Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

41
Tanı oğlunu, Vətən!
– Yoldaşlar, vilayətin hər bir idarəsi və şöbəsi Buxara şəhər
Milis İdarəsinə minnətdarlığını bildirməlidir. Məhz onların hesabına
respublika göstəricilərində 3-cü yeri tutmuşuq. Bu işdə əsas rolu
Sadir Məmmədov oynayıb. Bu gündən Buxara şəhər Dİİ-nə CA
xidməti üzrə kurslar təşkil etmək, necə işləməyi S.Məmmədovdan
öyrənmək lazımdır. Bütün şəxsi heyət adından ona “çox sağ ol”
deyirəm.
Təbriklər, gurultulu alqışlar salonu bürüdü”.
General Norov 1980-ci il yanvarın 12-də Nəvaidə ötən ilin
yekunlarına həsr olunmuş müşavirədə onu hamıya örnək göstərir.
– Məmmədov Buxarada nümunəvi iş sistemi yaradıb. Şəhərdən
cinayətkarların əl-ayağını yığıb. Milçək belə onun xəbəri olmadan
uça bilməz. Bəs nə üçün Nəvaidə belə xoşagəlməz vəziyyət
yaranıb? Neynəyək, Məmmədovu geriyə, Nəvaiyə qaytaraq? Siz
onu Nəvaidə saxlaya bilmədiniz. Biz isə Buxaradan kənara buraxa
bilmərik.
«Ehtiyatlı igidin anası ağlamaz» deyiblər. Hər yerdə olduğu
kimi, burda da onu istəyənlər də vardı, istəməyənlər də, üzünə
gülüb dalınca danışanlar da. Qatı cinayətkarlar ona qarşı sui-qəsd
planları da hazırlayırdılar.
Bir gün Nəvaidə kimyəvi paltartəmizləmə sexinin işçisi,
Mər  ziyə adlı tatar qadın (bu qadın prokurorun müavini Y.Bulatovun
gə lini idi, yəni oğlu Rəşidin həyat yoldaşı) onunla mütləq görüşmək
istədiyini bildirdi. Görüş zamanı dedi ki, Duxanov səni partiyadan
çıxartmaq üçün ha zırlıq işləri aparır. Bu işdə Hikmət adlı təlimatçının
“xid mət lə rin dən” istifadə edəcək. Batalovanın (şəhər PK-nin şöbə
müdiri idi) da səndən xoşu gəlmir. Son dərəcə ehtiyatlı olmalısan!
O, Mərziyənin informasiyalarını dəqiqləşdirməyə başlayır,
çox düşünür-daşınır və artıq burada qalmağın mümkünsüzlüyünü


42
Tanı oğlunu, Vətən!
anlayır. 1979-cu ilin mart ayında Buxara vilayət Dİİ-nə çağırılır
və general Norov nə üçün Duxanovla münasibətlərin gərgin ol -
masının səbəblərini soruşur. Məmmədov, indi sənə kömək edə bi -
lirəm. Bəs sabah Duxanov Vilayət Partiya Komitəsinə katib təyin
edilsə, onda halın nə olar? General ona eyni zamanda bir qədər
dip 
lomat olmağı tövsiyə etdi: “Duxanov səni yerlipərəstlikdə,
azər baycanlılara himayədarlıqda ittiham edir”. 
Qısa pauzadan sonra, general Norovun təklifi ilə Buxara
şəhər milis idarəsində şöbə rəisi, az sonra, 3 dekabr 1979-cu il
tarixdə isə Buxara şəhər CAŞ-ın rəisi vəzifəsinə təyin edilir.
CAŞ-nın rəisi olmaq gənc milis zabiti üçün şərəfli olsa da,
məsuliyyətli və ağır iş idi. Şəhərdə krimonogen vəziyyət nəzarətdən
çıxmışdı. Cinayətlərin açılma faizi aşağı idi. Buxarada cinayətlərə
görə əvvəllər məhkumluğu olanların sayı çox idi. Bir sözlə,
vilayətdə əməliyyat şəraiti mürəkkəb və qarışıq idi.
S.Məmmədov Buxara şəhər CAŞ-ın əməkdaşları ilə. 1980-ci il.


43
Tanı oğlunu, Vətən!
Baş leytenant “papağını qabağına qoyub”, hadisələri, mövcud
kriminal durumu məntiq süzgəcindən keçirib işləyəcəyinə qəti
qə rar  verir.
Buxara vilayətində mətəşəkkil cinayətkarlığa qarşı göstərdiyi
əzmkarlıq, şücaət rəhbərliyin diqqətini çəkir. Onun əməliyyatçı
ki mi peşəkarlığı, cəsarətliyi bütün vilayətə yayılır, dəfələrlə mü -
ka fatlandırılır. 
Sadir Məmmədovun gündəliyindən: “1981-ci il fevralın 23-
də məni siyasi şöbəyə çağırdılar. İclas salonunda general yaxşı
işi mə görə məni təriflədi və qol saatı ilə təltif edib dedi:
– Biz Məmmədovla işləmişik və yenə də işləyəcəyik. Siz
onun iş təcrübəsini öyrənin. Nəvaidə 90, Buxarada isə 500 min
əhali yaşayır. Sizdə isə cinayətin açılma faizi 70, Buxarıda isə 95
faizdir....” 
“Siz Mamedovun iş təcrübəsindən öyrənin”, – deyə şəxsi
heyətə dönə-dönə tövsiyə etdi.
Ali hüquq təhsili almaq Sadirin ən böyük arzusu idi. Rəisin
adına raport yazdı. Rəis razılığını verdi. Onu Moskvaya, akademiyaya
oxumağa göndərəcəyinə söz verdi.
Qafurov demişdi ki, Mamedov, sən fəxr etməlisən ki, general
Norov sənin haqqında yüksək fikirdədir. Hələlik qalıb işləmək
akademiyadan irəlidir.
General özü də bir dəfə etiraf etmişdi: “Mamedov oxumağa
getsə, vilayətdə əməliyyat şəraiti pisləşəcək”. Çünki Buxaranı
cinayətlər, kriminal ünsürlər bürümüşdü. Təcili effektli və cəsarətli
tədbirlər görülməliydi.
Sadir Məmmədov adı vilayətin hüquq mühafizə orqanlarında
artıq o qədər populyar idi ki, onun akademiyaya getməsi ilə
şəhərdə kriminogen vəziyyətin ağırlaşacağını da deyirdilər.


44
Tanı oğlunu, Vətən!
Gənc və perspektivli zabitin Moskvaya, Milis Akademiyasına
oxumağa getməsində general M.Norovun böyük əməyi var. O, 12
nəfər namızəddən yalnız Sadir Məmmədovun sənədlərinə qol
çəkib xeyir-duasını verdi.
General onu əldən buraxmaq da istəmirdi və həmişə deyirdi
ki, Mamedov getsə, əməliyyat şəraiti pisləşəcək və akademiyanı
bitirib vətəninə gedəcək.
Milis Akademiyasında yazdığı referat əla qiymətlə qəbul
olunmuşdu. Ordan əmr gəldi ki, sənədlər qəbul olunub, Moskvaya
get mə lidir. 1982-ci il iyunun 30-da Moskvaya yollandı. Qırx gün,
qırx gecə «Trudovoy» adlı düşərgədə xüsusi fiziki ha zır lıq kursu
Moskva Ali Milis Akademiyası. 1983-cü il


45
Tanı oğlunu, Vətən!
keçdikdən sonra imtahanları əla qiymətlə verib Moskva Ali Milis
Akademiyasına daxil oldu.
Əlbəttə, çox sevinirdi və qürurlanırdı da. Ağdamın Göytəpə
kən dindən sadə bir oğlan Moskvada, Milis Akademiyasının mü -
da vi mi olmuşdu. SSRİ Daxili İşlər Nazirliyinin təlim-tədris müəs -
si səsi Baş İdarəsinin rəisi, general-leytenant K.Çer nenkonun qar -
daşı A.U.Çernenko idi.
Sadir müəllim fotoalbomu vərəqlədikcə nostalji, kövrək hiss -
lər lə o günləri və adam la rı bir yerdə xa tır la yı r. Akademiyada ikin -
ci kursu bitirdikdən son ra təcrübə keçmək (bu rada Qdlyan ça ğı rır,
aprel 1983-cü il) üçün özü Buxaraya gəldi. Həyat yoldaşını isə
Ağ dama yola saldı. 1983-cü il iyulun 24-də oğlu Tural dünyaya
gəl di...
Doğrudan da oğurluq-cibgirlik kütləvi hal almışdı. Hər gün
bir neçə mənzil yarılırdı.
1980-cı ilin aprelində Buxara pambıq-kağız məmulatları za-
vodunun direktoru, SSRİ Ali Sovetinin deputatı Əli İsmayılovun
mənzilinə də “növbə ” çatır. Əli İsmayılov Özbəkistanın hörmətli,
nüfuzlu adamlarından sayılırdı. Onun mənzilindən 10 min manat
dəyərində 3%-li istiqraz kağızları, 7 min manat nağd pul, 1 gəbə,
külli miqdarda qızıl-zinət əşyaları aparılmışdı.
General bu işin nə qədər ciddi və məsuliyyətli olduğunu
əməkdaşlara çatdırdı:
– Bilirsənmi, Mamedov, İsmayılovun evini yaranlar tapılmasa,
sənin də, mənim də axırımdır? Əli İsmayılov SSRİ Ali Sovetinin
deputatıdır. Bu cinayət işi SSRİ DİN-nin və Özbəkistan SSR KP
MK-nın nəzarətindədir.
– Yoldaş general, qətiyyən narahat olmağa dəyməz. Cinayəti
törədənlər barədə əməliyyat məlumatı almışıq.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə