Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

50
Tanı oğlunu, Vətən!
Bu qəfil, öfkəli danışıqdan özümü itirmədim. Oğruların
otağa pəncərədən girdiklərini dedim. Dustov əsəbi halda:
– Bunun nə dəxli var? Oğrular tutulmasa, hamınızın pa qon -
la rınızı sökəcəyəm. Bu da mənim akademikim.
«Akademik» deyəndə mənim Moskvaya, Milis Akademiyasına
oxumağa getməyimi nəzərdə tuturdu. Mən təmkinimi pozmadım:
– Yoldaş polkovnik, bu gün əşyaları yerinə qaytarıb, oğruları
da istintaqa təqdim edəcəyəm (çünki artıq əməliyyat məlumatı al -
mış dım).
O, bu sözlərə inanmır kimi, təəccüblə Salam Səttaroviçdən
soruşdu:
– Bu nə danışır belə ?
Vilayət prokuroru Usmanov dilləndi:
– Mamedov deyirsə, deməli, edəcək.
Arada fürsət tapıb kiçik inspektor Səməd əkəni və əməliyyat
mü vəkkil Erkin Şernazarovu da götürüb, Qijduvan rayonuna get -
dik. Texniki-peşə məktəbinin şagirdləri pambıq tarlalarında kətmən
işinə cəlb olunmuşdular. Oğurluğu kimlərin törətdiyini, adlarını
və soyadlarını da öyrənmişdim. Amma axtardıqlarımız şəxslər
on ların arasında yox idi. Üç saat öncə avtobusla Qijduvana get -
miş dilər.
Bir saatdan sonra artıq rayonun «Kommunizm» kolxozunda
idik. Oğlanlardan birinin həyətinə daxil olanda, sürahinin üstünda
radiolanın işlədiyini gördük. Radiolanı götürdük, oğlanı tapdıq.
Di gər oğrunun – Vahabın yerini soruşdum. Buxarada hamısını
açıb danışacağını bildirdi. Vahabı da, büllur vazı da şöbəyə gə tir -
dik. Səttarova zəng edib əhvalatı danışdım. Onun otağına girəndə
se vincək ayağa qalxdı və məni qucaqlayıb öpdü. Dustova da mə -


51
Tanı oğlunu, Vətən!
lu mat verdik. O, bu oğurluğun içində siyasi motivin olub-olmadığını
so ruşdu (elə həmin gündən Salam Səttarovla dostluğumuz başladı).
– Bu oğurluğun hansı xarakter daşıdığını bilmirəm. Bu oğ -
ru lar, bu da oğurlanan əşyalar. Uşaqlıq ediblər, səhvə yol veriblər.
Dustov dedi:
– Mamedov, sənin haqqında mənə çox danışıblar, ancaq
inan mırdım. Belə işləsən, səninlə yaxın dost olacağıq…
1982-ci ilin yazında Buxarada mal-qara oğurluğu artmışdı.
Şayiələr gəzirdi ki, bu işdə Buxara yəhudilərinin əli var. Xüsusən
Burxanov soyadlı yəhudi əsilli qəssabın bu cinayətdə əməlinin ol -
duğunu müəyyən edib, ona məhkəmə tərəfindən 10 sutka həbs cə -
zası verildi.
Onun yəhudi əsilli adamlarla əlbirliyindən-dilbirliyindən
xəbəri vardı. S.Məmmədov yaxşı bilirdi ki, bir yəhudi tutularsa, o
biriləri də mütləq ona köməyə gələcək. Elə düşündüyü kimi də ol -
du. Ordan-burdan güclü təzyiqlər də oldu, prokurora şikayət əri -
zəsi yazdılar. Rövşən adlı müstəntiq də qəssabın əsassız olaraq və
gü nahsız yerə həbs edildiyini iddia edirdi. Onsuz da əvvəldən
müs təntiqlə ara la rın da anlaşılmazlıq, soyuqluq vardı. Müstəntiq
haq qında cinayət işi qaldırıb, qərarını Buxara Şəhər prokuroru
Xey rulla əkəyə gön də rir. Xeyrulla əkə qərarı cırıb demişdi: «Yüz
sə nin kimi müstəntiqim də olsa, birini Mamedova dəyişmərəm».
Burxanovun həbsi mal-qara oğrularının gözünü qorxutdu.
Sadir müəllim deyir: “Allaha qurban olum, bir həftə sonra
mə lumat aldım ki, şəhərdə azyaşlı qızlarla hər gecə eyş-işrət, kef
məc lisləri keçirilir və Rövşən də həmin məclislərdə iştirak edir.
Be lə fürsət bir də ələ düşməzdi. Oraya əməliyyat qrupu göndərdim.
Röv şəni, başqa bir oğlanı və dörd azyaşlı qızı tutub şöbəyə gə tir -
dik. Rövşən şöbədə hay-küy salmağa, bizi hədələməyə başladı.
Onu sakitləşdirib, sərxoş olub-olmadığını yoxlatdıracağımı, sonra


52
Tanı oğlunu, Vətən!
pro kurora (Nəvai şəhər prokuroru
İmam əkənin kürəkəni idi) onun
hansı çirkin əməllərlə, qaranlıq
işlərlə məşğul olduğunu bil di rə -
cə yimi deyən kimi, quzuya döndü.
Dinməz-söyləməz  iza ha tını  yazdı
(əlbəttə, bu işdə səlahiyyətlərimi
aşmışdım, ancaq geriyə yol yox
idi).
Yenə xəbərdarlıq etdim: bir
də milis əməkdaşlarına dəyib do -
laşsan, özündən küs”.
...Günlər keçir, aylar-illər
do la nır. Bu torpagı sevmışdi, işinə,
in sanlara öyrəşmişdi. Özbəkistan
ar tıq Sadir Surxayoğlu Məm mə -
dov üçün ikinci vətən olmuşdu.
Za rafat deyil: arzusuna çatmışdı
– milis zabiti olmuşdu.  
Qardaşı Sabir Surxay oğlu
da onun arxasınca, 1982-ci ildə
Özbəkistana, Buxaraya gəlir. O
da daxili işlər orqanlarına qəbul
olun ur. Buxara şəhər Dİİ CAŞ-
da baş əməliyyat müvəkkili və zi -
fə sinə təyin olunur, nümunəvi xid -
mət lərinə görə kapitan və ma yor
rüt bələrinə qədər yüksəlir. Vətənin
qan lı-qadalı  vax tın da  Qarabağa,
Xo calıya  qayıdır.


53
Tanı oğlunu, Vətən!
BAKIDA
u____________________________________________
1984
-cü ildə Mi lis Akademiyasını fərq lən mə diplomu
ilə bi ti rib, təyinatını N.Rizayev adına Bakı Xü -
su si Or ta Milis Məktəbinə ve rdilər. Müəllim kimi əmək fəa liy -
yətinə  baş la yır.
Özbəkistandakı macəralar, təhlükələrlə dolu işlərdən sonra
pe şə kar  əməliyyatçını  Ba kı da  sakit  pedaqoji  fəa liy yət,  müəllimlik
da rıxdırırdı. Savadlı ol ma sı, tədrisdə təcrübə ilə nəzəriyyəni bir -
ləş dirməsi müdavimlərin çox xoşuna gəlsə də, hər şey istədiyi ki -
mi alın mırdı.
Kirayədə ya şa maq ailəli polis zabitinə əla və məişət qayğılar
və maddi çətinliklər gə tir miş di. Məktəbin rəhbərliyi ilə mü na si -
bət lərində  mü əy yən  an la şıl maz lıq lar  da  onu  üzürdü.
Belə davam edə bil  məzdi…
1986-cı ilin əv vəl lərində Respublika DİN CAİ-nin rəisi, mi -
lis polkovniki Əzim Pi ri yevin qəbuluna düşür. Nazirliyin əmək -
da şı, tələbəlik dostu Eldar Xasməmmədov da ona yaxından dəstək
ve rir, onu təcrübəli, is tedadlı və savadlı za bit kimi təqdim edir.
1986-cı il iyulun 14-də Daxili İşlər naziri, general-ma yor
Cəfər Vəliyev onu qəbul edir və CAİ-də baş əməliyyat mü vək kili
vəzifəsinə təyin edir.
Rəsmi işə baş la dı ğı gün isə 1986-cı il iyu lun 18-dən sayılır.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə