Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

136
Tanı oğlunu, Vətən!
Polkovnik Sadir Məmmədov məqalələrinin birində faciəni
belə təsvir edir: deyilir: “Həmin gecə saat 23.00-da ermənilər üç
istiqamətdə Xocalı şəhərinə hücum etdi. Bu hücumda Ermənistan
Respublikası silahlı qüvvələrinin qoşunları, muzdlu əsgərlər, özünü
Artsax Xalq Ordusu adlandıran Dağlıq Qarabağın erməni bölmələri
və Xankəndində yerləşmiş 366-cı motoatıcı alayın hərbi texnikası,
onların ardınca isə rus-erməni silahlı dəstələri, Əsgəran istiqamətindən
isə mindən çox silahlı quldurlar (əksəriyyəti saqqallı) daha çox
fəallıq göstərirdilər.
Ermənilərin strateji planına uyğun olaraq, əvvəlcə 366-cı
alayın ağır texnikalarının vasitəsilə piyada qüvvələri şəhərə doğru
irəliləyərək artilleriya atəşi ilə Xocalıdakı özünümüdafiə dəstələrinin
qərargahlarını dağıtmaqla hər tərəfdən hücuma keçmişlər. Şəhərin
müdafiəçiləri səhərə qədər düşmənə qarşı rəşadətlə döyüşmüşdülər.
Onların bir neçəsi komikadze şücaəti göstərərk bədənlərinə
partlayıcı qurğu bağlayaraq özlərini düşmən texnikasına çırpmışlar.
Sonuncu müdafiə məntəqəsi səhər saat 7-də susdurulmuşdur. Dö -
yüş zamanı Xocalıda bir gecədə cəmi səkkiz saat müddətində
yüz lərlə günahsız dinc əhalini qəddarcasına məhv ediblər. Ermənilər
613 nəfəri, onlardan 106-sı qadın, 63 uşağı və 70 nəfər qocanı
qətlə yetiriblər, 8 ailə tamamilə məhv edilmişdir, 27 ailənin yalnız
1 üzvü qalıb, 56 insan işgəncə ilə öldürülmüşdür, 25 uşaq hər iki
valideynini itirmişdir, 130 uşaq valideynlərindən birini itirmişdir,
230 ailə öz bacısını itirmişdir, 487 nəfər şikəst olub, onlardan 76-
sı həddi-buluğa çatmışlardır. 1275 azərbaycanlı erməni əsirliyinin
dəhşətlərini keçib. 1165 nəfər girovluqdan azad edilmişdir. 150
nəfər isə itkin düşüb. 5679 nəfər deportasiya olunmuşdur. Xocalı
isə yerlə-yeksan edilib. Xocalıya 145 mln manat və ya 170 mln
ABŞ dolları miqdarında zərər vurulmuşdur.
Ağdama tərəf müxtəlif istiqamətlərdə hərəkət edən dinc
əhali yolda erməni silahlı qüvvələri tərəfindən tutularaq girov gö -


137
Tanı oğlunu, Vətən!
tü rülmüş, dəhşətli işgəncələrə məruz qalmışlar. Ermənistan hərbi
bir ləşmələri qətlə yetirdikləri azərbaycanlıların üzərində xüsusi
əmə liyyat apararaq onların başlarının dərisini soymuş, müxtəlif
əza larını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, adamları di -
ri-diri torpağa basdırmış və ya yandırmışlar”.
Bu cümlələri, informasiyanı oxumaq belə çətindir – adamın
damarında qanı donur. Düşünürəm ki, insanlığa qara ləkə olan
amansız, rəhmsiz bu dəhşətli olay XX əsrin sonunda sivil dünyanın
gözü qarşısında necə baş verdi?!
Məqalə istintaq protokolu üslubunda, konkret rəqəmlər və
faktlar əsasında, ürək ağrısı ilə yazılmışdı.
Polkovnik məqaləsində daha sonra yazır: “Hesab edirəm ki,
erməni vəhşiliklərinin qurbanı olmuş yaralananlar və öldürülənlərlə
bağlı baş məhkəmə tibbi ekspertizanın rəyindən bəzi məqamları
oxucuların diqqətinə çatdırmaq çox vacibdir. Tibbi ekspert R.M.Yusi-
fovun verdiyi rəylərinin birində bildirilir ki: – müayinə olunmuş
meyidlərdən 3 nəfərində ətrafların donması, 33 nəfərində işgəncə
əlamətləri, yəni başın dərisinin soyulması, qadınlarda döşlərinin
kəsilməsi, burun və qulaq qığırdaqlarının kəsilməsi, silahdan atəş
açılması əlamətləri aşkar edilmişdir. Eyni zamanda göz almalarının
çıxarılması, dişlərin sındırılması, kişilərin cinsiyyət orqanlarının
kəsilməsi müşahidə olunmuşdur. Müayinə olunmuş 31 meyiddə
isə kombinə olunmuş, yəni bədənin müxtəlif nayihələrinin güllə
yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarət olmuşdur”
(“Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir”//525-ci qəzet,
26 fevral 2014-cü il).
Xocalı işğal olundu və viran-talan edildi, yerlə yeksan olundu.
Sabir Məmmədov və bölmə əməkdaşları ilə birgə mar tın 25-nə
kimi Ağdam batalyonunun tərkibində xidmətini da vam etdirdilər.


138
Tanı oğlunu, Vətən!
1994-cü ilin 12 fevral tarixində Goranboy RPŞ-nə qərargah
rəisi, bir il sonra rəis müavini, 1996-cı ilin 27 sentyabrında Dəvəçi
rayonunun mühafizə bölməsinə rəis təyin olunur.
1998-ci ildə Sabir müəllimi də təqaüdə göndərdilər. 
Sabir müəllimi yandıran budur ki: “... sonradan bu faciənin
“gö zə görünməz qəhrəmanları da doğuldular. Ancaq heç biri o
dər di yaşamamışdı, o ağrını içindən keçirməmişdi... Həmin adam -
ların “qəhrəman” olmaqları bir yana, onlar başqalarının, yə 
ni
Xocalıda canını-qanını qoymuş adamların haqqını tapdalamağa,
bu haqla əylənməyə cəsarət etdilər. Haqqı olanlar susdu, çünki
on lar döyüşdə məğlub oldular. Haqqı olmayanlar isə qəzetlərin,
ki tabların səhifələrini bəzədilər”.
Onun fikrincə, Xocalı faciəsini, ümumiyyətlə, Qarabağ ta ri -
xi ni saxtalaşdırmaq, təhrif etmək yalnız cinayət deyil, həm Allah
və xalq qarşısında ağır günahdır...
Xocalı faciəsindən 24 ildən çox keçməsinə baxmayaraq,
qətliamın səbəbkarları və günahkarları hələ də azadlıqda gəzirlər.
Öz murdar əllərini Azərbaycan türklərinin qanına batırmış R.Kö -
çər yan və S.Sarqsyan kimi cəlladlar Ermənistanda hakimiyyətə
gəl dilər.
Polkovniki bir məsələ də ağrıdır: Xocalını bir dəfə də olsun
görməyən, Xocalıda bir gün də olmayan və yaşamayan, nəhayət,
Xocalıda vuruşmayan bəzi insanlar faktları saxtalaşdırır, hadisələri
təhrif edirlər. O, mətbuat işçilərini, jurnalistləri də haqlı olaraq
gerçəkliyi deyil, tələsik, hardansa və kimdənsə əldə etdikləri,
yoxlanılıb dəqiqləşdirilməmiş, yalan-yanlış informasiyaları oxuculara
çatdırmaqda qınayır.
Xocalı soyqırımı, Xocalı qətliamı bizim etnik travma tarixi-
mizdir, qan yaddaşımızdır. Xocalı unudulmaz!
Xocalı soyqırımının ildönümü hər il Azərbaycanda, dünyanın
bir çox yerlərində olduğu kimi, o cümlədən Bakı Slavyan Uni ver -


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə