Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

186
Tanı oğlunu, Vətən!
Ağsaqqalığın estafetini ona verib. Atam bir də deyirdi ki, onun
öyüd-nəsihəti, məsləhəti ilə oturub durun – xeyir taparsınız. Sadir
həmişə əlinizdən tutacaq”.
Telejurnalist Fəxrəddin Hacıbəyli söhbətlərimizin birində
qürurla bildirdi ki, “Sadir Məmmədov qədər torpağını bu cür
ürəkdən sevən ikinci şəxsi tanımıram. O, ata yurduna, xalqına
bağlı insandır. O, çətin günlərin adamıdır.
Qarabağda bir söz var: “Filankəs layiqli oğlandır”. Bu, geniş
mənalı sözdür, buraya qeyrət, ləyaqət, mərdlik, kişilik kimi dəyərlər
daxildir.
O, xalqı istənilən yerdə, lazımi səviyyələrdə təmsil etməyə
həmişə layiqdir”.
Kənd ağsaqqalı Musa kişi elin hörmətli, nüfuzlu adamlarından
bir neçəsini başına yığıb axşam onların evinə gəlirlər. Sadir Məm -
mə dov uzaq yoldan gəlmişdi, ezamiyyətdən yenicə qayıtmışdı –
ge neral Kovalyovun cənazəsini Rusiyaya aparmışdı. 
Çay süfrəsi arxasında ordan-burdan söhbət edəndən sonra
ağsaqqallardan biri deyir ki, “ay oğul, Sadir, sən burda olmayanda
biz yığışıb məsləhət-məşvərət eləmişik. Yerli sovet də qərarını
verib. Biz də tələb edirik ki, sən deputat seçiləsən. Dərdimizi-aza -
rımızı hamıdan yaxsı sən bilirsən. Rəhmətlik atan Surxay kişi də
vax tilə hamının qayğısını çəkib. Bəs sən niyə bu işi davam et dir -
mə yəsən?
Gözlənilməz təklifdən bir az təəccüblənsə də, buna etiraz
edir.
– Ay Musa dayı, etimada görə çox sağ olun, amma mən
hara, deputatlıq hara?” 
Camaatın istəyi, ağsaqqalların tələbi onu bu məsuliyyətli işə
razı salır. Bu məsələ üçün bir neçə dəfə Bakıya da gedir.


187
Tanı oğlunu, Vətən!
Təbliğat-təşviqat işlərinə başlar-başlamaz bəzi qara qüvvələr
ona mane oldular, xalq içində nüfuzundan və hörmətindən, şəx -
siy yətindən çəkinib seçkilərə qatılmasına imkan vermirdilər. 
S.Məmmədovun deputat platformasındakı ilk maddələr – te -
zis lər göstərir ki, onun üçün bu sözlər sadəcə seçki təbligatın,
hesablanmış, gəlişi gözəl sözlər, cəlbedici, yağlı vədlər deyildi,
işinin, əməllərinin, davranışının, yaşam fəlsəfəsinin mahiyyətini
ifadə edirdi. Həmin illərin sapsarı saralmış qəzetlərində çap
olunmuş tezislərindən ikisini oxuyuram: 
“– Azərbaycanın müstəqilliyi və tam istiqlaliyyəti uğrunda
mübarizəni ömrünün əsas mənası bilib, bu sahədə var– qüvvə ilə
çalışacağam;
“– Qarabağ probleminin tezliklə həlli, müqəddəs tor paq la rı -
mı zın və respublikamızın sərhədlərinin qorunması uğrunda mövcud
qüv vələrin birləşdirilməsi üçün var-qüvvə ilə çalışmaq, lazım gəl -
dik də isə bu qüvvələrin önündən qaynar nöqtələrə getməyi bir
azər baycanlı kimi özümə borc bilirəm”.
O, Milli Məclisin üzvü seçilmədi, millət vəkili ol ma dı. Əs -
lin də çoxdan bütün şüurlu həyatını, əməli fəaliyyətini, bilik və ba -
carığını, hünərini və şücaətini seçki platformasında qaldırdığı
məsələlərin həl linə həsr etmişdi.
Qarabağlılar, ağdamlılar, göytəpəlilər, kəngərlilər bunu çox
yaxşı bilirlər və bu gün də etiraf edirlər (Bu haqda bax: “Son söz
əvəzi, yaxud yaddaşlardakı obraz”)


188
Tanı oğlunu, Vətən!
ERMƏNİLƏRLƏ “MÜBARİZƏ 
YARIN DA VAR...”
u____________________________________________
E
rməni daşnaklarının qanlı dəsti-xətti, ifritəliyi, türklərə
genetik qara nifrəti Özbəkistanda da iz buraxıbdır.
Yadımızdan çıxmayıb: Moskvanın bilavasitə göstərişi ilə
(dəs təyi ilə!) SSRİ prokurorluğu Özbəkistanda “pambıq işi”nin
istintaqına başlamışdı. İstintaq qrupuna rəhbərliyi qatı erməni şo -
vi nisti və avanturisti T.Qdlyana tapşırılmışdı, onun köməkçisi isə
N.İva nov  idi.
T.Qdlyanın başçılıq etdiyi istintaq qrupu Özbəkistanda hüquqa
zidd olan çirkin üsullarla vəzifəli şəxslər haqqında yalan ifadələr
alır, “yeni işlər” açırdılar. Onlar şahidləri inandırırdılar ki, vəzifəli
şəxslər barəsində ifadə verməklə yüngül cəza ala bilərlər, əks
təqdirdə onlara güllələnmə veriləcək. 
Müstəntiqlər müxtəlif üsullarla (qorxutma, aldatma, şantaj,
cismani-fiziki cəzalandırma, psixoloji təsir göstərmə və s.) “istintaq
aparır”, yalan ifadələr alırdılar. Özbəkistanda əsl 37-ci il havası
hökm sürürdü. Cinayət işlərinin istintaq müddəti süni surətdə
uzadılır, bəzən müqəssirlər məhkəməyə qədər 2, 3 il, bəzən 4 il
həbsdə qalmalı olurdular. Günahsız insanlar həbsə atılırdı, onların
malı-mülkü, varidatı talan edilirdi, pullar və ya qiymətli əşyalar
müsadirə olunurdu və yağmalanırdı. Həbs edilənlərə fiziki, mənəvi,
psixoloji əzab, işgəncə verirdilər, döyürdülər, onları təhqir edirdilər.
Şərə-böhtana, fiziki cəzalara dözməyib, intihar edənlər də olurdu.
Ailəvi həbslər, qohumları həbsə atmaq adi hal olmuşdu. 


189
Tanı oğlunu, Vətən!
Sovet prokuroru cildində daşnak Telman Qdlyan 12 uşaq
anası Nora Saidovanı, ərini və iki oğlunu tutub, 6 uşaq atası
Sahmurad Miksinovu 5 ay 20 gün əsassız olaraq həbsdə saxlayır.
Buxara Vilayət Partiya Komitəsinin I katibi Abdulkadir Kərimovun
işi ilə əlaqədar onun 16 qohumunu əsassız olaraq 508 gün həbsdə
saxlatdırır.
Təəssüf ki, erməni terrorunun tərkib hissəsi olan bu cinayət
“aktların” özbək xalqına vurduğu mənəvi, maddi ziyanın miqyası
hələ də açılmayıb və ölçülməyib.
T.Qdlyan Buxarada özünü hakimi-mütləq kimi, SSRİ-nin
Baş prokuroru kimi aparırdı. Özbəkistanın daxili işlər orqanlarını
kökündən sarsıtmışdı.
Özbəkistan DİN-in yüksək rütbəli nümayəndələri – S.S.Sat-
tarov, M.S.Norov, A.Dustov, A.Müzəffərov, Ş.Raximov, A.Karimov,
A.Odilov, A.Fazilov, Ş.Kudriatov, V.Mulin, U.Tacixanov, S.Ra xi -
mov və başqaları həbs olunmuşdu.
24 iyul 1983-cü il idi. “Özbək işi”nin də qızğın vaxtı idi.
Sadir Məmmədov Milis Akademiyasında semestr imtahanları
verirdi. 
T.Qdlyan onu Buxara Vilayət Pro ku ror luğuna (istintaq bri -
qa dası  orada  yer ləş miş di)  çağırtdırdı.  Akademiyanın  rəisindən
ica zə alıb Buxaraya gəldi. Qdlyanın ona ilk sualı belə olur:
– Akademiyaya necə daxil olubsunuz? 
Özbəklərin əleyhinə ondan söz almaq üçün bütün erməni bi-
cliyini işə saldı. Ona bu işdə kömək etməyimi xahiş edir. “Zemlyak,
zemlyak” deyib qılıqlamağa başlayır. 
– Generalla (Norovu nəzərdə tuturdu) nə kimi əlaqəniz olub?
– soruşdu. 
– Ancaq iş səviyyəsində, xidmətlə əlaqədar olurdu.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə