Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

96
Tanı oğlunu, Vətən!
İdarədəki yüksək rütbəli erməni zabitlərinin çoxunun “Krunk”
və digər separatçı-ekstremist yönlü təşkilatların üzvləri olduqlarını
müəyyənləşdirir. Onların törətdikləri cinayətləri araşdırıb, 32 nəfər
erməni milis zabitinin işdən azad edilməsi barədə nazir M.Əsədova
məruzə edir. Vilayətin daxili işlər orqanlarından xaric olunmuş
ermənilərin yerinə azərbaycanlılar götürüldü.
O, Daxili İşlər İdarəsində sərt tələbkarlığı, ciddiliyi ilə in ti -
zam yaradır, yanından saymaz keçən ermənilərin onunla he sab -
laş masına nail olur: Sutka ərzində ən kiçik məlumatın belə ona
çat dırılmasını tələb edir.
Kabinetinin qapısı ağzında bir erməni katibə otururdu. Son
də rə cə ciddi və ehtiyatlı olmaq gərək idi! Həyat və tarix göstərir
ki, “axçi”lərdən nə desən, göz ləmək olar!
Yaşayış məntəqələri üzrə “boyeviklərin” siyahısının tərtib
edilməsi, əlaqələrinin dəqiqləşdirilməsi, hərbi bazaların və silah-
sursat anbarlarının yerlərinin öyrənilməsi barədə sahə inspektorlarına,
cinayət-axtarış üzrə əməliyyat müvəkillərinə verilən xüsusi
tapşırıqların icrasına nəzarət edir.
Az sonra V.P. Polyaniçko TK-dan uzaqlaşdırılır...


97
Tanı oğlunu, Vətən!
VİKTOR PETROVİÇ
u____________________________________________
G
öründüyü kimi, Qarabağda hadisələrin əsas fiqurlarından
biri kimi V.Polyaniçkonun adı keçir. O, “Qa 
rabağ
süjeti”ndə diqqət çəkən obrazlardan biridir. Viktor Pet ro viç Pol -
ya  niçko uzun illər komsomol və par ti ya işlərində, rəh bər və zi fə -
lər də  ça lış mış dı.  Şərqə,  mü səl man  xalqlarının  ya şa yı şına,  adət-
ən 
ənələrinə, psi 
xologiyasına ya 
xından bələd idi. Əf 
qa 
nıstanda
fəa  liyyət  gös tər mişdi.  Oddan-alov dan  keçmişdi.
Əfqanıstandan sonra Kreml onu AR KP MK-sinə və eyni za-
manda Qarabağa atmışdı.
V.P.Polyaniçko ilk növbədə sovet rejiminin yetirməsi və
sədaqətli övladı idi. Burda Sovet dövlətinin, Kremlin maraqlarını
güdsə də, müəyyən qədər ortaq mövqe tutmağa çalışırdı: özünü
həm ermənilərin, həm də azərbaycanlıların mənafeyini saxlayan
şəxs kimi göstərirdi.
Onun şəxsiyyəti və siyasi fəaliyyəti, Qarabağda xidməti
Azərbaycanda heç də birmənalı qarşılanmırdı. Haqqında müxtəlif
ziddiyyətli fikirlər, xoşagəlməz şayiələr dolaşırdı...
Əlbəttə, V.P.Polyaniçko şüuraltı olaraq Qarabagda böyük
siyasi oyunun getdiyinin, özünün də bu ikiüzlü siyasətin, xəyanətin
girovuna çevrildiyinin fərqindəydi...
Polkovnik sonuncu dəfə V.Polyaniçko ilə Moskvada görüşəndə
(S.Məmmədov Özbəkistandan Romaya, konfransa Moskvadan
getməli idi) dediyi sözlər də bu həqiqəti əks etdirir: V.Polyaniçko
deyirmiş: “Yaxşı, Mamedov, mən başqa millətin nümayəndəsiyəm.


98
Tanı oğlunu, Vətən!
Bu nu hardasa anlamaq olar. Bəs sənin xidmətin niyə qiy mət lən di -
ril mədi. Bəs qardaşının? Ona niyə qiymət vermədilər?
Axı, siz hər gün ölümlə qarşılaşırdınız. Xəyanətin, sui-qəs -
din, qəfil güllənin qurbanı ola bilərdiniz. Hər an girov götürülə bi -
lər diniz”.
Bu suallar, bu fikirlər onun içini dağıdırdı. Haqlı sözə nə
deyə bilərdi? Sakitcə demişdi: “Viktor Petroviç, biz Vətən qarşısında
borcumuzu yerinə yetirmişik”.
Sağollaşıb qapıdan çıxanda Viktor Petroviç əlini kürəyimə
vurdu və gülümsəyərək: “Heydər Əliyev o zaman hakimiyyətdə
olsaydı, ikimizin də xidmətimizi qiymətləndirərdi”, – dedi. 
Və sonra V.Polyaniçko gözləri yol çəkirmiş kimi aramla:
– Eh, Mamedov, Mamedov, ehtiyatlı ol. Mən Moskvada da
rahat gəzə bilmirəm. Bizi hələ də təqib edirlər. Özünü gözlə, –
dedi. Çünki sən başqa respublikadasan, orada düşmənlərinlə (yəni
ermənilərlə) rastlaşa bilərsən.
Bu, mənim Viktor Petroviçlə son görüşüm oldu”. 
Polkovnik onun adını həmişə hörmətlə “Viktor Petroviç” ça -
ğırır. V.Polyaniçko az sonra Şimali Osetiyada erməni terrorunun
qurbanı (1 avqust 1993-cü ildə) oldu. Həmin qətlin üstü hələ də
açılmayıb. Qətli ertmənilər törətmişdilər.
Sadir Məmmədov inanır ki, V.P.Polyaniçko Qarabağda uzun -
müd dətli asayişin və barışın bərqərar ol ma sının ilkin və təxirəsalınmaz
şərti kimi vilayətin yaraqlılardan, se paratçılardan təmizlənməsində
görürdü. Əlbəttə, o da bir icraçı mə mur kimi, adicə bir insan kimi
bu qanlı xaosdan, siyasi öz ba şı na lıqdan təngə gəlmişdi. İpə-sapa
yatmayan yaraqlıların cə za lan ma sını istəyirdi. “Deyəsən, ermənilər
buradan köçürülməsə, əmin-amanlıq yaranmayacaq” – bu fikri
dəfələrdə dilinə gətirmişdi. Er mə nilərin hə ya sızlığı, fitnəkarlığı
onu da lap bezdirmişdi. Sadir mü əllim deyir ki, “Hətta öfkəli,


99
Tanı oğlunu, Vətən!
əsəbi vaxtlarında onların kon tey ner lərə doldurulub-köçürülməsini
son çarə kimi söyləyirdi....” 
General-leytenant Zahid Dünyamalıyev də bu fikirdəydi:
“bu murdar erməniləri Qarabağdan çıxartmaq lazımdır, yoxsa
sonra gec olacaq”. 
6 may 1991-ci il idi. SSRİ DİN-nin Daxili Qoşunlarının ko -
man danı, general B.N.Qromov (o, SSRİ dövründə 11 il Əfqanıstanda,
sovet hərbi kontingentinin komandanı olmuşdu. V.P.Polyaniçko
ilə orda tanış olub dostlaşmışdılar. Boris Nikolayeviç Qromov
SSRİ dağılandan sonra Moskva vilayətinin qubernatoru da oldu. 
B.Qromov DQMV-nə, Xankəndinə (Gəncədən) gəlirdi.
V.P.Polyaniçkonun köməkçisi Seyran səhər tezdən idarəyə
zəng edib dedi ki, Viktor Petroviç səni təcili çağırır. Mən qalxıb
TK-nə getdim. V.P.Polyaniçko dedi ki, sən get Xocalı aeroportuna,
mən də sənin dalınca gəlirəm.
Şuşa. 1990-cı il. V.Polyaniçko polkovnik S.Məmmədova 
tapşırıqlar verir. Sağda general V.Safonovdur.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə