Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

190
Tanı oğlunu, Vətən!
Sadir müəllim deyir ki, Qdlyanın yanından yorğun, əzgin
hal da çıxıb, qaldığım yerə gəldim. qonşum Müslüm əkə dedi ki,
sə nə teleqram gəlib. Mərkəzi poçtdan Ağdama zəng etdim. «Muş -
tu luğumu ver, oğlun olub”.
Bu mistik məqam idi. “Ay Allah, sənə qurban olum, sənin
hökmün böyükdür. Qisməti verən də, qapıları açan da, bağlayan
da sənsən...” – deyə düşündüm.
Bir yandan sorğu-suallar, yorğunluq, gərginlik, digər tərəfdən,
oğlum Turalın dünyaya gəlişilə bağlı sevinc hissləri bir-birinə
qarışmışdı. Sanki qanadlanıb uçurdum. Küçədə qarşıma çıxan hər
kəslə sevincimi paylaşmaq, bölüşmək istəyirdim. Buxarada məşhur
bir kafe var – «Dilroba». Bu kafenin müdiri Erkin əkə dostum idi.
Bu şad xəbəri «qeyd elədik». Elə sərxoş olmuşdum ki, yatıb
axşam reysini buraxmalı oldum. Yalnız Buxara-Daşkənd-Moskva
səhər reysinə bilet alıb, uça bildim. Akademiyada sessiyanın
qızğın vaxtı idi.
S.Məmmədovun erməni müstəntiqlə ikinci görüşü 1986-cı
ildə baş verdi. 
“1986-cı il iyulun 14-də qardaşım Sabir Buxaradan zəng
edib dedi ki, Telman Qdlyan səni təcili Buxaraya çağırtdırır. Mən
də məcbur olub, Qdlyanla telefonla danışdım.
Məsələ ciddi, qorxulu hal alırdı. Respublika DİN CAİ-də
yenicə işə qəbul olunmuşdum – baş əməliyyat müvəkkili təyin
olunmuşdum. İşin-gücün bu vaxtında başıma gələn nəydi? 
...Heç kimə bir söz demədən Bakıdan Buxaraya uçdum. Nə
qədər həyacanlı olsam da, narahatlıq keçirsəm də, amma içimdə
qəribə bir ümid vardı, haqqın, ədalətin qələbəsinə inanırdım.
Çünki bilirdim ki, Özbəkistanda işlədiyi müddətdə cinayət tərkibli
heç bir işə qarışmamışdım.


191
Tanı oğlunu, Vətən!
T.Qdlyanın qəbulunda saatlarla oturub gözləməli olur. Bir
özbək müstəntiqi onu dindirir. Həbs olunmuş zabitlərlə bağlı
suallar verir, onlarla əlaqələri barəsində soruşur. Ona da eyni
cavabı verir: bizim münasibətlərimiz ancaq xidməti iş müstəvisində
olub. İki saatlıq sorğu-sualdan sonra müstəntiq onu T.Qdlyana
təqdim edir. 
“Yenə sorğu-sual. Mənzili necə almağım, qardaşın Sabirin
həmin mənzilə necə qeydiyyata düşdüyünü soruşdu. 
Qdlyan yenə heç nə əldə etməyəndə “Все – таки до тебя
доберусь” (“Sənə onsuz da əlim çatacaq”) – dedi. Bir də dedi ki,
“мы объязательно встретимся. Но ты крепкий орешик, до
тебя не возможно докопаться. Ничего. Время любит терпения”.
(“Biz mütləq görüşəcəyik. Səni sındırmaq olmur. Eybi yox. Zaman
səbri sevir”)
“Gedin, sizi yenə də çağıracağıq”.
Elə həmin gün Bakıya qayıtdım.
Polkovnik yanıb-yaxılır: “Özbək işi”ndə bu xalqın milis
zabit elitası və özbək xalqının görkəmli şəxsiyyətləri sıradan
çıxarıldı. Özbək türklərinin şərəfi, ləyaqəti alçaldıldı, amma erməni
dığası cəzasız qaldı.
Deyəsən, ermənilərlə üz-üzə gəlmək, qarşılaşmaq (R.Tu-
manyants, R.Koçəryan, T.Qdlyan...), vuruşmaq gerçəkdən də onun
taleyinə yazılmışdı. “Mənim taleyimə də, deyəsən, ermənilərlə
qarşılaşmaq, er mə nilərlə vuruşmaq düşdü” – deyir. Bu mücadilə,
bu qarşılaşma Qarabağda, Xankəndində, Şuşada davam etdi.
Xankəndində ermənilərin içində işlədi, onların iblis, xain, murdar
sifətini gördü...
Bu, onun alın yazısıdır...


192
Tanı oğlunu, Vətən!
YADDAŞLARDAKI OBRAZ
u____________________________________________
H
ər insan Allahın lütfü ilə bir ömür sürür. İnsan ömrünün
dəyəri insanlara, Vətənə, xalqa verdiyi işıqla ölçülür.
Amma bu işığı ölçmək mümkündürmü?
Sadir Məmmədovun taleyinə Qarabağın ağır günlərində
işləmək, vuruşmaq düşdü. Ağdamın Göytəpə kəndindən uzaq
Özbəkistana, Moskvaya, sonra Bakıya, Şuşaya, Xankəndinə,
Ağdərəyə qədər şərəfli yol keçdi. Bu yolda ölüm-itim təhlükəsi
oldu, hədə-qorxular, pusqular, təqiblər, təhdidlər də oldu. 
Düşmənlə hər gün üz-üzə gəldi, düşmənlərin içində yaşadı...
AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor,
Şakir Musayev polkovniklə həm eloğludurlar, həm də dostdurlar.
Şakir müəllim danışır:
“Özbəkistanda necə hörmət qazanmışdı! General vəzifəsinə
təyin etmişdilər. Bu, elə-belə vəzifə deyil. İnanmıram, özbəklər
bu vəzifəyə elə-belə qoyaydılar. Peşakarlıq olmalıdır, comərdlik
olmalıdır. 
Əxlaqi dəyərlərin sahibi olmalısan. Vicdanlı, qeyrətli olmalısan.
Ona görə də atam uzaqgörənliklə, dönə-dönə bizə deyirdi:
– Sadirin qazandığı nüfuzu siz də qoruyun. Bu, elin-obanın
nüfuzudur”.
Rayonda, kənddə ona böyük sevgi vardı. Qoy sizə bir söz
deyim: vallah, bəlkə Sadir Məmmədov yeganə polis işçisidir ki,


193
Tanı oğlunu, Vətən!
camaat ona dua edirdi. “Allah balasını saxlasın” deyirdilər. Çünki
Sadir hamıya yaxşılıq etmişdi, hamıya xeyirxahlığı keçmişdi. 
Sadirə olan sevginin miqyasını uşaqların gözü-könlü ilə
ölçmək lazımdır. Uşaq gözü, elin gözü tərəzidir. Sadir “UAZ”la
hər dəfə kəndə gələndə uşaqlar maşının qabağına qaçırdılar.
Heyrət, maraqla dolu baxışlarla onun maşından düşüb həyətə
girənə qədər müşayiət edirdilər. Sadir onlar üçün qəhrəmanlıq
simvolu idi. Hamının ürəyindən Sadir kimi olmaq arzusu keçirdi.
Bu, mənim lap yaxşı yadımdadır.
Sadir doğrudan da əsl qəhrəman olub!”.
Habil Qurbanov, hüquq elmləri doktoru:
“İlk tanışlığımız 1984-cü ildə Bakı
Orta Milis Məktəbində baş verdi. Mən orda
işləyirdim. Sadir müəllim mayor rütbəsində
SSRİ DİN Akademiyasını bitirib gəlmişdi.
Bizdə müəllim işləyirdi.
Mən 30 illik dostumu necə sə ciy yə -
lən dirərdim? Çox xeyirxah adamdır. Həmişə
yaxşılıq etməyə çalışır. Vətəninə, torpağına
çox bağlıdır. Üzündən-gözündən nur tökülür.
İradlarını belə insana gülə-gülə bildirir. İn -
sa nın çətin günlərində mütləq yanında olur.
Atalarımız dost olub – mənə “əmioğlu” deyir. Qardaşım oğ -
lu İlqar Hüseynov Sadirin insanlığından, şücaətindən çox danışır.
Heç kim Xankəndinə gedib gələ bilmirdi. Ona qarşı sui-
qəsdlər olurdu. Dəfələrlə maşınını atəşə tutmuşdular. Sürücüsü
Mehman avtomatı yanında gəzdirirdi. Deyirdi ki, burdan çıxa
bilmərəm. Mən burda ölkəni, Azərbaycanı təmsil edirəm”.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə