Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   2   3   4   5   6   7   8   9   ...   53

Onun ömür yolu gerçəkdən bir kitabın mövzusudur. Düzən Qa ra -
bağ dakı Gəngərli elatlarından olan Göytəpədə dünyaya göz açıb,
ix tisasca tarix müəllimi, sonra Özbəkistanda polis orqanlarında
uğurlu karyera, Moskvada SSRİ DİN-nin Akademiyasını fərqlənmə
diplomu ilə bitirmiş və Qarabağ fitnəsi alovlanmağa başlayanda
tərəddüd etmədən hər şeyi ataraq Vətənə dönüş, Şuşa rayon milis
şö bə si nin rəisi, daha sonra muxtar vilayət Daxili İşlər İdarəsinin
rəis müavini, Ağ dərə Rayon polis şöbəsinin ilk rəisi... O günlər
üçün informasiyalı mə sul şəxslərdən biri olaraq nələrin baş verdiyi,
körüklənən fitnə-fə sa dın anatomiyasını yaxşı bilən, hadisələrin
içərisində olan Azərbaycan və tənsevəri… Qarabağ uğrunda açıq
və gizli gedən qanlı müharibədə ta rix yazanlardan, o tarixi gözü
ilə görənlərdən, bilənlərdən biri…Düş mə nin arasında, fitnə-fəsad,
terror yuvasında işləmək hər oğulun işi de yil dir. Hər an ölüm
təhlükəsi, hədə-qorxular, təhdidlər, pusqular – və bü tün bunlara
qarşı qorxu bilmədən dayanmaq, duruş gətirmək, təhdidlərin üs -
tünə getmək, onu zərərsizləşdirmək əzmi… Bunlar bir kitab
mövzusu deyilmi?
Yuxarıda “hər oğul – bir tarix” dedim və nə dediyimi bi li -
rəm. Fi kir ləşirsən ki, son 300 ildə bizim etnosa qarşı burada yü rü -
dülən məkrli si yasətlərdən sonra biz bu torpaqlarda qalmamalı
idik, olmamalı idik. Amma qarşımızdakının gücü və ona verilən
açıq və gizli dəstək on dəfələrlə artıq olsa da, bu torpaqlarda var -
lı ğımızı qoruyub saxlamağı bacardıq. Bunu bir möcüzə də sanmaq
olar, amma bu belədir. Burada, bu torpaqlardayıq və içimizdə da -
xili bir inamla gələcəyə baxır, qur du ğumuz və qoruyub saxladığımız
döv ləti durmadan məqsədyönlü bir şəkildə möhkəmlədir, gücümüzü,
qüv vəmizi artırırıq. Məhz hərb meydanında cəsarəti, siyasət mey -
danında məharəti və zəkası ilə düşmənin gözünün içinə baxa bil -
miş və bilən oğulların – Sadir Məmmədov kimi oğulların, bəzən
ad sız-sansız, aramızda sakitcə öz həyatını yaşayan oğulların sa yə -
6
Tanı oğlunu, Vətən!


7
sində bu əziz Vətəndə, əcdadımızdan bizə miras qalmış bu cənnət
tor paqlarda varlığımızı qoruduq.
Bu müharibə də bir gün bitəcək, bəlkə də yaxın bir zamanda
bi təcək. Tarixin axarı da göstərir ki, bizim istədiyimiz kimi bitəcək
və bir zaman yaşanmış tarix olacaq. Bu tarixə və onun yazılmasında
fər di iştirakı olan hər kəs bu gün ehtirama layiqdir. Bu ehtirama
onun canı və qanı ilə haqqı var. Gələcək nəsil də bu oğulları eh ti -
ram hissi ilə, minnətdarlıqla xatırlayacaq. Odur ki, heç bir xidmət,
heç bir fakt, heç bir fərd unudulmamalı, heç nə yaddan çıxmamalıdır.
Ha fizələr hələ istiykən, yaddaşlar hələ aydın ikən… 
Teymur Bünyadov, 
akademik 
Tanı oğlunu, Vətən!


GİRİŞ ƏVƏZİ
u____________________________________________
Q
eyrətli oğullardan yaz-
maq həmişə çətin və
mə su liy yət li  olur.  Bu,  şərəfli  ol -
du 
ğu qə 
dər də məsuliyyətli bir
iş dir. Bu yükün ağır lığını kitabı
yazma  pro sesində  də fə lərlə  hiss
etdim.  Azər bay  canın,  Qa ra bağın
dəyərli,  lə ya qət li  oğullarından  bi -
ri, polis pol kov niki Sadir Surxay
oğ lu  Məm mə dov  haqqında  yaz -
ma ğa baş larkən bu narahatlıq və
mə suliyyət his si bir az da artdı.
Pol kov ni kin  taleyini  yaz -
dıq  ca özün də bö yüyürsən. Çünki
sən öz qəh rə manına, onun əməl -
lə rinə  və  ta le yinə  inanırsan...
Bu işin bir çətinliyi onda idi ki, Sadir Məmmədov haqqında
artıq yaxşı bir kitab yazılmışdı (Əbülfət Mədətoğlu, Qasım Qırxqızlı.
Zəhmli polkovnik. Bakı: “Şuşa”, 2002), onun təsirindən qurtulmaq
da çətin idi.
Sadir Məmmədov həyatda çox çətinliklərlə, təhlükələrlə üz -
lə şib, amma öz yolundan dönməyib, inamla məqsədinə doğru ge -
dib dir. Bütün zabit rütbələrini SSRİ dönəmində qazanıb.
8
Tanı oğlunu, Vətən!


9
Allahın inayətilə düşmən tələlərindən və pus qu la rından, “xə -
yanət bataqlığından” sağ-salamat qurtula bilib, lə ya qətlə işləyib,
savaşıb – Qarabağda örnək ola biləcək şəxsiyyət ki mi hörmət
qazanıb. 
Həmkarım, professor Raqub Kərimovla razıyam: “Sadir
Məm mə do vu başqalarından fərqləndirən cəhət – o, döyüşən polis
idi. Qarabağda hərbçi funksiyasını yerinə yetirən polis zabiti idi”. 
Xankəndində, Vilayət Daxili İşlər İdarəsinin rəis müavini
işləyəndə ermənilər ondan çəkinirdilər, ona “zəhmli polkovnik”
adı da vermişdilər.
“Zəhmli” sözü sadəcə bir insanın, bir kişinin xarakterini sə -
ciy  yələndirən epitet deyil. “Zəhmli” epiteti onun psixoloji-mənəvi
por tretinin vacib detalıdır. 
O, Özbəkistanda da, Qarabağda da bu portretin əsl, layiqli
daşıyıcısı idi...
Vaxtilə onunla çiyin-çiyinə işləmiş, onunla bir yerdə çətin
istintaq-əməliyyat tədbirlərində iştirak etmiş insanları, hadisələrin
şa 
hid 
lə 
rini, uşaqlıq dostlarını, polis həmkarlarını dinləyirsən –
hamısı bir ağızdan Sadir Məmmədovun kişiliyindən, mərdliyindən,
yüksək pe şəkarlığından, vətənpərvərliyindən, yurd sevgisindən,
namus-qey rətindən, elə-obaya, torpağa bağlılığından danışdı, er -
mənilərin için də işləməsindən, onlarla necə mücadilə aparmasından
söz aç dı.
Kitab haqqında eşidən, bilən də məmnuniyyətlə mənimlə
gö rüşüb, ondan danışmaq, xatirələrini bölüşmək istəyirdilər. Mə -
sə lən, polis general-mayoru Oqtay Cəlil oğlu Əliyevin məhəbbət
və hərarət dolu söhbətini indi də xa tır la yı ram.
Görkəmli şairimiz və publisistimiz, dostum Əbülfət Mədətoğlu
haq lıdır:  o,  (Sadir Məmmədov – R.K.) bu “Vətən savaşından, bu
Tanı oğlunu, Vətən!


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə