Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   45   46   47   48   49   50   51   52   53

202
Tanı oğlunu, Vətən!
Qayıdaq o çətin ötən illərə,
Xidmətin layiqdir qəhrəman ada,
Gedirdin bir başa Şuşa, Xankəndə,
Quldur işğalçını saldın kəməndə,
Bağlasın vətənə elinə, kəndə,
Xidmətin layiqdir qəhrəman ada,
Düşmənlə vuruşan səni anlayır,
Döyüşdə olmayan yersiz banlayır.
Kim sənin kölgənə baxıb yanlayır?
Xidmətin layiqdir qəhrəman ada,
Həsrətəm vətənin hər bir daşına,
Daşnaqlar pul qoydu sənin başına.
Soğan doğrayırdın düşmən aşına,
Xidmətin layiqdir qəhrəman ada,
Doğulub anadan Sadir qəhrəman,
Düşmənə verməyib nə fürsət, aman,
Adını alarsan gələr bir zaman,
Xidmətin layiqdir qəhrəman ada,
Mükafat yaraşmaz hər ötən yada.
Hətta ömründə bir sətir yazmayan hüquqşünas Fazil Nəsibov
da Sadir Məmmədovun şücaətini eşidəndə ilhamı cuşa gəlib, onun
şərəfinə üç bəndlik şeir qoşubdu: 
Şuşa darda qalan anda,
Şuşalılar yanan anda,
Zülm ərşə qalananda
O, düşmənə əyilmədi,
Qorxu nədir, heç bilmədi,


203
Tanı oğlunu, Vətən!
Həyatını atdı oda,
Torpağımı verməm yada –
Dedi, Sadir igid, ərən,
Mən, dığaya əyilmərəm.
Vətənini sevən igid,
Əl çəkməyib amalından,
Qurtaracaq Qarabağı
Erməninin işğalından.
Azərbaycan ellərində 
Toy-büsatlar qurulacaq,
Gözəl Şuşa şəhərinə
Bayrağımız sancılacaq.
“Qarabağ” qəzetinin baş redaktoru Çingiz Tofiqoğlu deyəndə
ki, “Qarabağ savaşı Sadir müəllimlə başlayıb, Sadir müəllimlə də
qurtaracaq. Qarabağı Sadir müəllim kimi kişilər alacaq”.
Mən bu sözlərdə qətiyyən mübaliğə görmədim...


204
Tanı oğlunu, Vətən!
POLKOVNİK SADİR MƏMMƏDOVLA 
ÜZ-ÜZƏ, GÖZ-GÖZƏ
u____________________________________________
1-ci sual: Sadir müəllim, ümumiyyətlə, taleyinizdən razı sı -
nız mı? Bəlkə atanızın məsləhətinə baxsaydınız, müəllimlik et səy -
di niz, daha yaxşı olardı?
Cavab: Mənim atam öz zəhməti ilə, xalqına sadiq, haramı
sevməyən, elinə-obasına bağlı el ağsaqqalı idi. Və deyirdi ki,
müəllimlik peşəsindən şərəfli heç bir vəzifə yoxdur. Cəmiyyəti
yetişdirən müəllimlikdir. Lakin mənim həvəsim həmin peşədən
məni uzaqlaşdırdı. Ancaq sonda atamın dediyi yola düşdüm, heç
də heyfsilənmirəm. Çünki xalqıma şərəflə xidmət etmişəm, polis
polkovnikiyəm və hüquq üzrə fəlsəfə doktoruyam, dosentəm.
2-ci sual: V.P.Polyaniçkoya Azərbaycanda olan münasibətdən
razısınızmı? Siz Qarabağda onunla bir yerdə çalışmısınız. Sonuncu
dəfə Moskvada görüşmüsünüz. Sizdə elə anlar olubmu, ondan
şübhələnməyə, ona etibar etməməyə?
Cavab: Azərbaycanda Polyaniçkoya olan münasibətlə razı
deyiləm. Çünki Arkadi Volskidən (azərbaycanlıların qənimi və
qəddar düşməni) sonra DQMV TK-nə rəhbərlik etdiyi müddətdə
o, ancaq azərbaycanlıların mövqeyini üstün tutmaqla Azərbaycan
bayrağını Xankəndində (Stepanakertdə) dalğalanmağa və vilayətin
ərazisində Azərbaycan əhalisinin sərbəst yaşaması üçün hər şey
edirdi, lakin Azərbaycanda hakimiyyəti ələ almaq istəyən ünsürlər
Polyaniçkonun zəifləməsini istəyirdilər ki, tezliklə özləri hakimiyyətə


205
Tanı oğlunu, Vətən!
gəlsinlər. Ona görə də onun haqqında həqiqətə uyğun olmayan
fikirləri yayırdılar. Bu yolla onu TK-dən uzaqlaşdırdılar və DQMV-
dən deportasiyalar başladı. Onun dövründə DQMV-də 24 erməni
kəndi boşaldılmışdı. Və oraya azərbaycanlılar köçürülürdü. Bundan
istifadə edən Qorbaçov və ermənilər onu TK-dən uzaqlaşdırdı.
Əlbəttə, bizim daxili qüvvələrin köməyi ilə. Çünki onda Azər bay -
can da çox zəif hakimiyyət mövcud idi.
Qaldı onunla aprel-may 1993-cü ildə Moskvada görüşməyim
– yalnız xatirələrlə bağlı idi. O soruşurdu ki, bəs xalq bu vəziyyətə
nə deyir? Bizim çəkdiyimiz əziyyətlər hara getdi?
Polyaniçkodan şübhələnməyə əsas olmayıb. Onun gördükləri
işlər göz qabağında idi. Ermənilər
ona və bizə qarşı dəfələrlə sui-
qəsd hazırladılar. xoşbəxtlikdən
biz yaşadıq.
3-cü sual: Son dərəcə ağır
dövrdə Azərbaycan  polisini
Qarabağda təmsil edən yeganə
yüksək vəzifəli azərbaycanlı idi-
niz. Bu sizi qorxutmurdumu?
Cavab:  Bəli, Qarabağda
Daxili İşlər orqanlarında yüksək
vəzifə desək, mən yeganə idim.
Lakin mənimlə bərabər əmək 
-
daş larım da var idi. Artıq mən
dərk edirdim ki, mən öz ana tor -
pa ğımın müdafiəsindəyəm, axı
mən qarabağlıyam. Artıq qor x -
du ğumu büruzə verə bilmirdim.
Hət ta birdən şərəf hissi ilə ruh -
S.Məmmədov DQMV Daxili İşlər
İdarəsinin əməkdaşları ilə. Soldan:
Mehman, Mürşüd, Natiq, Mə hi yəd -
din (Azərbaycanın Milli Qəhrəmanı)
və Füzuli.


206
Tanı oğlunu, Vətən!
la nırdım ki, gələcəkdə olmasam da, mənim övladlarım bununla
fəxr edəcəklər. Ancaq vahiməli və qorxulu anlarım çox olub. Al-
lah-təala məni qoruyub.
4-cü sual: Siz Xankəndində, Qarabağda işləyən zaman bir
neçə nazirlə ünsiyyətiniz olub. Hansı nazirlə dil tapa bilməyibsiniz?
Səbəbləri nə olub?
Cavab: Mən Qarabağda işləyən zaman 4 nazirlə işləmişəm:
Aydın Məmmədov, Məhəmməd Əsədov və Tofiq Kərimovla.
Ağdərədə rəis olanda isə 24 gün İsgəndər Həmidovla. Yuxarıdakı
hər üç nazir mənimlə hesablaşırdılar, çünki mənim vəzifəmə öz
arzusu ilə getməyə heç kim razı deyildi.
Nazirlərdən Məhəmməd Əsədov çox çevik, hər şeyi qiy mət -
lən dirən adam idi. O, vətənini çox sevirdi. Əməkdaşların xidmətlərini
qiy mətləndirirdi. Torpaqlarımız uğrunda şəhid olmağa hazır idi.
Çox qorxmaz və cəsur insan idi.
Tofiq Kərimovun öz fikri yox idi. İsgəndər Həmidovla heç
söz-söhbətimiz olmadı, çün ki mən başa düşürdüm ki, onunla dil
tapmaq çətin olacaq.
5-ci sual: Ümidsiz olduğunuz hallarda, əliniz-qolunuz yanına
düşən vaxtlarda nə edirdiniz? Nə düşünürdünüz?
Cavab: Bu cür vəziyyət yarananda ölkəni tərk etmək, ölkədə
yaranmış xaosdan yaxa qurtarmaq və səriştəsiz insanları görməməyə
çalışırdım. Çünki o vaxtlar Azərbaycanda (1991-1993) ha ki miy -
yət davası gedirdi.
6-cı sual: Sizcə, o dövrdə Azərbaycan rəhbərliyinin hansı
səhvləri Qarabağın itirilməsinə səbəb oldu?
Cavab:  Zəif hakimiyyət, səriştəsiz insanların hakimiyyətə
gəlməsi, ölkədaxili çəkişmələr, vahid komandanlığın olmaması,
müxtəlif zonalar üzrə cərəyan edən hadisələr, güclü dövlətlərin


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə