Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

120
Tanı oğlunu, Vətən!
– Düzünü de, qorxursan, ya yox?
– Niyə qorxmalıyam ki! – dedim və bu sözlərim də yalan
idi. Bayaq keçirdiyim yüngülvari qorxu artıq Xocalıda yox ol -
muş du. Ona görə də özümü sərbəst hiss edirdim. Sonra qayıtdı ki,
artıq keçmişik təhlükəli zonaya, əli ilə keçdiyimiz körpünün sol
tərəfimdəki dərəni və sağ tərəfindəki qayalıqları göstərərək bildirdi
ki, erməni yaraqlılarının əsas məskəni buralardır (Həsənabadın
ərazisi). Burda tez-tez hücumlar olur və maşınlara atəş açılır.
– Elə təxminən bir ay əvvəl mənim maşınıma, bax buradaca
hücum etdilər. Dörd maşın bizi sıxmaq istədi, sonra atdılar, yaxşı
ki, dəymədi, salamatlıq oldu. Səni qorxutmaq üçün demirəm.
Sadəcə olaraq deyirəm ki, işdi atəş eşitsən, uzanarsan maşının
içinə, çünki silahın yoxdur. Biz isə...
O zaman çox təhlükəli və qorxulu idi. “Hər oğul oraya (Xan -
kən dinə – R.K.) gedə bilməzdi. Qalustyan deputat olsa da, yaraqlılara
bi lavasitə rəhbərlik edirdi. Onlar aradan götürəcəkləri adamların
siyahısını da tutmuşdular. O siyahıda Sadir Məmmədovun da adı
vardı”.
Xocalı milis bölməsinin rəisi Sabir müəllim qardaşı ilə bağlı
bir məqamı yada salır:
“1990-1991-ci illər sürücüm Azərlə xidməti “UAZ” maşınımda
Xankəndinə, Dİİ-nə texnika üzrə sənədlər aparmışdım. Dİİ-nin
binası qarşısında maşını saxlayıb içəri daxil oldum. Binanın qar şı -
sında xeyli erməni yığışmışdı. Binanı və maşını dövrəyə aldılar. Bu
zaman əslən Bakıdan olan bir erməni qadın pıçlltı ilə mənə dedi:
– Rəiscan, səni və qardaşını girov götürmək istəyirlər. Eh ti -
yatlı olun.
Mən növbə gözləmədən Kovalyovun kabinetinə girdim və
mövcud vəziyyəti generala danışdım...


121
Tanı oğlunu, Vətən!
Pəncərədən əlimin işarəsi ilə Azərə isə başa saldım ki, Şuşaya
sürsün. Azər cəld maşını tərpədib gözdən itdi...
Ermənilər Xocalı yolunu bağlamışdılar. General Kovalyovun
və polkovnik Sadir Məmmədovun operativ tədbirləri nəticəsində
rus hərbçiləri BTR-lə Dİİ-nin qarşısına gəldilər, məni və qardaşım
Sadiri arxa qapıdan çıxarıb qərargaha (TK) gətirdilər”.
Abbas Hüseynli yazır: “1990-cı ilin
iyul ayı idi. Dağlıq Qa ra bağ Muxtar Vi la -
yə tinə təhkim olunmuşdum. Vilayət Dİİ-
də idik. Çölə baxırdım, gördüm ki, yaraqlılar
idarəni mühasirəyə alıb 
lar, bizi girov
götürmək istəyirlər. Mən tapançanı çıxarıb,
göz lə dim. Sadir qaça-qaça gəldi, gizli yolla
bizi çıxartdı. “UAZ”-na min dirib Xocalıya
apardı”.
Şuşa rayon polis şöbəsinin əmək da -
şı, baş leytenant İlqar Hüm bətov söyləyir
ki, bu vəzifənin (DQMV Dİİ rəis müavini
– R.K.) altına girmək böyük cəsarət tələb edirdi. Amma Sadir
müəl lim çətinlikdən qorxan oğul deyildi. Sadir müəllim ermənilərlə
rəis kimi davranırdı...
Xankəndində dəfələrlə mühasirəyə düşüb, çətinliklə mü ha -
si rədən çıxa bilmişik”.
Qarabağda hər gün artan cinayətlərin açılması, qarşısı alınması
üçün ilk növbədə pasport rejiminin gücləndirilməsi zəruri idi. Bu -
nun üçün öncə Muxtar Vilayətin bütün rayonlarında əməliyyat-is -
tin taq qrupları yaradıldı. 1990-cı ilin may-iyun aylarında münaqişə
zo nasında törədilən cinayətlərin açılma faizi yüksək oldu, ci na -
yət karların doxsan faizi həbs edildi. Pasport rejiminin yoxlanılması
zamanı 600-ə qədər ekstremist aşkar edildi və barələrində imzalanmış
Abbas Hüseynli


122
Tanı oğlunu, Vətən!
protokollar tərtib edildi, yüz 
lərlə separatçı tutularaq Şuşa və
Ağdamdakı  Şahbulaq  həbs xa na larına  göndərildi.
Polkovnik Əzim Piriyev öz kitabında yazır: “Martuni, Mar-
dakert, Had 
rut. Əsgəran və Şuşa rayonları üzrə “boyeviklərin
siyahısı də qiq ləş di rilərkən onların min nəfərdən çox olduğu bilindi.
Bundan əlavə, Ye re van dan gələn vertalyotların vilayətin ərazisində
düşdükləri 22 meydançanın ye ri müəyyənləşdirildi. Habelə silah-
sursatların saxlandığı evlərin, zir 
zə 
mi 
lərin, meşənin yerləri ilə
bərabər “boyeviklərin” yuva saldıqları ünvanlar də qiqləşdirildi.
Bütün hazırlıq işləri görüldükdən sonra bu ümidverici pro 
ses
birdən-birə dayandırıldı... (Piriyev Ə. Yarımçıq qalmış “Ümid
əmə liyyatı” Bakı, 2000).
May ayının 13-15-dən (1991-ci il) başlanan bu əməliyyatda,
pasport rejiminin yoxlanılması nəticəsində müxtəlif xarakterli
cinayətlər törətmiş 570 nəfər erməni tutuldu. 1991-ci il aprel ayı -
nın 25-də gecə saat 16:00-da Hadrut rayonu ərazisində pasport re -
ji minin yoxlanması üçün əməliyyata başlanıldı.
Əməliyyatın ciddiliyini və gerçək nəticəsini görən 21 erməni
kəndinin əhalisi Gorus rayonu ərazisinə geçməyə məcbur olmuşdular
(bax: Ə. Piriyev. Yarımçıq qalmış “Ümid” əməliyyatı, Bakı, 2000,
s.140 ).
Azərbaycan rəhbərliyi də, nəhayət, Dağlıq Qarabağda hərb -
çi 
lərin köməyi ilə pasport rejimini yoxlamaq qərarını verdi.
“Krunk”un fəalları həbs olundu, 80 ya raqlı isə öldürüldü. Ermənilər
və onların Moskvadakı əlaltıları təş viş içindədirlər. Güc nazirliklərinin
rəh bərləri (Kryuçkov, Yazov, Ba katin) ondan izahat tələb edirdilər.
V.Polyaniçko hərbçilərin üstünə qışqırırdı: “…Nədən qor -
xur sunuz, ölənlər, məhv edilənlər banditlər, boyeviklər və ter ror -
çu lardır. Onların məhv edilməsinə mən əmr vermişəm. Mən bütün
bun ları təşkilat komitəsinin rəhbəri və SSRİ Ali Sovetinin deputatı
ki mi etmişəm. Moskvada, Kremldə kimlə lazımdır mən danışmışam.


123
Tanı oğlunu, Vətən!
Hə lə aydınlaşdırmaq lazımdır ki, sərhəd zastavasının rəisi müavini
kim dir və orada nə edirmiş, banditlərlə nə əlaqəsi varmış?» (bax:
Sa bir Məmmədov. Tarixi saxtalaşdırmaq cinayətdir. Bakı, 2015).
Polyaniçkonun bu sualları cavabsız qaldı. Əməliyyat və pas -
port rejiminin yoxlanılması dayandırıldı.
V.Polyaniçko isə TK-dan uzaqlaşdırıldı.
Əməliyyatın davam etdirilməsinə daha çox rus hərbçiləri
açıq-aşkar mane olurdular. Onların gözü qabağında “Miatsum”
birliyinin lideri İ.Muradyan Dağlıq Qarabağa bir vertolyot silah
gətirir – “görmürdülər”. Hadrutda iri silah-sursat anbarı yaradılır
– ermənilərdən haqq-hesab sorulmurdu. Vilayət ərazisində silah
istehsalı üçün kənardan şübhə doğurmayacaq müəssisələr seçmişdilər.
Məsələn, qumbara istehsalı Xankəndindəki asfalt zavodunda təşkil
edilirdi.
1988-ci ilin dekabrında Spitakda zəlzələdən sonra guya ziyan
görmüş əhaliyə kömək adı ilə Ermənistana çoxlu silah gətirildi.
Livandan, Suriyadan İrəvana gələn təyyarələrdə yüngül və ağır
silahlar daşınırdı. Ermənistan ərazisində formalaşdırılan hərbi
dəstələr Azər bay cana qarşı silahlı terrora qoşulurdular. Məsələn,
1989-cu ildə Dağ lıq Qarabağda 80 diversiya-terror qrupu fəaliyyət
göstərirdi.
Kosalar, Xocalı, Meşəli, Kərkicahan, Həsənabad və digər
kənd 
lərin ətraf aləmlə bütün əlaqələri erməni təxribatçı-terror
qrup larının nəzarəti altına alınmışdı. Yalnız 1989-cu ilin doqquz
ayı ərzində həmin kəndlərə qarşı 46 dəfə hücum etmişdilər.
Erməni cinayətkarlarını həbs edəndə girov götürülmüş azər -
bay can lı lar la  dəyişdirilirdi.  Azadlığa  buraxılmış  cinayətkar  yenidən
separatçıların, yaraqlıların sırasına qatılır, daha dəhşətli və qanlı
cinayətlər  tö rə dir dilər.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə