Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

46
Tanı oğlunu, Vətən!
General Norov heyrətləndi:
– Necə, yəni məlumat almışıq?
– Sabah, nahara qədər sizə hamısını məruzə edəcəyəm.
Əli İsmayılov oğurlanan əşyalar arasında qol saatının ta pıl -
ma sını nədənsə daha çox istəyirdi, daha israrla tələb edirdi. De di -
yi nə görə, bu Saatı ona bir amerikalı konqresmen bağışlamışdı.
May ayında Moskvada konqresmenlə görüşü gözlənilirdi. Ona
gö rə də həmin saatın qolunda olmasını çox istəyirdi. 
Cinayət işi ilə bağlı Özbəkistan SSR Daxili İşlər naziri ge -
ne ral Yəhyayev və general Norov hər gün onlardan məlumat tələb
edir dilər.
S.Məmmədov şəxsi heyəti bir yerə yığdı. Valeri Boqdanova
əməliyyat üçün üç dəstədən ibarət əməliyyat qruplarının təşkil et -
mə si üçün göstəriş verdi. Hər dəstənin görəcəyi işləri mü əy yən -
ləş dirdi. Birinci dəs tə yə özü başçılıq etdi. 
Elə həmin gün “Sar mış”restoranından əməliyyat ma rağı kəsb
edən, əvvəllər məh kum olunmuş 11 nəfər şəxsi ya xalayırlar. Səhər
tez dən da ha üç ünvanda axtarış aparıb, şübhəli şəxslər yaxalanmalı
idi. Elə gecəynən prokurordan axtarış üçün şifahi – icazə alır.
Əməliyyat plan üzrə aparılıb vaxtında başa çatdırıldı. Altı
oğlan, üç qız həbs olunur, İsmayılovun 6 min manatlıq 3 faizli
istiqraz kağızı, 5 min manat nağd pulu, 1 gəbə, qızıl-zinət əşyaları,
bir-neçə dəst pal-paltar, velosiped maddi sübutlar kimi götürüldü.
Amma qol saatı ortada yox idi...
Həbs olunanlar arasında sorğu-sual zamanı tatar millətindən
olan əvvəllər iki dəfə məhkum olunmuş, narkoman Nelya adlı qız
Əli İsmayılovun saatının Sabirovun qolunda gördüyünü və saatın


47
Tanı oğlunu, Vətən!
Başqırdıstana aparıldığını bildirdi. Sabirov isə aradan çıxmışdı,
Başqırdıstanın Ağrız şəhərinə, bacısıgilə qaçmışdı.
S.Məmmədov Ağrızdakı ünvanı dəqiqləşdirib, iki nəfər
əmək daşını Ağrıza ezamiyyətə göndərdi...
Daha bir cinayər hadisəsi vilayətdə səs salmışdı.
1980-cı ilin aprelində toxuculuq fabrikinin direktoru Nelya
Talqatovanın da evini yarmışdılar. Əli İsmayılov kimi, Nelya
Talqatova da vilayətdə nüfuzlu və imkanlı adamlardan biriydi,
Buxara Vilayət Partiya Komitəsinin büro üzvü idi. 
Heç üç gün keçmədi ki, bu cinayətin də üstü açıldı. N.Talqatova
general Norova zəng edib təəccübünü gizlətmir:
– Sizin bu Mamedov əsl Jiqlovdur (“Görüş yerini dəyişmək
olmaz” filminin qəhrəmanı). Mən cavan və subay olsaydım, elə
özüm ona ərə gedərdim.
General da fəxrlə ona: “Mamedov mənim oğlumdur. Heç
kəs onun tayı ola bilməz. Mamedov Buxarada olmasa, cinayətkarlar
bizi öz evimizdən oğurlayarlar”, – deyir. 
Buxarada maraqlı, gül mə li situasiyalar da çox olub. Bir dəfə
gülə-gülə “bir yapon əh va latı baş vermişdi”, – dedi.
İsrar elədim ki, “yapon əhvalatını” da nı şın.
Nəhayət, danışdı: “Yay vaxtı Buxaraya, Sə mər qəndə turist
axınının gur vax tıdır. Bu şəhərlər qədim Şərq me marlıq abidələri
ilə zəngindir.
İki yapon qızı əllərində xə ritə, köhnə Buxaranın dolanbac
küçələrində dolaşarkən “Dörd minarə”ni (taciklər “Çor minara”
deyirlər) soruşurlar. İki özbək tələbə onlara yardımçı olurlar,
şəhəri göstərirlər. Sonra yataq xanaya qonaq aparırlar. Özbəklərdən


48
Tanı oğlunu, Vətən!
biri əli əyrilik edir, qızların çantasından
bəzi şeyləri götürürlər və ələ salırlar.
Qızlar milis şöbəsinə şikayət
edirlər. Oğruları tutub gətirdik. Sorğu-
sual za ma nı tərcüməçinin güldüyünü
gördüm. Dedim: niyə gülürsən? Dedi
ki, bu qız 
lar 
dan birinin səndən çox
xoşu gəlib. De yir ki, mən çox zənginəm.
Atamın za 
vodları, fabrikləri var.
Subaydırsa, mə nim lə evlənsin, gedək
Yaponiyaya...”
Əlbəttə, onun “Şerlok Holms lu -
ğu”nu, “Jiqlovluğu”nu çoxları sinirə
bil 
mirdi. Ona qarşı haqsızlıqlar da edi 
lir 
di, rəhbərliklə aranı
vurmağa ça lı şır dılar, əleyhinə qara şayiələr, cürbəcür ağ lagəlməz
iftiralar yayırdılar.
“Məzuniyyət vaxtım başa çat ma mış dı. İdarədən zəng edib
dedilər ki, tə cili axşam müşavirədə olmalısan. Bərk narahat oldum.
Müşavirədə general Norov əsəbi halda birdən mənə müraciət etdi:
– Şəhərdə (Buxarada) cinayətlər çoxalıb. Açılmayan cinayətlər
üzrə bir iş də görülmür. Yoldaş Mamedov, niyə işləyə bilmirsiniz?
– Yoldaş general, mən məzuniyyətdəydim. Nöqsanlarımızı
qısa zamanda aradan qaldırarıq, – dedim.
General kəskin tonda:
– Sən hələ get kartını oyna, – dedi.
– Yoldaş general, kart nədir, qumar nədir? Bu, şər və böh tan -
dır.
– Bilmirəm, əgər bu rüb işində dönüş yaratmasan, səni və zi -
fən dən azad edəcəyəm.


49
Tanı oğlunu, Vətən!
Generalı mənə qarşı yaxşıca “kökləmişdilər”. Axı, general
məni öz oğlu qədər sevirdi, işimdən həmişə razılıq edirdi, başqalarına
nümunə göstərirdi. Zərbənin hardan və kimdən gəldiyini yaxşı
bilirdim.”
Cinayətlərin açılması ilə bağlı bütün xidməti məlumatlar
bir başa Buxara Şəhər Dİİ-nin rəisi İ.Bazarova və M.Norova çat -
dı rılırdı – bu da Vilayət Daxili İşlər İdarəsinin cinayət axtarış şö -
bə sinin rəisi, polkovnik Salam Səttarovu qıcıqlandırırdı və əsə bi -
ləş dirirdi. O da imkan düşdükcə, onun əleyhinə fikir for ma laşdırır,
haq qında yalan, şər-böhtan yayırdı (çünki S.Səttaroviç Buxara şə -
hə rinin rəisi olmuşdu, İ.Bazarovla onun münasibətləri pis idi, ara -
la rında intriqa var idi. Bu səbəbdən də çəkişirdilər. Bu cür mü na -
si bətlər bizim ümumi işimizi çətinləşdirirdi. Bilmirdin ki, ilk mə -
lu ma tı kimə məruzə edəsən)... Bu cür xoşagəlməz hallar tez-tez
baş ve rirdi, lakin mən özümü itirmədən, xidmət gös tə ri ci lə rimlə
bütün şübhələri dəf edirdim. Və sonda general Norov ye nə də
hamıya məni tərifləyirdi.
Günlərin birində fevral 1982-ci ildə məlumat yayıldı ki, ge -
ne ral Norov təqaüdə çıxmaq üçün raport yazıb. Mən çox məyus
ol dum. Onun yerinə isə Qaşqadarya vilayətindən polkovnik Ab -
du raşid Dustovu təyin etdilər. Elə onun ilk iş günlərində növ bət çi
his səyə məlumat daxil oldu ki, Özbəkistan SSR MK-nın I katibi
Şə rət Rəşidovun qonaq evindən (Özbəkistanın vilayət mərkəzlərində
Şərəf Rəşidovun qonaq evləri mövcud idi) bir ədəd radiola və
bül lur vaz oğur lanıbdı. Hadisə yerinə yollandım.
Bir azdan Səttarov, vilayət prokukoru Usmanov, Dustov və
Raxımov da oraya gəldilər. Dustov məni görən kimi bütün hirsini,
hikkəsini mənim üstümə tökdü:
– İndən belə evlərimizə gözətçi, mühafizəçi qoymalıyıq ki,
özümüzü də oğurlamasınlar.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə