Final asas Макет 1


Tanı oğlunu, Vətən! Ədalət Yusif oğlu Məhərrəmov



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

194
Tanı oğlunu, Vətən!
Ədalət Yusif oğlu Məhərrəmov
Milli Qəhrəman Fondunun sədri:
“Onun paxıllığını çəkənlər, qısqananlar
da çox idi. Asif (Fred Asif) deyirdi ki, 34
yaşında polkovnik olmaq hər oğulun işi
deyil. M.Gözəlov vurulandan sonra onun
həyatına da ciddi təhlükə yaranmışdı, dəfələrlə
sui-qəsdlər edib, pusqular qurub aradan
götürmək istəyibdilər – növbədə o idi. Asif
tapşırardı ki, onu qo ru yun.
Qarabağda, Ağdamda nüfuzu o qədər
yüksək idi ki, hər adam ona yaxın düşə
bilmirdi. Özü Şuşada, Xankəndində, qardaşı Sabir Xocalıda xidmət
edirdi. Deyirdilər ki, bu gün-sabah onu vuracaqlar. Onun adı
aradan götürüləcək adamların siyahısında idi.
Allah onu öz pənahında saxladı”.
Təşəkkür Musa oğlu Musayev, 
Xocalı hava limanı milis bölməsinin əməkdaşı
“Atamın-anamın ruhuna and olsun ki, onun çəkdiyi əziyyəti
heç kim çəkməyib. Hər günü, hər dəqiqəsi ölüm idi. 
Orda-burda qiybət edənlərdən danışmaq istəyirəm: iki qardaş
ermənilərin arasında, ölümün ağzında olanda siz evinizdə rahat
yatmırdınızmı? Xocalının ağır günlərində Ağdamın qeyrətli
oğlanları güllə daşıyanda, çörək aparanda siz hardaydınız?
Sadir həftədə bir, iki həftədən bir evə gəlirdi. Ailə üzvləri
onu ağlaya-ağlaya yola salırdılar. Çünki hər gediş onun son gedişi
ola bilərdi. O, arxasına baxmadan “UAZ”ına minib Xankəndinə
qayıdırdı...”


195
Tanı oğlunu, Vətən!
Natiq Məmməd oğlu Talıbov, 
DİN-nin keçmiş müavini, polkovnik:
“Sadir Məmmədov Xankəndində, er -
mə nilərin içində mərdi-mərdanə dayanmışdı.
Sa diri xalqın təəs sü bü nü çəkən, çox qeyrətli
bir oğul kimi ta nı mışam. Muxtar vilayətin
kənd lərində  mi lis  bölmələrinin  ya ra dıl ma -
sı nın  bi lavasitə  tə şəbbüskarlarından  biridir.
Böl mə lərə  “bo ye voy”  oğlanların  işə  qəbul
olun ma sında, si lahla, ərzaqla təmin olun -
ma sında onun bö yük zəhməti olubdur.
Muxtar vilayətdə milis bölmələrinin
silahla təmin edilməsi işilə əlaqədar tez-tez vilayətə ezam olunurdum.
Bir dəfə mən, polkovnik Sadir Məmmədov və Elman Məmmədov
bir gündə bir neçə kəndə vertolyotla uçurduq. Vertolyotumuz
Meşəli kəndindən yenicə havaya qalxmışdı ki, ermənilər atəşə
tutdular. Allahın bizə rəhmi gəldi. Vertolyot Kosalara uçanda çən-
duman olduğuna görə az qalmışdı ki, qəzaya uğrasın.
Daha sonra Xocalıda milis bölməsi üçün inzibati binanın
tikintisini nazir M.Əsədov mənə və Sadir Məmmədova tapşırmışdı.
Onun güclü nəzarəti və yaxından dəstəyi nəticəsində tikinti üç
aya başa gəldi. Açılışa rəhmətlik general Məhəmməd Əsədov da
gəlmişdi.
Sadir kimi cəsur, vətənpərvər və qeyrətli oğullar Azərbaycan
polisinin şərəf tarixidir”.


196
Tanı oğlunu, Vətən!
Həmid Qalaoğlu Cəfərov, 
istefada olan polkovnik (1983-1988-ci illərdə 
DİN-də siyasi şöbənin və 1990-1993-cü illərdə 
şəxsi heyətlə iş idarəsinin rəisi:
“Sadir Məmmədov əslini-nəslini, soy-kö -
kü nü şərəfləndirən bir oğuldur. Ağdama, Şuşaya
gə 
lən rəhbər işçiləri qarşılayan, qoruyan bir
ki şi  idi.
Sizə bir söz deyəcəyəm:
Heç kim bu kişinin uzaqgörənliyini nəzərə
almadı. Bəlkə də vaxtında onu dinləsəydilər,
yuxarıdakılar onun məsləhətlərini eşitsəydilər,
bu vəziyyətə düşməzdik. Sadir DİN-in yeganə
yüksək rütbəli nümayəndəsi idi ki, bilavasitə
düş mənin içində işləyirdi. Düşmənin güclü və zəif tərəflərini yax -
şı bilirdi. Ermənilər ondan çəkinirdilər. Sonacan döyüş meydanından
qaç madı. Hər kəs ordakı vəziyyətə dözə bilmirdi. Min bir bəhanə
ilə yerlərini dəyişdirirdilər, sakit rayonlarda xidmət edirdilər. Am -
ma Sadir müəllim postunu buraxmadı.
Sadir Məmmədov kimi oğulların adları Qarabağ tarixinin ən
şərəfli səhifəsinə yazılmalıdır və yazılacaq da! Buna mən tam
əminəm.
1991-ci ildə Xankəndində ermənilər azərbaycanlıların evlərini
yandırdılar, silsilə terror aktlar törədirdilər. Göstəriş gəldi ki, beş
nəfərdən ibarət qrup Xankəndinə getsin.
Səhv etmirəmsə, aprelin 1-i idi, Ağdama gəlmişdik. Bizi bir
çən-duman qarşıladı ki, gecəni Ağdamda qalmalı olduq.
S.Məmmədovun köməyi ilə Əsgərandan keçib, Şuşaya gələ bildik.
Rəhmətlik Mikayıl Gözəlovun kabinetində razılaşdıq ki, ordan da
Laçına gedək.


197
Tanı oğlunu, Vətən!
Aprelin 3-də yenə bir çən-duman gəldi ki, bir-birimizi görə
bilmirdik. 3 dəfə yola çıxmağa cəhd etdik, mümkün olmadı. Nə -
hayət, çən çəkildi. Oturduq vertolyota. Yexsoq erməni kəndinin
üstündən uçanda bizi vurdular. Vertolyot əsməyə başladı, sonra
firlandı-fırlandı, meşənin üstündən necə keçdisə, qurbağa kimi
dağın başına düşdü. Yaman qorxmuşduq. Sadir isə özünü təmkinli
aparırdı”.
Maqbet Məhərrəmov Hacı oğlu, 
istefada olan polis polkovniki (1983-88-ci illərdə 
DİN-də partiya komitəsinin katibi, 1990-93-cü illərdə 
pasport və qeydiyyat-viza idarəsinin rəis müavini):
“Mən Həmid müəllim qədər gözəl danışa bilmirəm. Sadirlə
bizim bir yerdə şəklimiz də var. Vertolyotun yanında. Yadına
gəlirmi? Bütün işlərimiz ondan keçirdi. Qarabağla bağlı nə prob-
lemimiz vardı, operativ və yüksək səviyyədə həll edirdi. 1990-91-
ci illər idi. Ağdamdan Şuşaya gedən yolu ermənilər bağlamışdılar.
“UAZ-69”da özü oturdu qabaqda. Sadirdə sanki qorxu-hürkü
yoxuydu. Bizi sağ-salamat keçirdi Şuşaya.
Sadir Məmmədov millətini, vətənini ürəkdən sevən cəsur
bir zabitdir. O, bütün fəxri adlara layiqdir...”
Mürşüd İldırım oğlu Kərimov,
DQMV Dİİ-nin baş əməliyyat müvəkkili:
“Sadir müəllim görüb götürməli, öyrənilməli elə bir şərəfli
ömür yaşayıb ki! “Polis”, “əsl polis” sözlərini eşidəndə Sadir
müəllim ağlıma gəlir. Qarabağda çox hörmətli adam olub. Onun
yaxşılıqlarını heç vaxt unutmaram. Zəng edib yanına çağırtdırdı.
İdarədə neçə erməni yerini boşaltdırmışdı, azərbaycanlıları işə


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə