Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə26/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

108
Tanı oğlunu, Vətən!
Qa ra bağa  sə fər lə rindən  birində  Sadir
Məm mə dovla görüşmüş və bu haqda
“Onlar Vətəni qoruyurlar” adlı iri
mə  qalə  yazmışdı:
“Sadir  müəllimlə  Xan kən di nə
gedirdik. Təhlükəli yerlərdən keçirdik.
Yolun solunda-sağında dərələr və qa -
ya lıqları göstərərək bil dirdi ki, er mə -
ni yaraqlılarının əsas məskəni bu ra -
lar dır. Burda tez-tez hücumlar olur
və maşınlara atəş açılır.
– Elə təxminən bir ay əvvəl, mə -
nim maşınıma, bax buradaca hücum etdilər.
Dörd maşın bizi sıxmaq istədi, sonra atdılar, yaxşı ki, dəy -
mə di, salamatçılıq oldu. Səni qorxutmaq üçün demirəm. Sadəcə
ola raq deyirəm ki, işdi, atəş eşitsən, uzanarsan maşının içinə, çün -
ki silahın yoxdu. 
Artıq dərəni keçib şəhərə girhagirdə iki atəş səsi eşitdik. Və
o saniyə də yanımda oturmuş 2 əsgər əllərini avtomatlarına atdılar.
İlham maşınının sürətini artırdı. Polkovnik isə bircə onu dedi ki: –
Uzan!
...Daha güllə atılmadı. Bir neçə dəqiqədən sonra artıq DQMV
Daxili İşlər İdarəsinin qarşısındaydıq. Dİİ-nin qarşısında 20-25
milis işçisi durmuşdu, hamısı da erməni idi və onlar bizi gördükdə
özlərini yığışdırdılar. İdarəyə daxil olanda gözlərimə inanmadım.
Yeddi-səkkiz erməni C.Məmmədovun qəbuluna şikayətə gəlmişdi.
Söhbət edirdik ki, birdən qapı açıldı və təxminən 20-21 ya -
şın da bir erməni qızı içəri girdi. Sadir onu görcək:
– Bayaqdan hardasan, bizi qoymusan çaysız, – Sonra mənə
işarə ilə, – tanış ol, jurnalistdir, gəlib bizdən yazmağa.
Aydın Ağazadə


109
Tanı oğlunu, Vətən!
O, gözucu mənə baxdı, salamlaşdı və dedi ki:
– Nədən yazacaq?
– Real şəraitdən, buralarda baş verən həqiqətdən! – deyə
cavab verdi.
O, mənalı-mənalı mənə baxdı. Sonra eşiyə çıxdı. Bir azdan
əlində iki stəkan çay gətirdi. Açığını deyim, o qədər ətirli çay idi
ki, adamı lap bihuş edirdi. Özü də yol gəlmişdik, qorxulu zonadan
keçmişdik, boğazımız qurumuşdu. 
Sadir Məmmədov çayını bəh-bəhlə içdi. Üç-dörd dəfə mənə
dedi ki, çayını iç, soyuyur. Mən isə hələ yazırdım, istidi, bir azdan
içərəm, dedim. Amma... amma içərimdəki qorxu məni çay içməyə
qoymadı. Qorxdum çaya zəhər qatarlar, pis vaxtdır, axı nə bilmək
olar. 
Bir qədər sonra sosialist əmlakını
dağıdanlara qarşı Mübarizə (SƏDM)
bölməsinin rəisi Babayan içəri gəlib
S.Məmmədova bildirdi ki, rəis qo -
na ğın gəlib, yaxşı olar ki, gedək bir
qulluğunda duraq. Sadir müəllim
məni təlimatlandırdı ki, deyərsən ki,
Rostovda  işləyirsən.  Milis  Aka de mi -
ya sını bitiribsən. Sadir müəllim məni
ma yor kimi təqdim edtdi. Erməni de -
di:
– Ara, bunu yumaq lazımdır.
İkimiz də cavab verdik ki, vax -
tı 
mız yoxdur, yarım saatdan sonra
ge neral Kovalyovla Xocalıda ol ma -
General V.Kovalyov və 
Sadir Məmmədov


110
Tanı oğlunu, Vətən!
lı yıq.
Bir azdan general Kovalyov gəldi və bildirdi ki, Xocalıya
getmək lazımdır. Elə o dəqiqə Sadir Məm mə dovun sürücüsü, ki -
çik serjant İlham Kə rimov maşını hazırladı və biz Xo ca lı aeroportuna
yol landıq.
Sadir Məmmədov məni Xo ca lı nın milis rəisi Sabir Məm mə -
dov la ta nış etdi və bildirdi ki, qardaşımdı. Am ma bilmədim ki,
doğ ma qardaşıdı, yox sa elə bütün azərbaycanlıları özünə qar daş
sa yır”.
Bölmə rəisi, leytenant Kamil Bi lalov deyir:
– Bu gün hamımızı Vətənimizin taleyi düşündürməlidir. Ha -
mı da ümumi mənafe şəxsi mənafeyə güc gəl mə lidir. Məni bura
gə tirən də bu mü qəd dəs qüvvədir. İşlədiyim Axullu kən di üç er -
mə ni kəndinin – Ağbulaq, Edil li və Yuxarı Axullu kənd lərinin
əha təsindədir. Açığını deyim, burda və ziyyət çətindir. Əsa sən ge -
cə lər atış ma olur. Hələ 1989-cu ildə 4-cü kursda oxuyarkən, bizi
kursant ki mi, Stepanakertə göndərmişdilər. Üç ay orda qaldıq. Üç
ay ər zin də be lə qənaətə gəldim ki, mən burda la zı mam. Gördüyünüz
ki mi, sözümün üs tündə durdum. Bölmədə şəxsi heyət ara sında
əh val-ruhiyyə yaxşıdır. Milis nə fərləri əsasən yerli əhalidən gö tü -
rü lür. Necə deyərlər, çalışırıq bu yanlarda əmin-əmanlığı qoruyaq.
Bu işdə bizim rəis Sadir Məmmədovun əməyi böyükdür. Elə gün
ol mur ki, o, bizim postları gəzməsin hər şeyi yerli yerində öy rən -
məsin. Çox qoçaq adamdır. Özü də cəsurdur, bizi də qətiyyətli ol -
ma ğa həvəsləndirir. ..
Ağdama dönərkən yolda Sadirdən soruşuram:
– Hər gün qorxulu yolları gedib-gəlməkdən, Xankəndində
ermənilərin içində oturub işləməkdən qorxmursan? Axı hər dəfə
bu yollarda düşmən gülləsinə tuş gələ bilərsən. 
– Bir gün burda olmasam, elə bilərlər ki, qorxmuşam. Ona


111
Tanı oğlunu, Vətən!
görə işə gəlirəm. Bütün bu yollar, yaraqlılar ermənilərlə görüş
mən də adi hal alıb. Artıq adət etmişəm. İlk günlərin bəlkə də yün -
gül vari həyacanı çoxdan yox olub. Bir də mənim öz torpağımızda
qorx mağa ixtiyarım yoxdur. Azərbaycan Respublikasının Daxili
İşlər naziri Məhəmməd Əsədov təyin olunandan sonra elə bil və -
ziy yət tam dəyişib. Yoldaş Əsədov özü hərbi geyimdə dəfələrlə
təş kilat komitəsində, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dİİ-də
olub. Meşəlidə, Xocalıda, Şuşada, Ağdərədə və s. kəndlərdə ke çi -
ri lən əməliyyatlarda şəxsən özü iştirak edib. Onun qətiyyəti və
mərd liyi bütün zabit və milis nəfərlərini cəsarətli olmağa sə fər bər
edir. 
Yolboyu elə bu hadisələrdən da nı şırdıq. Sadir Məmmədovun
sər bəst li yi və cəsarəti məni valeh etmişdi. 
Qarabağda gördüyüm milis işçilərini düşünürdüm, nə yaxşı
ki, Azərbaycanın belə igid, mübariz oğlanları var. Belə oğulları
olan Vətən basılmaz. (“Ədalət” qəzeti, 3 sentyabr 1991-ci il).
Azərbaycanın suveren hüquqları onda pozuldu ki, SSRİ Ali
Soveti Rəyasət He yə ti nin 12 yanvar 1989-cu il ta rixli qərarı ilə
Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət sta-
tusunu saxlamaqla, A.İ.Volskinin sədrliyi ilə DQMV-nin Xüsusi
İdarə Komitəsi yaradıldı.
Xüsusi idarəetmə formasında respublikanın dövlət orqanlarının
iştirak etməməsi A.Volskinin həyasız özbaşnalığına geniş imkan
vermişdi. Bütün sənədlərdə DQMV Azərbaycan SSRİ-nin tərkibindən
çı xarılmışdı.
Bu, erməni daşnaklarının və separatçılarının “arzusunun çin
olması idi”.
Xüsusi İdarənin himayəsi altında azərbaycanlılara qarşı si -
lah lı basqınlar, terror aktları çoxaldı. A.Volski ermənilərin “şıl taq -
lı ğı na”, həyasızlığına göz yumur, məkrli planlarını həyata keçirmələri


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə