
yönümünün zəruri şərtləri belədir. 
Estetik ideal və ictimai şüurun qeyri-dini formaları arasında əla qə
- İntibah dövrünün səciyyəvi cəhətidir. Bu dövrdə dini dünya
seyrçiliyinin hüdudlarından kənara çıxmaq panteizm və onun
Yaradan - Allah ideyası vasitəsilə həyata keçirilirdi. Hissi, cismani
gözəlliyin həqiqi mənbəyi ruhdur. İndi ondan həmin gözəlliyin
alçaldılması üçün deyil, ucaldılması üçün istifadə edilir. C.Bruno,
Servantes və Şekspir gözəlliyi məhz bu cür başa düşürdülər.
Fransa burjua inqilabı dövründə Həqiqətin, Xeyirin və Gözəlliyin
vəhdəti İdrak əsasında təsdiqlənir. Lakin maarifçi rasionalizmə
romantik reaksiya incəsənətin təbiətinin mahiyyətinin qeyri-
rasionalist, bəzən isə hətta antirasionalist təfsirinə yönəlmiş geniş
fəlsəfi cərəyanı doğurmuşdur. 
İnqilabdan sonrakı dövrdə maarifçi rasionalizm əsasında yaran-
mış pozitivizmin səciyyəvi cəhəti Həqiqəti, Xeyiri və Gözəlliyi
İdrak əsasında birləşdirməkdən ibarət idi. Ogüst Kont təbiət
səltənətinin dəyişməsində insanın fəal şüuruna çox böyük
əhəmiyyət verirdi, Herbert Spenser isə belə hesab edirdi ki, elm-
siz nə mükəmməl əsər ola bilər, nə də mükəmməl qiymət.
Spenser üçün gözəllik və zəka eynilik təşkil edir. 
Sonralar Şopenhauer və Nitsşe estetik ideal məsələsini Azadlığa
fəlsəfi məhəbbət prizmasından keçirmişlər. Berqson, Şpenqler,
Maks Veber, Yaspers, Sartr və marksist filosoflar isə Həqiqətin,
Xeyirin və Gözəlliyin qarşılıqlı münasibəti məsələsinin özünə -
məxsus həllini təklif etmişlər. 
Nəzərdən keçirdiyimiz tarixi-fəlsəfi material fəlsəfə ilə
incəsənətin qarşılıqlı münasibətini daha dərindən və daha
dolğun başa düşməyə imkan verir. Bu qənaətə gəlmək olar ki, fəl-
səfə incəsənətlə ədəbiyyatın təsirini dərindən qəbul edir, lakin o
da öz növbəsində dünyanın bədii dərkinin bu formalarına əks-
təsir göstərir. 
29
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


İncəsənət dünyanı müxtəlif bədii obrazlar vasitəsilə öyrənir və
əks etdirir. Bədii yaradıcılıq sənətkarın fikir və emosiyalarını
maddi incəsənət vasitələrində idrakın obyekti olan dünya ilə
qırılmaz əlaqədə əyaniləşdirmə kimi müəyyən edilir. Bədii
yaradıcılıqda şəxsi-emosional komponent ön plana çəkilir.
Sənətkar yaradıcı fəaliyyət vasitəsilə bədii obrazı formalaşdırır
və başqa insanların psixikasına müəyyən təsir göstərmək məqsə-
di ilə öz qavrayışını resipiyentə translyasiya edir. 
Beləliklə, incəsənətin təbiəti inikasetdirmə-ifadəetmə şəklində
təzahür edir. 
İncəsənət gerçəkliyin obrazlı dərkidir. Burada fərdilik, vahidlik
üstünlük təşkil edir. Təbiətşünaslıqda isə əksinə, biliyin müxtəlif
səviyyələrdə, o cümlədən qanunlar şəklində ümumiləşdirmələri
üstünlük təşkil edir. İncəsənət də ümumini inikas etdirir, lakin bu
ümumi konkret canlı obrazlarda təqdim olunur. İncəsənətdə sin-
tetik başlanğıc çox böyük əhəmiyyət kəsb edir. Əgər təbiət elm-
lərində indiyə qədər elementar yanaşmaların üstünlük təşkil et di -
yi və sistem yanaşmanın yalnız son onilliklərdə böyük rol oyna -
dığı halda, obyektlərin tam şəklində dərki incəsənətdə yaradıcı
insanların şüurlu və dəyişməz məqsədidir. Yaradıcı insanlar
tərəfindən dünyanın qavranılması öz xüsusiyyətlərinə görə fitrən
dolğun olur. Onların yaradıcılığının nəticəsi sintetik, dolğun və
idealda harmonik, estetik baxımdan dəyərli əsərlər olur.
Fəlsəfi əsərlər də müəyyən mənada şəxsi xarakterli, filosofun
hisslərini, onun gerçəkliyə münasibətini ifadə edən əsərlər ola
bilər. Lakin filosofların keçirdiyi hisslər, onların gerçəkliyə
münasibəti müxtəlif olduğu üçün fəlsəfədə bu dünya barədə
anlayışlar daha çox ola bilər. İncəsənətdə olduğu kimi, fəlsəfi
düşüncələrin də məhsulları fərdiliklə sıx bağlıdır. V.İ.Vernadski
yazırdı: “Beləliklə, fəlsəfə şəxsiyyətin mahiyyəti dərk etmək cəh-
didir və eyni zamanda, elmi həqiqətlər kimi mahiyyət etibarilə
şəxssizdir”. 
Fəlsəfədə şəxsiyyət təkcə idrak prosesində deyil, idrakın
nəticələrində də əks olunur. Böyük filosofların əsərləri bəşər ta -
30
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


rixinin müxtəlif dövrlərində dərin düşüncəli şəxsiyyətlərin
nəzərində həyatın və dünyanın mənasına ən böyük abidədir. 
Fəlsəfi biliyin incəsənətdə yaradıcılığın nəticələri ilə müqayisə
edilə biləcək bu özünəməxsusluğu oxucuların bəzi filosofların
əsərlərini, necə deyərlər, daxilən qəbul etməməsi və başqalarının
əsərlərinə maraq göstərməsi fenomeninin əsasını təşkil edir. 
Ümumiyyətlə, fəlsəfədə emosional gərginlik incəsənətlə müqayi -
sədə azdır. Lakin təbiət elmləri ilə müqayisədə, hər halda, bu
emosional gərginlik fəlsəfənin həm də incəsənət olub-olmaması
haqqında məsələ qaldırmaq üçün kifayətdir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə