Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

169
Tanı oğlunu, Vətən!
görürdük. Səninlə fəxr edirik. Sən Azərbaycan və özbək xalqlarının
qəhrəmanısan”.
Daşkənd Ali Milis Məktəbinə baş müəllim vəzifəsinə təyin
edildi.
“1993-cü ilin 10 apreli idi. Ali Milis Məktəbinin mü da vim -
lə rini Mirabad rayonu milis şöbəsinə təcrübəyə aparmışdım. Pol -
kov nik formasında MUM-dan (mərkəzi univermaqdan) çıxırdım.
Bir müstəqil telekanaldan, «İmpuls» proqramının iki müxbiri mə -
nə yaxınlaşdı, bir neçə suala cavab verməyimi xahiş etdilər.
Öncə Özbəkistan haqqında təəssüratımı bilmək istədilər.
– Özbəkistan böyük və qüdrətli ölkədir. Prezident İslam Kə -
ri movun rəhbərliyi altında Özbəkistan dövləti öz inkişafının yüksək
mərhələsinə çatacaq. Özbək xalqının müdrık lideri İslam Kərimovun
dediyi kimi, özbək xalqı dehqan xalqdır, zəhmətkeş xalqdır. Bu
xalqın parlaq gələcəyi var. 
Doğrusu, TV-yə, verilişə çıxmağıma, intervyü verməyimə
görə narahat ol muş dum. Axşam saat 18.00-da veriliş efirə getdi.
Heç 5 dəqiqə keçməmişdi ki, general Tajixanov zəng etdi, təcili
gəlməyimi və nazirin bizi gözlədiyini dedi. Bərk hə yə can landım.
İşləri korladığımı düşündüm. Özümü danlayırdım ki, na 
haq
müsahibə verdim. (İçimdə bu yasaq hissi Azərbaycandan qalmışdı
– bizə kütləvi informasiya vasitələrinə icazəsiz müsahibə ver mək
qadağan edilmişdi.)
…Nazir məni özbəksayağı qucaqladı. Piyalədə çay gəldi.
On dan sonra bir az özümə gəldim. 
Nazir dedi ki, sən artıq burda işləyəcəksən. Xidməti otağı da
nazirin kabineti ilə eyni mərtəbədə verdilər.


170
Tanı oğlunu, Vətən!
Sən demə, Prezidentin özü verilişə baxıb və çıxışım xoşuna
gəlib. Və mənimlə maraqlanıb, kimliyimi araşdırıb… “Bu, polkovnik
Mamedov kimdir?”
Özbəkistan DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəis müa -
vi ni vəzifəsinə təyin etdilər. Bu general vəzifəsi idi. Ona ailəsini
Daş kəndə gətirməsini tapşırdı. 
Deyəsən, haqq-ədalət yerini tapırdı. Daha bir az rahatlanmaq,
se vinmək də olardı. 
Sadir müəllim söhbətinə davam edir: “Özbəkistanda işim-
gücüm də yaxşı gedirdi. Bir gün (in-
diki kimi yadımdadır, 1993-cü ilin
28 mayı idi) Özbəkistanın Daxili
işlər naziri Z.Almatov telefonla məni
yanına çağırdı. Öncə hal-əh 
valımı
soruşdu, Romaya, narkotiklərə qarşı
mübarizə ilə bağlı beynəlxalq kon-
fransa dəvət olunduğunu söylədi və
sonra Azərbaycan Respublikası Daxili
İşlər naziri Abdulla Allahverdiyevi
tanıyıb  ta nı madığımı  soruşdu.
Dedim ki, lap yaxşı tanıyıram.
Biz onunla Moskvada, SSRİ DİN-
nin Milis Akademiyasında oxumuşuq.
– Elə isə təcili onunla əlaqə saxla. Əgər Allahverdiyev də
Ro maya gedəcəksə, onda mən də gedərəm. Orda da hər şeyi ət raf lı
söh bət edərik. Sən də bizimlə gedərsən.
– Oldu, cənab nazir, tapşırığınız yerinə yetiriləcək. 
Abdulla müəllimlə əlaqə saxladım. Özbək nazirin salamını
və sözünü ona çatdırdım. A.Allahverdiyev Romaya mütləq
gedəcəyini və Almatovla görüşəcəyini qətiyyətlə telefonda mənə
bildirdi. Axırda dedi ki, hazırlaş, səni respublikaya qaytaracağam. 
Z.Almatov


171
Tanı oğlunu, Vətən!
Telefon söhbətini olduğu kimi Almatova məruzə etdim və
general Allahverdiyevin məni Azərbaycana qaytarmaq istəyini də
ondan gizlətmədim.
General Almatov dedi: “Sadir, sənin böyük həyat təcrübən
var. Sən mənə burda lazımsan, sən Özbəkistan kadrısan” və sonra
əlavə etdi: 
– Elə günü sabahdan Moskvaya uçursan, Özbəkistan nü ma -
yən dəliyində yerləşərsən. İki gündən sonra özüm də gəlirəm. Bir
yer də uçuruq Romaya. Allahverdiyev Moskvaya gələn kimi, bizi
gö rüşümüzü təşkil edərsən. Həm bir tikə çörək kəsək, həm də mü -
za kirəsi olunası bəzi məsələlər var... 
Mayın 30-da Moskvaya uçdum.
Sən saydığını say...
İki gün sonra Almatov zəng edib dedi ki, Məmmədov, Ro -
ma ya gedəsi olmadıq. Azərbaycanda əməliyyat şəraiti yenə mü -
rək kəbləşibdir. Allahverdiyev gələ bilməyəcək. Daşkəndə qayıda
bi lərsən.
Beləliklə, nə nazirlərin görüşü, nə də mənim də Romaya sə -
fə rim baş tutmadı”. 
Başqa respublikalarda olduğu kimi, Özbəkistanda da icti-
mai-siyasi hadisələr sürətlə dəyişdi. SSRİ Baş Prokurorluğunun
Qdlyan-İvanov quldur-dələduz cütlüyünün bu respublikada öz ba -
şı nalığı yaddan çıxmamışdı. 
Fərqanə hadisələri baş vermişdi. Xain əllər dili bir, dini bir,
so yu-kökü bir iki xalqın arasına nifaq-şər toxumu səpmişdi. Er -
mə ni və rus “KQB”sinin fitnəkarlığı burda öz qara işini görmüşdü.
Axıs ka türklərini ikinci dəfə evlərindən-eşiklərindən didərgin sal -
mışdılar...
Azərbaycanda isə anası Saray xanım evindən-eşiyindən, Ağ -
dam dan, Göytəpədən didərgin düşmüşdü. 


172
Tanı oğlunu, Vətən!
Özü “çöllərə düşmüşdü”.
Qardaşı Xocalı rayon polis şöbəsinin rəisi mayor Sabir Məm -
mə dov sərəncama göndərilmişdi. 
Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı,
hamıda olduğu kimi, onun da içində bir ümid qığılcımı yandırdı.
Özbəkistandan Heydər Əliyevin ünvanına təbrik teleqramı göndərdi.
O, ürəkdən inanırdı ki, təcrübəli dövlət xadiminin güclü əl -
ləri, böyük iradəsi ölkəni üzləşdiyi fəlakətlərdən, düşdüyü xaosdan,
böhrandan qurtaracaq.
O, inanırdı ki, polis orqanlarında yol verilmiş nöqsanlara
gö rə ayrı-ayrı suçlu şəxslər barəsində ciddi ölçü götürüləcək, mil-
li-vətənpərvər kadrlar işlərinə qaytarılacaq, Vətəndən kənarda
oxu muş, xidmət etmiş təcrübəli və ixtisaslı kadrlar dəvət olunacaqdır.
Polkovnik də elə bu inamla və imanla “Vətən” – deyib Öz -
bə kistandan Bakıya döndü...
Kəngərli balası vətənin dar günündə kənarda qala bilməzdi...
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Özbəkistan
Respublikasının DİN-ə tələbnaməsi yeni rəhbərliyinə müraciətinə
müsbət cavab alır. Yüksək mənəvi, siyasi keyfiyyətləri ilə, ekstremal
şəraitdə zəngin iş təcrübəsi ilə polis zabitinin qarşısında qoyulan
tələblərə cavab verirdi.
Sadir Surxayoğlu 1 oktyabr 1993-cü ildə Özbəkistan Res -
pub 
likası Daxili İşlər naziri, general-leytenant Z.A.Almatovun
adı na raport yazır:
Министру внутренних дел Республики Узбекистан 
генерал-лейтенанту внутренней службы 
тов. АЛМАТОВУ 3. А.
Довожу до Вашего сведения, что с ноября 1992 года я
вынужден был покинуть прежнее место службы в МВД Азер-


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə