Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   45   46   47   48   49   50   51   52   53

198
Tanı oğlunu, Vətən!
götürmüşdü. Məni əməliyyat müvəkkili kimi işə götürdü. Moskvadan
hələ heç əmrimi də almamışdım. Otağım kabinetinin böyründə
idi. Maşınları dəyişirdi, maşınlarının nömrələrini tez-tez dəyişirdi.
Təhlükəsizlik naminə. İndi də nömrələri yadımdadır: 75 08 TY,
80 80 ЯP, 34-50 ТЛ.
Qarabağın bir kəndindən səs gələn kimi, avtomat belində
maşına minib gedirdi Cəmilliyə, Kərkicahana, Qaradağlıya, Umud-
luya, Meşəliyə, Axulluya, Tuğa, Malıbəyliyə, Quşçulara...
1990-cı ilin oktyabr ayı idi. Kərkicahanda avtobus sürücüsünü
evində öldürmüşdülər. Cinayətkarların tapılıb tutulması əməliyatı
o qədər çevik və dəqiq yerinə yetirildi ki, bu gün də heyrətlənirəm.
Qatilləri ermənilərin öz əli ilə tutdu.
Hadisələrin hansını birini danışım. O günləri necə yaşamışıq!..
Sadir müəllimin yanında özümüzü cəsarətli, güvənli hiss edirdik.
Xəbər gəldi ki, Kərəmli kəndində üç nəfəri öldürüblər. Oturduq
vertolyota – Natiq Həsənov, Mehman Hüseynov, iki nəfər Xocalı
polis şöbəsinin əməkdaşı, mən və Sadir müəllim. Mardakertin
üstündən keçəndə vertolyotu güllələdilər.Vertolyot silkələndi.
Sadir müəllim gülə-gülə: “yoxsa qorxdunuz?” – dedi. “Yox” desək
də, amma qorxmuşduq... Birtəhər Kərəmli məktəbinin həyətinə
enə bildik. Sadir müəllim ağsaqqalıq etdi, yas-dəfn mərasimini
təşkil etdi. Meyidləri dəfn etdik.
Bizi qoruyurdu. Gecə olanda maşını özü sürürdü. Təhlükələri
xə bərdarlıq edirdi. Məsələn, bilirdi ki, Əsgərandan Ağdama ke -
çən də üç dəfə “marqat” etməsək, ermənilər öldürəcək. Bəzi hal -
lar da ərazidən çıxmamağımızı tələb edirdi.
Qarabağın milis (polis) bölmələrində bir azərbaycanlı da
yox idi. Bölmələrin rəhbərliyinə azərbaycanlıları yerləşdirdi.
Eşidəndə ki, bir kənddə “boyevoy” oğlan var, pasportunu, hərbi


199
Tanı oğlunu, Vətən!
biletini alıb işə götürürdü. Erməniləri isə sıxışdırıb çıxardırdı.
Stepanakert şəhər DİŞ-in rəisi Benik Arutyunyanı təqaüdə göndərdi.
Bir Areqan Petrosyan vardı (arvadının atası azərbaycanlı
idi). Erməni olsa da, etiraf edirdi ki, Sadir Məmmədov Azərbaycanın
milli qəhrəmanıdır.
Polkovnik-leytenant Güloğlan Şahmurad oğlu Məmmədov
onun yaxşılığını itirmir. Sadir müəllimdən kitab yazdığımı biləndə
Göyçayın Çaxırlı kəndindən Bakıya, Slavyan Universitetinə gəldi.
Söhbətə sualla başladı: “Rüstəm müəllim, Sadir Məmmədovun
insanlığından danışım, yoxsa qəhrəmanlığından? Bunun ikisi də
bir-birini tamamlayır”.
Sadir Məmmədov tez-tez Xocalıya gedib gəlirdi, ordakı və -
ziy yətlə yaxından maraqlanırdı, milis əməkdaşlarına gərəkli məs -
lə hətlərini  verirdi.
Ağdərədə onun uğurlu karyerasının qarşısına qara niyyətli,
xəbis ürəkli qüvvələr sədd çəkdilər. Qarabağdan uzaqlaşdırıb sə -
rən camda  saxladılar.
Vətənin ağır günlərində sakit, savaş, güllə səsindən uzaq
rayonlarda baş girləyənlər rütbə-vəzifə pillələrini sürətlə qalxdılar.
O, döyüşən zabitdən əməkli zabitə çevrildi, təqaüdə göndərildi.
Bəlkə kiminsə “şıltaqlığının”, paxıllığının nəticəsi idi? Onun
zəngin iş təcrübəsindən, peşəkarlığından niyə istifadə olunmadı?”
Onun Qarabağdan döyüş bölgəsindən uzaqlaşdırılmasının
səbəbi bu gün də müəmmalıdır. Şuşa sakini, Qarabağ müharibəsi
veteranı  Qənimət Əliyev güman edir ki, Azərbaycan döyüşkən
oğullarının müharibə meydanından uzaqlaşdırılması kimlərəsə
sərf edirdi”.


200
Tanı oğlunu, Vətən!
Sanki bu fikrin da va -
mı olaraq, Şuşa  özü nü mü -
dafiə batal yonunun keç miş
bölmə komandiri Za 
hid
Abbasov bu gün də dü şünür
ki, “həmin ağır, mə suliyyətli
dönəmlərdə pol kovnik Sadir
Məm mə do vun  Şuşadan  uzaq -
 laş dı rıl ması  Şuşanın  iş ğalında
öz rolunu oynadı”.
İstefada olan baş əd liy yə müşaviri, AR DİN-nin müavini
və Baş İstintaq İdarəsinin rəisi, milis polkovniki Baba Şıxpənah
oğlu Rüstəmov danışır ki, “Sadir Məmmədov yaxşı işlədiyi üçün
həmişə çətin, ağır işlərə göndərirdilər. Harda vəziyyət ağırlaşırdı
– orda idi. Özü də heç vaxt etiraz etmirdi. İşini o qədər ürəklə
görürdü ki, adam həzz alırdı. İşində prinsipial və ədalətlidir.
Əyrilik yoxdur. Əli, ayağı düzdür. O dövrdə Sadir Məmmədov
kimi oğlanlar az idi. Onu Özbəkistana dəvət edirdilər. General
rütbəsi verirdilər.
Getmədi. Vətəndə qaldı.
Çünki buranın polkovnikliyini oranın generallığından üstün
tuturdu.”
Zakir Ağdamlı – (hə kim, şair) təəssüf hissi və şair coşğunluğu
ilə bil dirir ki, “Sadir Məm mə dov qardaşı Sabirlə (Xo ca lının ilk
polis rəisi, polis ma 
yoru) Qarabağ müharibəsinin odundan-
alovundan keç miş di. Mərd, yurdsevər, həssas və qürurlu bir in -
san dır. Onun qəh rəmanlığı, istintaq-əmə liy yat təcrübəsi gənc nəsil
üçün, gənc polislərin vətənpərvərlik ruhunda böyüməsində örnək
ola bilərdi”. 


201
Tanı oğlunu, Vətən!
Bütün müsahiblərim söhbət zamanı bir fikri xüsusi vur ğula -
yırdılar: “O, Qarabağda ağır döyüş yolu keçmiş və müharibədən
danışmağa haqqı olan əsl Azərbaycan oğludur”.
“Sadir Məmmədovun zəhməti qiymətsizdir. Zaman onun
qiymətini verəcək. Mən bunu fəxrlə deyirəm”.
DİN-də Kadrlar İdarəsində sabiq qrup rəhbəri, polkovnik
Məmmədrza Talıbovun sözü yadımdan çıxmır: “Sadir Məm mə -
do vun zəhmətini, əziyyətinin qiymətini bəndə verməsə də, Tanrı
ve rəcək. O, Milli Qəhrəman adına layiqdir– bunu tam məsuliyyətimlə
de yirəm”.
Onun şərəfinə şeirlər də yazılıb, haqqında onlarda məqalə
və bir kitab yazılıb. Gülxas xanım Səmədli Qarabağda danılmaz
haqqı olan bu insanı belə vəsf edir:
Tale yazım heç gülmədi üzümə,
Şərəflə Vətənə xidmət etmisən.
Oxudum dastanını mən yana-yana,
Tanrı öz qüdrətini göstərər, qardaş,
Xalqın ümidini üzməyək, qardaş!
Sadir müəllimin ömür və kişilik dastanı bir çox poetik mis -
ra ların yaranmasına səbəb olmuşdur. Bu mətnlər yüksək bədii sə -
nət karlıq baxımından zəif görünə bilər, amma sözlərin səmimiyyətlə,
ürək dən süzülməsi şübhə doğurmur. Jurnalist R.İl yasoğlu yazır:
Xankəndini sonuncu tərk edən o qəhrəman,
Yenidən qayıdarıq, yurda gələr bir zaman.
Cəsur igidliyin düşüb dillərə,
“Zəhmli polkovnik” deyirlər sənə.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə