Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

73
Tanı oğlunu, Vətən!
insanlığından danışım, yoxsa qəhrəmanlığından? Bunun ikisi də
bir-birini tamamlayır”.
Mən Şuşaya Rusiyadan, Voloqdadan gəlmişdim. Azyaşlılar
üzrə inspektor vəzifəsinə təyin olunmuşdum. Çox keçmədi ki, Sa -
dir müəllim məni özünə xidmət üzrə müavin vəzifəsinə təyin etdi.
Yadımdadır: 1989-cu ilin noyabrın üçündə erməni vertolyotunu
Cıdır düzünə necə endirtdi. 28 nəfər “boyeviki” Şuşa türməsinə
gətirib doldurdu. Sağdan-soldan, yuxarıdan-aşağıdan nə qədər
zənglər gəldi, təhdidlər oldu, ancaq erməniləri həbsdən buraxmırdı.
O zaman bu işlərə Moskva baxırdı.
Şuşanın girişinə post qoydurdu, şəhərə gələn maşınları yox -
lat 
dırdı. Yoxlamaların birində 3 “boyevik”, xeyli silah-sursat,
Qaladərəsi kəndi. 15 noyabr 1983-cü il. Qaladərəsi kəndində keçirilən
uğurlu əməliyyatdan sonra. S.Məmmədov sürücüsü Əvəz kişi, 
hərbçilər və SSRİ DİN-in əməkdaşları ilə.


74
Tanı oğlunu, Vətən!
narkotik torbaları, şprislər aşkar edildi. Boyeviklər əslən Sumqayıtdan
olan Əskəran sakinləri idilər”. 
Qatı millətçilik və düşmənçilik xəstəliyinə yoluxmuş yerli
ermənilər də artıq söz eşitməz, idarəolunmaz hala gəlmişdilər.
Onlara havadarlıq edən rus hərbçiləri də hadisələri bir az da
qızışdırırdılar. Xüsusi İda 
rənin rəhbəri A.Volskinin açıq-aşkar
ermənipərəstliyi Yerevana ya rınması və Moskvaya xidmət etməsi
hamıya məlum idi.
Mitinqlər Yerevandan gələn emissarlar tərəfindən bir ssenari
üzrə təşkil olunurdu. Mitinqçilərə yemək-içmək verilir, isti qış
geyimləri paylanılırdı. H.Poqosyan, Z.Balayan, S.Kaputikyan,
R.Kö çəryan, V.Dadamyan, S.Manuçarov və başqaları ekstrimist
çı xış  lar edirdılər. “Dağlıq Qarabağ Ermənistanla birləşməlidir!”,
“Ana Ermənistan, Arsax səninlə birləşməlidir” kimi separatçı şü -
ar  lar  səsləndirilirdi.
1989-cu il oktyabrın 4-də Şuşanın Qaladərəsi erməni kəndinin
ərazisində Bərdədən taksi ilə gələn 4 nəfər azərbaycanlı qətlə
yetirilmişdi. Şuşa milisi cinayətkarların aşkar olunması üçün
tədbirlər planı hazırlayır. 
Camaatın səbri-qərarı tamam tükənmişdi. Şuşalıları daha
saxlamaq olmazdı. Şö bənin qarşısına yığışıb, “qana-qan” deyirdilər.
Onları sa kit ləş dir mək, qabağa çıxmaq lazım idi. Şöbə rəisi qətiyyətlə
bildirdi: “bəli, onlar cinayətkardırlar, cəzalarını da mütləq alacaqlar”. 
Vilayətdə vəziyyət çox agır idi. Çətin vaxtlar idi. Ağa körpüsü
partladılmışdı, gediş-gəliş çətinləşmişdi. Yalnız Qubadlı-Laçın
yolu işləyirdi. Şuşaya yol erməni kəndi Ərmiravandan və Ste pa -
na kertin içindən keçirdi. Bu yolda da ermənilər pusqular qurub,
ma şınları, adamları atəşə, daşa-sopaya tuturdular. 
O, Şuşada işləsə də, Bakıda, nazirlikdə vilayətlə bağlı bütün
operativ məlumatları ondan tələb edirdilər, kriminal, ictimai-siyasi


75
Tanı oğlunu, Vətən!
durumu ondan so ru şur dular: “Sadir Məmmədov DİN-nin vilayətdə
səlahiyyətli nü ma yəndəsidir” – bunu general M.Əsədov deyirdi... 
1989-cu ilin noyabr ayı idi.
Nazir A.Məmmədov şəxsən zəng edib dedi ki, maarif naziri
Lidiya Xudatovna Rəsulova başda olmaqla xa nım lardan ibarət bir
qrup Ağdamdan, Şuşaya gəlmək istəyir. On la ra kömək et.
Lidiya xanıma mövcud vəziyyəti anlatmaq istəsək də, o, Ağ -
dam dan Şuşaya gəlməkdə çox israrlıydı. Çıxış yolu qalmadı.
“Lidiya xanımı üstüörtülü “UAZ”-a mindirdim, özüm isə
“Volqa” markalı xidməti maşınıma oturdum, onlara “dalımca gə -
lin”, – deyib yola düşdük.
Əsgəranda maşınımızı ermənilər daşa basdılar. Arada güllə
sə si də gəldi. Xoşbəxtlikdən ziyansız-xəsarətsiz ötüşdük. Ər mi ra -
van da yolu ermənilər ağac şlaqbaumla, daş-kəsəklə kəsmişdilər.
Sü rücü Əvəz kişi ermənicə mükəmməl bilirdi. Əvəz kişinin ötkəm
və inamlı “buraxın” deməsi, mənim sərt baxışlarım erməniləri sa -
kit cə şlaqbaumu açmağa məcbur elədi və biz Şuşaya sag-salamat
gə lib  çatdıq.
R.Tumanyants bu hadisəni eşidəndə hirslənmış, Volskiyə
zəng edib qaraçı şivəni salmışdı: “Mamedov burda özbaşınalıq
edir. Bizimlə razılaşmadan, bizdən icazə almadan Bakıdan gəlmiş
vəzifəli şəxsləri vilayətə dəvət edir. Bu cür hərəkətlər ilə insanlarda
qıcıq yaradır, milləti bir az da qızışdırır”. 
Erməni hiyləgərliyinə və yalanlarına inanan, onlarla əlbir-
dilbir olan A.Volski Sadirdən Stepanakertə gəlməyini, izahat
yazmasını tələb etdi. Çağırışına məhəl qoymadığını görüb hərbçiləri
dalınca göndərir. 
“Bura Azərbaycan torpağıdır. İstənilən Azərbaycan vətəndaşı
buraya gəlib-gedə bilər” – cavabı ona verilir... Bu söhbətdən son -
ra A.Volski ilə onsuz da soyumuş münasibətləri bir az da kəskinləşir...


76
Tanı oğlunu, Vətən!
Sadir müəllim həmin hadisəni danışanda bir şeyə təəssüflənir:
“Lidiya xanım da sağ olsun, mənim əziyyətimi yerə vurdu. Bakıya
gələn kimi, nazirə giley-güzar etmişdi ki, rəis (Sadir Məmmədov
– R.K.) özü rahat maşında getdi, bizi isə “dustaq” maşınında,
(“UAZ” da) Şuşaya apardı. Lidiya xanım bilmirdi ki, ermənilər
xəbər tutsaydılar, mən maşınımda vəzifəli şəxsi aparıram, təxribat,
fitnə-fəsad törədə bilərdilər”. 
“Mən təhlükəsizlik baxımından belə hərəkət etmişdim” –
mənim bu cavabım naziri, deyəsən razı salmışdı. 
Moskvadan, Yerevandan Qarabağa, Xankəndinə çağrılmamış
“qonağın” biri gəlir, biri gedirdi. Vəziyyəti ekstremist çıxışları ilə
qızışdıran Q.Starovoytovanı və Z.Balayanı vilayətdən çıxartmaq
tələb olunsa da, onlar sərbəst gəzib dolaşırdılar. 
Stepanakertdə Vilayət Xalq Deputatları Sovetinin orqanı
“Sovetskiy Karabax” qəzeti yalnız erməni və rus dillərində çıxırdı.
Qəzet antiazərbaycan, antitürk təbliğat ruporuna çevrilmişdi, şo -
vi nist ruhlu məqalələr çap olunurdu.
Qarabağ hadisələri başlanandan ermənipərəstliyi ilə seçilən
Rusiya mətbuatı da Azərbaycan əleyhinə sistemli, ardıcıl şəkildə
məqalələr çap edir, azərbaycanlıların düşmən obrazını yaratmağa
çalışır.
DQMV Dİİ-də Daşnaksutyunun hökmü-fərmanı keçirdi.
“Krunq” təşkilatı da fəallaşmışdı. Kim onlara qarşı çıxırdısa,
erməni, rus, azərbaycanlı fərqi qoyulmurdu – aradan götürülürdü. 
Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsi sü pür -
gə çisindən, katibəsindən tutmuş rəisinə, serjantına qədər ermənilərdən
iba rət  idi.
Dağlıq Qarabağa, erməni milislərinin himayəsi altında se pa -
rat çılar üçün gecə-gündüz silah-sursat, partlayıcı maddələr daşınırdı. 


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə