Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

150
Tanı oğlunu, Vətən!
Mən Mehman Hüseynovla Mərzili postuna çatanda artıq
qaranlıq idi. Hərbçilər ratsiya vasitəsilə məni Kuşnariklə bağladılar,
o dedi ki, heç kim sağ qalmayıb, vertolyot parçalanıb, güclü alov
var. Mən təkid etdim ki, mütləq hadisə yerinə baxmalıyam. O,
göstəriş verdi ki, 2 nəfər əsgər bizim avtomobilə əyləşdi və biz
avtomobilin işığı sönülü vəziyyətdə alova tərəf getdik, artıq bir
neçə yerdə parça-parça alov yanırdı. Sanki zülmət gecədə bütün
dağ yanırdı. Bizi qarşılayan Kuşnarik “onsuz da vertolyota yaxın
düşmək mümkün deyil və bir nəfərin da sağ qalmaq ehtimalı
yoxdur”, – dedi. O dedi ki, mən yoxlamışam və dairəvi post qoy -
mu şam ki, hadisənin ərazisi qorunsun. 
Həqiqətən də bir neçə yüz metrlikdə istilik adamı yandırırdı.
Mən Kuşnariklə razılaşdım ki, o səhərə qədər posta nəzarət etsin
və mən Ağdama qayıdım. 
Artıq Bakıdan istintaq qrupu yola düşmüşdü. Və ratsiya ilə
xə  bər verdilər ki, Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin sabiq
səd ri Viktor Petroviç Poljaniçko da gəlir və onu qarşılayın. Mən
və mərhum Mehman Hüseynov artıq 21 noyabr səhər saat 4-5 ra -
də lərində onu Ağdamın 3 km-də Uzundərə deyilən yerdə qarşılayaraq
Ağ dam Rayon Polis şöbəsinə gətirdik və rəisin otağında yığışaraq,
sə hər hadisə yerinə getməyi planlaşdırdıq. 
Mən faciə yerinə kimlərin gedəcəyini siyahıya aldım. Mənimlə
ya naşı Polyaniçko, eləcə də həmin dövrdə DQMV-də fəaliyyət
gös tərən Vahid İstintaq-Əməliyyat Qrupunun rəhbəri Məbut Hü -
sey nov və digərləri də hadisə yerinə getməli idi. Bunlarla yanaşı,
AzTV-nin zona müxbiri Allahverdi Əsədov, onun operatoru Tahir,
işıqçı Arif Hüseynzadə və digərləri ilə birgə səhər saat 7.30-da biz
hadisə yerinə çatdıq. 
Bizdən bir az sonra Bakıdan göndərilmiş istintaq qrupunun
rəhbəri Adil Ağayev və bir neçə nəfər gəldi. Hadisə yerinin müa -


151
Tanı oğlunu, Vətən!
yi nəsi zamanı məlum oldu ki, vertolyot qəzasına düşən bir nəfər
də nümayəndə heyəti sağ qalmayıb. Mərhumlardan 12 nəfəri tam
ta nınırdı, 3 nəfər də xüsusi nişanələri ilə müəyyənləşdi, 7 nəfərin
cə 
sədləri vertolyotun kül topalarından götürülərək ekspertiza
üçün tabutlara yerləşdirildi. Mərhumların cənazələri Ağdam
məscidinə gətirilərək müsəlman adət-ənənəsinə uyğun şəkildə
dəf nə  hazırlandı. 
22 noyabr 1991-ci il tarixdə respublika daxili işlər naziri
mər hum Tofiq Kərimov mənə telefon vasitəsilə dedi ki, artıq Ru -
si yada generalların ölümü ilə əlaqədar xoşagəlməz söz-söhbətlər,
şa yiələr yayılıb, ona görə də sən Jinkinin, Kovalyovun və Koçerovun
cənazələrini Rusiyaya aparmalısan, dəfndə iştirak etməlisən və 9
gün orada qalıb yaranmış söz-söhbətlərə, şayiələrə son qoymalısan.
Mənim üçün Gəncədən AN-24 tipli hərbi təyyarə ayrıldı, mər -
hum ların cənazələrini – Jinkini Minvod şəhərinə, Koçerovu Mos -
kva ya, Kovalyovu isə Nijni-Novqorod şəhərinə gətirdim. Artıq
24.11.1991-ci il tarixdə bu tapşırığı da icra etdim və 25 noyabrda
Ko valyovun dəfnində çıxış edərək izah etdim ki, bu faciə ermənilərin
ya şayış məntəqəsi olan Qarakənddə erməni terrorçuları tərəfindən
törədilib. Doqquz gündən sonra Azərbaycana gəldim və vəziyyət
haqqında daxili işlər naziri Tofiq Kərimova məruzə etdim. 
Əlbəttə, bu cür dəhşətli faciə haqqında bütün xırdalıqlara
var saq, böyük bir roman yazmaq olar. 
– Bir neçə il qabaq vertolyot qəzasında həlak olan bə zi lə -
ri nin sağ olması barədə iddia ortaya atılmışdı. Hətta sizin bu
ver tolyota minməməyiniz barədə də müxtəlif fikirlər səslənirdi... 
– Düzdür, 1999-cu il qəzada həlak olan Məhəmməd Əsədovun,
Zülfü Hacıyevin, Osman Mirzəyevin sağ olduğu, Sevanda bir
ada da saxlanıldığı iddia edilirdi. Tamerlan Qarayevlə mənim isə
ver tolyota minmədiyimi bildirirdilər. Qəzada vertolyot parça-par -


152
Tanı oğlunu, Vətən!
ça olmuşdu. 15 meyit açıq-aşkar tanınırdı. Amma eləsi var idi ki,
oturduğu yerdə külü qalmışdı. Əlini aparan kimi tökülürdü. Rəh -
mət lik Məhəmməd Əsədovu qohumu Qüdrət Paşayev tanıdı. Kə -
mə rindən bildi ki, odu. O ki qaldı mənim vertolyota minməməyimə,
mə sələ belə olub. O vaxt mühasirədə qalan Xocavənd camaatı
Ağ dama qaçmışdı. Bu məqsədlə komissiya yaranmışdı. Zülfü Ha -
cı yev komissiya sədri, Qurban Namazəliyevlə mən də müaviniydik.
Xo cavəndliləri yerbəyer eləmək üçün mən bir gün əvvəl uçmalıydım.
Va qif Cəfərov zəng elədi ki, sabah bir yerdə gedək. 22 nəfər döv -
lət adamı uçduq Ağdama. Müşavirə başladı. Qurtarmamış birinci
ka tibin otağında bir iclas da başladı. Hamı bir-birini ittiham elə -
yir di. İsmət Qayıbov, Tofiq İsmayılov ruslara deyirdilər ki, erməni
ca maatı çıxarır, siz də qarşısını almırsız. Birdən məlum oldu ki,
nəinki rayonu alıblar, hətta Əsgəran yolunu da kəsiblər. Maşın yo -
lu da qalmayıb. Tofiq müəllim əlini stola çırpıb ayağa qalxdı:
“Get məliyik Xocavəndə”. Mülki vertolyot tapılmadı. Komendant
Jinkin dedi ki, baş verənlərdə məni ittiham eləyirsizsə, minin hər -
bi vertolyota, gedək. Bir onu gördüm ki, hamı qalxdı ayağa. Ta -
mer lan Qarayev nəsə yazırdı. Tamerlanı İsmayılov qoymadı ki,
gəl 
mə, tapşırığını tamamla. Nə tapşırığıydı bilmədim. Hamını
ver tolyota rəhmətlik Məhəmməd Əsədov yerləşdirirdi. O, yerdə
da yanıb bir-bir mərhumları içəri keçməyə işarə edirdi. Mən ver -
tol yota daxil olanda Məhəmməd Əsədov qolumdan tutaraq sən
qal, adam çoxdur. Həqiqətən də pilot komandiri Kotov və heyət
üz vü Domov deyinirdilər ki, vertolyotun yükü ağır olacaq. Artıq
mən arxaya qayıdanda rəhmətlik İsmət müəllim qaça-qaça gəlirdi
və dedi ki, Sadir, hara qayıdırsan, gəl görək, mən isə Məhəmməd
Əsə dovun məni düşürtdüyünü dedim, o isə yaxşı, “qal, tez qa yı -
da ca ğıq və axşam Bakıya uçarıq” dedi. Bu cür hadisələrdən bəzi
me dia vasitələrində öz reklamını aparan insanlar ehtiyatlı olsun.
Əsas sız çıxışlardan, proqramlardan çəkinsinlər. 


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə