Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

37
Tanı oğlunu, Vətən!
Sadir Məmmədovun öz işinə və peşəsinə neçə ürəkdən bağ -
lan dı ğını təsəvvür etmək üçün Öz bə kis tanda gündəlik həyatından,
əmə liy yatçı – müstəntiq, rəis kimi fəa liy yətindən bəzi epizodları
təkrarən Sa dir müəllimlə birdə xatır la ma ğı mız yerinə düşər: 
“Bir gün şöbəyə məlumat ve ril di ki, Nəvai şəhər prokurorunun
müa  vini Yunis Bulatov axşam ma şı nı qaraja qoyub evə qayıdanda
ci  bin dən pul kisəsi oğurlanıb. İçərisində də partiya bileti, prokurorluq
vəsiqəsi, bü tün seyflərin açarları və xeyli pul olub.
Y.Bulatov gecə yarısına qədər baş əməliyyat müvəkkili Sadiri
gözləyir. Yalvarışlı səslə mənə deyirdi ki, əgər səhərə qədər sə -
nəd lər tapılmasa, vəzifəsi ilə vidalaşmalıdır. Karyerası zədələnəcək,
par tiyadan çıxarılacaq və s.
Ordan birbaşa dəmiryol vağzalına, milliyyətcə Krım tatarı
olan, “Bosman” ləqəbli “vor-zakon” Semyon (Yakutski Semyon
25 il siyasi məhbus kimi yatmışdı, cinayətkar ünsürlər onun la
hesablaşırdı. O əsasən Səmərqənd, Daşkənd, Xorəzim, Andican
və Qaşqadarya cibgirlərinə başçılıq edirdi. Nəvaidə dəmir yolu
stan siyasındakı evinə gəl dim. “Bosman” bu qəfil gəlişimi göz lə -
mir di. Ona qəti şəkildə bil dirdim ki, əgər səhər saat 7-yə qədər
oğur lanan şey lər məndə olmasa, cib gir lərin hamısını nahara qədər
içə ri dol du racağam. Mən onu jarqonla hədələdim.
Semyon dedi: Rəis, narahat olmayın, iki-üç saata konkret
ca vabı gəlib sizin evdə deyəcəyəm”.
Doğurdan da, düz iki saatdan sonra Semyon bir torba ilə evə
gəldi. Artıq gecə saat 2-3 radələri idi.
Semyon torbanı stolun üstünə qoyub dedi: “Rəis, bu 2 kon -
yak və bir qutu şokolad mənim hədiyyəmdir”. Mən imtina edəndə,
“bizdə qəbul olunmuş qaydadır, heç kimin qapısını əliboş döymürük.
İtmiş əşyalar isə aşağıda ağacın dibindədir,” – dedi.
Hər şey öz yerində idi...


38
Tanı oğlunu, Vətən!
Tezliklə Sadir Məmmədov ona verilən tap şı rıqları vaxtında,
yük 
sək səviyyədə ye 
rinə yetirməsi ilə, əxlaqı və dav 
ra 
nışı ilə
rəhbərliyin diq qətini çəkir. Ona “Şerlok Holms” ləqəbi verilir.
Dav ranışı ilə, ba carığı ilə iş yoldaşları ara sında, şəxsi heyətdə
nüfuzu qal xır dı, Nə vai şəhərində hamının hör mə tini və etibarını
qazanırdı.
Buxara vilayət Dİİ-nin rəisi, ge neral-mayor Munis Siracoviç
Norov da istedadına, təvazökarlığına, sadəliyinə və ümumiyyətlə,
insani dəyərlərinə görə onun xətrini istəyirdi, onu oğlu qədər
sevirdi, ona inanırdı.
Bu məsələdə inam, etibar ən vacib keyfiyyətdir.
Artıq iş yoldaşları da, dostları da ona inanırdılar. Hər bir
əmə liyyat-axtarış tədbirinin başlanması üçün mütləq onunla məs -
lə hətləşirdilər və hesablaşırdılar.
...1979-cu il dekabrın 3-də Buxara vilayət Dİİ-nə çağırılır.
Rəis müavini Arif Fazilovun kabinetində İ.Bazarovu, Ş.Raximov,
A.Baxışov, S.Səttarov oturmuşdular (sonralar tale elə gətirdi ki,
erməni daşnak ünsürü Qdlyan onları həbs etdi).
A.X.Fazilov çağırılmasının səbəbini açıqlayır: “Məmmədov,
səni Buxara şəhər Dİİ-nə, CAŞ-in rəisi vəzifəsinə təyin edirik.
Bu, birbaşa generalın göstərişidir”.
Təklif o qədər gözlənilməz idi ki, düşünmək üçün vaxt is tə -
dim.
Buxarada kriminogen vəziyyət mürəkkəb idi. Yaxşı bilirdim
ki, hansı ağır məsuliyyətin altına girirəm. Gecə-gündüz işləmək
və işləmək lazım idi. Elə həmin gün razılığımı verdim, işləri təh -
vil götürdüm.
İlin axırına 27 gün qalmışdı. Buxara şəhərində 47 cinayət işi
isə açılmamış qalırdı.


39
Tanı oğlunu, Vətən!
Təcili əməkdaşları topladım, tapşırılan işin ağırlığı, vaxtın
azlığı barəsində söhbət etdim. Şöbədə 22 nəfər əməkdaş çalışırdı.
“Hər birinizə iki cinayət işi düşür və bu işlər ilin sonuna qədər
açılmalıdır”, – deyib tapşırığımı verdim.
Günün sonunda görülmüş tədbirlər təhlil edilir, görüləcək
iş lərin planı isə müəyyənləşdirilirdi.
Şəhərdə narkomanların yığışdığı, toplaşdığı yerlər məlum
idi. Həmin yerlərə reydlər keçirildi, nəşəli iki qız, on iki nəfər oğ -
lan tutulub şöbəyə gətirildi. Dindirmə zamanı qızlardan biri dedi
ki, rəis, mən sizinlə təklikdə söhbət etmək istəyirəm. Söhbət bir
neçə saat çəkdi. Bütün informasiyalar dəqiqləşdirildi və
ümumiləşdirildi...
Aparılan profilaktik işlər artıq nəticəsini verirdi. Təzə rəisin
adı şə 
hərdəki cinayətkar ünsürləri rahatsız etmişdi. Hətta belə
deyirdilər ki, Məmmədov gecələr də yatmır.
Restoranlarda, gecə barlarında reydlər keçirildi. 25-30 nəfər
şüb həli şəxs şöbəyə gətirildi. Onların arasından ən azı 3-4 nəfəri
əmə 
liyyat marağı doğuran, bağlı qalmış cinayətlərdə şübhəli
şəxslər qis mində saxlanıldı.
Dekabrın sonuna bir həftə qalırdı…
Artıq cinayət işinin 28-i açılmışdı.
“Amma hələ açılmamış 19 cinayət işi qalmışdı. Qısa vaxtda
bu qədər işlər görülsə də, rəhbərliyin qoyduğu tapşırığı tam yerinə
yetirmək mümkünsüz idi. Yeni-yeni cinayətlər törədilirdi.
Dekabrın 25-i vilayət Dİİ-nin rəis müavini polkovnik A.Fazilov
şöbəyə gəldi və şəxsi heyəti iclasa yığdı:
– Məmmədov, səni rəis təyin etdik ki, ci na yətlər bağlı qal -
ma sın. Belə getsə, sizinlə vidalaşmalı olacağıq.


40
Tanı oğlunu, Vətən!
Mən təmkinimi pozmadan Bazarovun (İbadulla Bazarov Bu -
xa ra Şəhər Daxili İşlər İdarəsinin rəisi idi) üzünə baxdım və sa kit -
dedim ki, yanvarın 1-nə qədər açılmamış cəmi yeddi ci na yət işi
qalacaq.
O, təəccüblə:
– Bu iş möcüzəyə oxşayır, – dedi.
Bazarov onun sözlərini təsdiqlədi:
– Bəli, Məmmədov düz deyir.
Hamı otaqdan çıxandan sonra A.Fazilov məndən soruşdu:
– Sən doğrudan da, açılmamış yeddi cinayət işinin qalacağına
inanırsan?
Mən əməliyyatların qısaca təfsilatını danışdım. O, ayrılanda
əlimi möhkəm sıxıb:
– Sənin bu vəzifəyə təyin olmağını generaldan mən də xahiş
etmişdim, – dedi”.
Yuxusuz gecələr və gərgin iş qrafiki öz bəhrəsini verirdi.
Dekabrın 30-a qədər altı dəstədən ibarət 23 nəfər cinayətkar
zərərsizləşdirildi. Dİİ-nin rəis müavini polkovnik Ş.Raximovun
masası üstünə cinayət işi üzrə 40-dan artıq təsdiqedici məlumat
qo yul du.
Ş.Raximov sənədlərlə tanış olduqdan sonra dərin razılıq
hissi ilə “bax, belə dayan, sağ ol!” – kəlməsini dedi.
İlin yekun-hesabat iclası bayram ərəfəsi keçirildi (1979-cu
il).
General Norov iclas zalına daxil oldu, ətrafına göz gəzdirib
«bəs Məmmədov hanı?» – deyə soruşdu. 
S.Məmmədov adını eşidən kimi, tez ayağa qalxdı. General
üzünü salona tutub dedi:


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə