Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

62
Tanı oğlunu, Vətən!
özünü günahsız quzu kimi generala təqdim etməyə çalışırdı. Gah
da qışqıra-qışqıra Sadir Məmmədovun üstünə yeriyib hədələyirdi,
ondan yuxarılara – SSRİ Daxili işlər nazirinin müavini Yeliseyevə
və Azərbaycan Respublikası Daxili işlər naziri Aydın Məmmədova
şikayət  edə cə yini  bildirirdi.
Sadir müəllim danışır ki, “bir dəfə Zahid Dünyamalıyev
bərk hirsləndi. “Ən böyük günahkarlardan biri sənsən” – dedi,
İsa qulovu xidməti silahı ilə vurub təpiyin altına salmaq istədi. 
Araya girib biz qoymadıq...”
Həyasız və hiyləgər A.İsaqulov S.Məmmədovun məsələsini
SSRİ Daxili işlər Nazirinin müavini Yeliseyev səviyyəsinə qədər
qaldırmışdı. O zaman onu Aydın Məmmədov və Nazirliyin cinayət
axtarışı rəisinin müavini Xəlil Quliyev müdafiə etdilər. Əsas səbəb
isə – S.Məmmədovun Stepanakertdə (Xankəndində) əməliyyat
şə raitinin öy rənilməsi və operativ olaraq Bakıya VÇ-telefonu va -
si təsilə mə lu mat verməsi, İsaqulovun ikiüzlülüyü barədə rəhbərliyə
gön  dər di yi  yazılı  məlumatlar  idi.
“Həmin dövrdə Robert Tumanyants DQMV-i Dövlət Təh lü -
kə sizlik Komitəsinin rəis müavini və “Krunk” təşkilatının fəallarından
biri idi. O, bilirdi ki, onun barəsində məlumatları Bakıya mən çat -
dı rıram. Ona görə də mənimlə diplomatcasına və hiyləgərcəsinə
dav  ranırdı. Bizim yanımızda erməni daşnaklarını, xüsusilə də Ye -
re  van ermənilərini lənətləyirdi. Mənim isə ona inanmadığımı bi -
lir di və buna tam əmin idi”.
Xankəndində (Stepanakertdə) azərbaycanlıların işdən qo 
-
vul ması, azərbaycanlı şagirdlərin məktəb və bağçalara gedə bil -
mə məsi ilə bağlı faktları yazılı surətdə Bakıya göndərilirdi. Bir
də fə də Qarabağ ipək kombinatının direktoru Robert Koçaryanla
“azərbaycanlılar nə üçün işdən qovulurlar” – deyən Sadirin onunla
iş kabinetində tutaşmasının da səbəbi bu idi. Ona görə İsa qulov
partlayırdı, Sadir Məmmədovla kin-küdurəti burdan qaynaqlanırdı.


63
Tanı oğlunu, Vətən!
“ŞUŞAYA MƏN GETMƏSƏM, 
KİM GETMƏLİDİR?”
u____________________________________________
U
lu Öndər Heydər Əliyev deyirdi: “Şuşa Azərbaycanının
ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı ya ra -
dan lar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan
tor pağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının
daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar.
Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir,
tək cə şəhər deyil, böyük bir tarixi abidədir. Ona görə də, Şuşa tək -
cə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, mil lə -
ti ni sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir tor -
paq dır, əziz bir qaladır, əziz bir abidədir”.
Şuşa bütün Qarabağ əhalisinin sonuncu ümid yeri idi. Qoca
tarix özü bu şərəfli vəzifəni Şuşanın (Qalanın) adına yazmışdı.
Şuşa Qarabağın yenilməz dayağı, sonuncu səngəri idi, millətin
namus-qeyrət rəmzi idi. 
Şuşa son nəfəsinə, son qurşununa qədər düşmənə müqavimət
göstərirdi.
Şuşa iqtisadi, sosial çətinliklərə, mühasirəyə, paytaxtdakı
ha kimiyyət intriqalarına mətanətlə və rəşadətlə dözürdü...
Şuşa çətinliklərə, təhlükələrə mətanətlə dözürdü və qəh rə -
man casına vuruşurdu. Azərbaycan şəhərlərinin tacı olan Şuşa Sa -
dir Məmmədovun ta le yinə ən unudulmaz, şərəfli bir səhifə kimi
yazılıb.


64
Tanı oğlunu, Vətən!
30 sentyabr 1989-cu ildə Daxili İşlər Naziri Aydın Məm mə -
dovun əmri ilə Şuşa Rayon Daxili İşlər şöbəsinə rəis təyin olundu.
Bacarığını, işgüzarlığını və mütəşəkkil cinayətkarlığa qarşı
mübarizədə təcrübəsini və əslən qarabağlı olmasını nəzərə almışdılar.
Şuşaya rəis təyin olunması ilə bağlı qərarını özü belə əsaslandırır:
“Həmin dövr çox pis dövr idi. Ani olaraq təhlil apardım. 84
rayondan Şuşanın seçilməsi mənim üçün müəmmalı oldu. Lakin
fikirləşdim ki, bir qarabağlı kimi Şuşaya mən getməsəm, kim
getməlidir”.
Bu təyinat ilk növbədə, əlbəttə, erməniləri razı salmırdı, xü -
su sən DQMV Dİİ-nin rəisi Robert Tumanyantsı bərk əsəbləşdirdi.
O, erməni həyasızlığı ilə ona bildirdi: çətin ki, bir yerdə işləyə bil -
sinlər, buraya nahaq gəlibdir. Sadir Məmmədov ona: “Bura Er mə -
nistan deyil, Azərbaycandır. İstəyirsənsə, özün çıxıb gedə bilərsən”
– dedi.
Ermənilər Ağa körpüsünü partlatmışdılar. Şuşaya gediş-gə -
lişi çətinləşmişdi. Şuşadan çıxmaq üçün dolanıb Xankəndinin
mər kəzindən keçmək lazım gəlirdi.
Rayonun fermalarında, tövlələrdə minlərlə baş xırda və iri -
buy nuzlu heyvan acından qırılırdı, tələf olurdu. Çıxılmaz vəziyyət
ya ranmışdı. Heç yerdən imdad, kömək yox.
Körpü dağıdılıb. Yollar qorxulu, qaçaq-quldurla dolu. 
Ot-ələf gətirmək mümkünsüz...
Camaat milis rəisinə – Sadir Məmmədova üz tutdu. O, Şəhər
XDS-nin sədri Mikayıl Gözəlovla əlaqə saxladı. Təcili çıxış yolu
tapılmalı idi. 
Hərbi komendantlığa, general Safonova müraciət edilir. Uzun
da nışıqlardan sonra Ağdam rayon İcraiyyə komitəsinin sədri Xu -


65
Tanı oğlunu, Vətən!
Şuşa. Sadir Məmmədov müavinləri Eldəniz Quliyev və Vahid Bayramovla
Şuşa. Soldan:Vaqif Cəfərov, Sadir Məmmədov 
və Mikayıl Gözəlov


66
Tanı oğlunu, Vətən!
Şuşa. Teleqüllənin yanında. 1990-cı il
Şuşa. Cıdır düzü. 1990-cı il


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə