Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

1989-cu il Goranboyun Şəfəq-Zeyvə kəndində iki əmioğlu
Talış kəndi ərazisində xaincəsinə qətlə yetirilmişdi. Ermənilər
meyitləri dağın yüksək bir yerində, üst-üstə, xaç formasında
basdırmışdılar. Cinayətin açılmasına Dağlıq Qarabağ üzrə Xüsusi
İdarənin rəhbəri A.Volski, Mardakert (Ağdərə) rayonu partiya
komitəsinin birinci katibi Qabrielyan maneçilik törədirdilər. 
Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları Rafiq
Əhmədov, müstəntiq Həsrət Pirməmmədov və Goranboy rayonunun
RPO-nun sədri Elxan Əliyev (general Oqtay Əliyevin qardaşı) bu
cinayətin açılmasında bizimlə (Arif Salmanov DİN-dən mənimlə
birlikdə ezam olunmuşdu) bərabər xeyli vaxt və əmək sərf etdilər,
qatillər yaxalandı və layiqli cəzalarını aldılar. Mərhumların cəsədləri
sahiblərinə verildi.
Həmin dövrdə Azərbaycanda elə bir zəif hakimiyyət mövcud
idi ki, biz istintaq-əməliyyat tədbirlərini həyata keçirmək üçün
A.Vol 
skidən icazə almalı idik. Ona görə respublika prokuroru
Azər baycan KP MK-nın birinci katibi Ə.Vəzirovun vasitəsi ilə
Volskinin göstərişi əsasında Mardakert rayon Partiya Komitəsinin
birinci katibi Qabrielyana tapşırıq verdi. Yalnız bundan sonra biz
Talış kəndində istintaq tədbirlərini həyata keçirdik. Artıq mən
başa düşdüm ki, Qarabağ torpaqları təhlükədədir.
58
Tanı oğlunu, Vətən!


59
Tanı oğlunu, Vətən!
QARABAĞ OD İÇİNDƏ
u____________________________________________
Q
arabağda ermənilər kütləvi iğtişaşlara, fasiləsiz tətillərə,
mitinqlərə başlamışdılar. 20 fevral 1988-ci il tarixdə
qeyri-legitim növ bə dən kə nar sessiya çağıraraq “Dağlıq Qa rabağın
Azərbaycanın tər ki bin dən çıxarılıb Ermənistana verilməsi haq -
qında” qərar qəbul etmişdilər. Bu barədə SSRİ Ali Sovetinə mü -
raciət də qəbul olunmuşdu.
DQMV Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yan -
va rında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim
sayılırdı. 
Ağdamda da camaat ayağa qalxmışdı, raykom binasının qar -
şı sı na yığışmışdı. Vəziyyət son dərəcə gərgin idi. Respublika Da -
xi li İş lər Nazirliyi CAİ-nin rəis müavini, polis polkovniki Xə lil
Qu  liyev İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, podpol kov nik
Ya qub Mahmudovu və onu Stepanakertə xidməti ezamiyyətə (11
fev ral 1988-ci il) göndərir. 
Onlar Stepanakertdə “Qarabağ” mehmanxanasında yerləşirlər.
Şə hər də, vilayətdəki mövcud siyasi, kriminal durumla tanış olurlar.
Əl  də olunan bütün məlumatları operativ şəkildə Bakıya çatdırır.
Ar  tıq əməliyyat şəraiti get-gedə mürəkkəbləşirdi.
Milli zəmində ilk toqquşma da Xocavənddə baş verdi.
22 fevral 1988-ci ildə ermənilər Şuşadan gələn (azər bay can -
 lılar) “QAZ-21” “Volqa” markalı avto-maşını çilik-çilik, sər ni -
 şinləri isə al-qana qərq etmişdilər. Əli Hacıyevi də ermənilər gül   -
lə ilə qətlə yetirmişdilər. Ağdam camaatı daş-kəsəklə, yaba-so pa


60
Tanı oğlunu, Vətən!
ilə tə pə  dən dırnağa silahlanmış ermənilərin üstünə gedirdi. Kamran
Ba ğırov da Əsgəranla Xocalı arasında qalmışdı. 
Vəziyyət elə ida rə olu nmaz hala gəlmişdi ki, bu vaxt Həsən
Həsənov bir yük maşınının kuzovuna çıxıb camaata mü raciət etdi,
ermənilərin silahlı olduğunu, ölüm-itim olacağını bil dirdi. Xuraman
Abbasova, Seyid Miriş də ora gəldilər. Xuraman Abbasova yaylığını
açaraq yerə atdı və emo   siyalarını cilovlaya bilməyən insanların
geriyə qayıtmasını xa hiş etdi. 
Sonra Bəxtiyar Quliyevin də öldürüldüyü məlum oldu. Ə.Ha -
cıyev və B.Quliyev Qarabağ müharibəsinin ilk şə hidləri idilər...
Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz
olaraq mitinq keçirilmişdi. Bu arada Ermənistanın Qafan rayonundan
azərbaycanlıların kütləvi deportasiyası da başlanmışdı.
Stepanakertdə aləm qarışmışdı. Moskva seyrçi mövqedə,
Ba 
kı isə gözləyirdi... Azərbaycan rayonlarının milis şöbəsinin
əmək daşları Stepanakertə (Xankəndinə) ictimai asayişi qorumaq
üçün ezam edilmişdi. Erməni mitinqçiləri Dağlıq Qarabağın Er -
mə nistana birləşmək tələbini irəli sürürdü.
1988-ci il fevralın 20-də Azərbaycan KP MK-nın birinci ka -
tibi Kamran Bağırov, Azərbaycan Respublikası Ali Soveti Rəyasət
Heyətinin səd ri Həsən Seyidov, MK-nın katibi Həsən Həsənov
Stepanakertə gəldilər. Sadir Məmmədov deyir: “Sevindik ki, yəqin
qəti tədbirlər görüləcək. Əksinə, fev ra lın 23-də DQMV XDS-nin
sessiyası çağırıldı, Gevorkovu və zi fə sindən azad edib, qatı millətçi
Henrix Poqosyanı vilayət PK-nın birinci katibi seçdilər. Bu ses si -
ya nın qərarları göstərdi ki, DQMV-də yaranmış vəziyyətə bütün
kanallarla Moskvadan və Yerevandan rəh bərlik edilir. Poqosyan
ha kimiyyətə gələndən sonra mitinqlər da ha da gücləndi. Stepanakertə
ezam olunan Azərbaycan milisləri Po qosyanın tülkü hiyləsi və tə -
ki di ilə ordan çıxarıldı. Guya, bu nun la da vəziyyət sabitləşəcəkdir,
er mənilər sakitləşəcəkdir. Ha di sələrin belə anlaşılmaz şəkil alması


61
Tanı oğlunu, Vətən!
əhalini, xüsusən, Şuşa, Ağ dam camaatını, nəinki onları hətta bütün
Azər bay ca nı  qə zəb lən di rir di”.
Vilayətdə isə vəziyyət ağırlaşmışdı, silahlı separatçılar azər -
bay canlıları təhqir və təqib edirdilər. Sov.İKP MK-nın katibi Ra -
zu movski Stepanakertə gəldi. Mitinq və tətillər dalğası genişlənmişdi.
Artıq Ağdamda və Şuşada da əhalinin etiraz mitinqləri keçirilirdi.
1988-ci il fevralın 22-si səhər saat 10 radələrində qərargaha
məlumat verildi ki, Ağdamdan Əsgəran istiqamətində insan axını
gəlir. Bu haqda nazirimiz Aydın Məmmədova məruzə etdim. On -
dan əmr aldım ki, gedib toqquşmanın qarşısını alaq. Beyləqan ra -
yon DİŞ-nin rəi si Şamil Qurbanovla (o vaxt Beyləqan DİŞ-nin
əməkdaşları ilə eza miyyətə gəlmişdi) və Bərdə Rayon Daxili İşlər
şöbəsinin rəisi Mirzə Əbdürəhmanovla Əsgərana getdik. Gördük
ki, Qarqar çayı və şose yolu ilə insan axını – Ağdam əhalisi Əs gə -
ra na doğru gəlir. Əhalini sakitləşdirib, saxlamaq mümkün deyildi.
13-15 yaşlı uşaq lar da qorxmadan irəli gedirdilər. Ermənilər də
ha zır vəziyyətdə idilər, axı nı qarşılamaq üçün irəliləyirdilər...”
Daxili işlər nazirinin müavini, general-mayor Kamil Məm -
mə dov 1988-ci ilin fevralın 13-də Stepanakertə gəlir. Sadir Məm -
mə dov vəziyyətin son dərəcə ciddi olduğunu generala bildirir, tə -
ci li tədbirlər görülməsə, vəziyyətin daha da ağırlaşacağını çatdırır.
Er məni əsilli milis əməkdaşları mitinqlərdə və iğtişaşlarda fəal iş -
ti rak edirdilər, DQMV Dİİ-nin rəisi A.İsaqulov onlara açıq dəstək
ve 
rirdi. Xankəndində 17 fevral 1988-ci il müşavirəsində çıxış
edib, S.Məmmədov A.İsaqulovun erməni sakinlərini zorla tətillərə,
mi tinqlərə çıxardanlardan biri olduğunu göstərdi. Zahid Dün ya -
ma lıyev (o zaman Gəncə şəhər Dİİ-nin rəisi idi) də vəziyyəti ye -
rin dəcə öyrənmək üçün tez-tez Ste pa na kertə gəlirdi.
A.Isaqulov tülkü cildinə girib, riyakarlıqla, utanmadan bu it -
ti hamları boynundan atırdı, gah həyasızcasına səsini qaldırırdı,
da va-şuluqluq salırdı, sanki bu işlərdən heç xəbəri yoxmuş kimi,


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə