Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   45   46   47   48   49   50   51   52   53

207
Tanı oğlunu, Vətən!
mövqeyinin öyrənilməməsi və onlara qarşı açıq nifrətin büruzə
verilməsi və s. bir sözlə, hakimiyyəti zəbt etmiş bir qrup insanın
şəxsi maraqları və ölkə daxili intriqalar. Milli birliyin yoxluğu.
7-ci sual: Sizinlə rus hərbçiləri arasında narazılıqlar olurdu-
mu?
Cavab: Bizimlə hərbçilər arasında narazılıq yaranmamışdır
– yadımda deyil. Ancaq tez-tez hərbçilərlə əməliyyat tədbirləri
keçirirdik, xidməti mübahisələr olurdu və həmin mübahisələr
təşkilat komitəsində çözülürdü. Bu işdə bizə ən yaxşı dəstəyi
komendant Safonov və Polyaniçko verirdi. Demək olar ki, 90%
mübahisələr mənim xeyrimə həll olunurdu.
8-ci sual: Xalqda o zaman ruslara etibar olmadığı halda, Siz
onlara necə güvənirdiniz?
Cavab: Lətifəsi bizdən uzaq, deyir “nə” ilə dostluq et, an -
caq ağacını əlindən yerə qoyma… Biz sovet ordusunun əsgərləri
ilə birgə xidmət göstərirdik, hər an arxadan zərbə görə bilərdik.
Mən onlarla diplomatik davranmağa üstünlük vermişəm. Çox eh -
ti yatla hərəkət etmişəm. Həmin dövrdə hərbçilər təkcə ruslardan
iba rət deyildi. Müxtəlif millətlərin nümayəndəsi var idi. 
Mən ancaq özümə güvənirdim. Çünki hər an, hər saat hər
cür hadisə baş verə bilərdi.
9-cu sual: Necə oldu ki, Sizi yalnız qaynar və münaqişəli
rayonlara təyin edirdilər?
Cavab: Həmin dövrdə (1988-93-cü il) müharibə gedən əra -
zi lərdə rəhbər vəzifəyə getməyi heç kim arzulamırdı. Çünki bu
çox riskli iş idi. Məni Şuşa rayon Daxili İşlər Şöbəsindən DQMV-
nə Dİİ-nin rəis müavini təyin etdilər, yəni vəzifəmi böyütdülər.
Ağ dərədən isə qarətçilərə qarşı mübarizə apardığıma görə. Ölkədə


208
Tanı oğlunu, Vətən!
tam dağınıqlıq, özbaşınalıq hökm sürürdü. çoxlu silahlı dəstələr
möv cud idi. Hər bir komandir mənəm-mənəm deyirdi. Çoxlu qar -
şı durmalar var idi. Sanki Azərbaycanın sonu idi. Respublika idarə
olun murdu. Mən isə efir vasitəsilə öz fikrimi söyləyirdim və s.
10-cu sual: Qardaşınız Xocalıda şəhər polis şöbəsinin rəisi
idi. Onun taleyi üçün narahat olurdunuzmu? ona ən çox hansı
məsləhətləri verirdiniz?
Cavab: Qardaşım Sabirin də ən ağır dövrdə DQ-də Xocalıda
xidmət etməsinin baiskarı mən olmuşdum. Çünki M.Əsədov
biləndə ki, o mənim qardaşımdır, demişdi ki, onsuz da DQ-a xid -
mətə getməyə hər adam cürət etmir, mən ora layiq kadr tapa bil -
mi rəm, elə get qardaşınla baş-başa ermənilərə qarşı vuruşun.
Çox çətin situasiya yaranmışdı. Bizim ikimizdən birimiz ax -
şam, gecə evə gəlməsəydik, bütün qohum-əqrəba, qardaş-bacı,
atam-anam yatmırdılar ki, başlarına nə hadisə gəldi.
Mən ona «daima özünü və əməkdaşlarını qoru, hər saat, hər
gün onları təlimatlandır» deyirdim. Onun Xocalısı çox çətin
durumda idi. Çünki Xocalı dörd bir tərəfdən ermənilərlə əhatə
olunmuşdu. Mən tez-tez gecələr postları yoxlayanda onların
ayıqlığı və hazırlığı yüksək səviyyədə olurdu.
Lakin bütün bu əzab-əziyyətə baxmayaraq onun da xidməti
qiymətləndirilmədi. Əksinə, çalışırdılar ki, onu ləkələməklə, məni
də ləkələsinlər. Lakin bacarmadılar. Çünki biz saf və şərəflə
xidmət etmişik. Bu gün də keçmişimizlə fəxr edirik.
11-ci sual: Girovların azad edilməsi əməliyyatı ətraflı təsvir
edilmir. Bu haqda geniş danışmaq olmazmı?
Cavab: Girovların azad olunması barədə daha geniş danışmaq
olar. Bu heç də qəhrəmanlıq deyil. Yalnız bir neçə girov dəyişdirilməsi
barədə danışsam, kifayət edər. Məsələn:


209
Tanı oğlunu, Vətən!
1990-cı ilin yanvar ayının 20-də («Zəhmli polkovnik» s. 83-
84) mənim tabeçiliyimdə işləyən 4 nəfər polis işçisini: Hafiz,
Səfər, İlqar və Elçini ermənilər girov götürmüşdülər…
Ümumiyyətlə girov düşmək, əsr düşmək dəhşətdir...
14 noyabr 1991-ci il tarixdə DQMV prokurorunun müavini
Şükür Həbib oğlu Rzayevin girov düşməsi və s. Girov dəyişmələr
çox olub.
12-ci sual: Qarabağ könüllü müdafiə dəstələri ilə əlaqəni
necə qururdunuz? Axı, ruslar tərəfundən sizin hər hərəkətiniz
izlənirdi?
Cavab: Mən demək olar ki, mütəmadi olaraq, Ağdam ray-
onunda, Şuşada və digər sərhəd rayonlarında mövcud olan könüllü
müdafiə dəstələrinin qərargahında görüşlər keçirirdim. Ən sıx
əlaqəni Ağdamda mili qəhrəman fred Asiflə, ala Yaqub (Qatır
Məmmədlə), Ağdam xalq cəbhəsinin sədri Eldar Bağırovla, Şirin
Mirzəyevlə görüşərək erməni təxribatlarının qarşısını almağa
tədbirlər görürdük. Eyni zamanda general Ərşadın dəstəsilə.
Burada bir məqam var idi. Onlar DQMV-nin ərazisinə girə
bilmirdilər. İçəridə olan yalnız mən və mənim milis əməkdaşlarım
idi. Mən tez-tez onlara istiqamətlər verirdim ki, nə etsinlər,
təxribatlara uymasınlar. Çünki hərbçilərlə toqquşma baş verə
bilərdi. Biz bir nöqtəyə vururduq. Onlar hamısı mənə böyük
hörmətlə yanaşırdılar. Hətta narahat idilər ki, biz qardaşlar odun-
alovun içərisindəyik.
13-cü sual: Şuşanın müdafiəsini necə təşkil edirdiniz?
Cavab:  Şuşa özu-özlüyündə, relyefinə görə müdafiəyə
ehtiyacı olmayan bir ərazidə yerləşirdi. Mən Şuşada milis şöbəsinin
rəisi olanda şəhərin dörd tərəfində könüllü dəstələrin, əhalinin
köməyi ilə postlar qurmuşduq. Bu işdə mənə ən yaxın köməkçi


210
Tanı oğlunu, Vətən!
rayon Xalq Deputatları Sovetinin sədri Mikayıl Gözəlov idi. Bütün
silahları əhalidən və milislərdən yığmışdılar.
Lakin mənim təşəbbüsümlə 1989-cu il noyabrın 3-də Şuşanın
ermənilər yaşayan kəndlərində Qaladərəsi, Daşaltı, Kirov, Eqsaoqda
tədbir keçirib Gorusdan (Ermənistandan) gələn vertolyotu 28
nəfər yaraqlılarla həbs etdik. (bax: «Zəhmli polkovnik», s. 77, 79-
84).
14-cü sual: Kovalyovla münasibətinizə, Polyaniçko ilə necə
və nə az yer verirsiniz. Onunla təmasınız az olub?
Cavab:  Kovalyovla və Polyaniçko ilə mən demək olar ki,
hər gün, hər an bir yerdə olurduq. Onların hər ikisinə qarşı sui-
qəsd olanda mən də onlarla bir yerdə olmuşam. Biz ən azı ayda 2-
3 dəfə Bakıya, Daxili İşlər Naziri M.Əsədovun qəbuluna gedirdik.
Nazirlə təkbətək görüşlərimiz olurdu, əvvəl Kovalyov qəbula
girirdi, sonra isə mən. Kovalyovun nazirə verdiyi məlumatları
təhlil və müqayisə edirdik.
15-ci sual: Ağdərədə rəis olanda Azərbaycanın dövlət
qurumları ilə problemləriniz olurdumu? Problemlər ən çox nədən
qaynaqlanırdı?
Cavab:  Mən 9-cu sualın cavabında izah etdim. Ən çox
problem qarətlə bağlı idi. Sərhəd rayonundan axışıb gələn bəzi
vətəndaşlar, könüllü dəstələr qarətə, talana gəlirdi. Biz isə onlara
qarşı tədbirlər görürdük. Az qalırdı silahlı toqquşmalar baş versin.
Çünki Ağdərədə milisdən başqa digər dövlət qurumları yox idi.
hərbçilərlə az qalırdı xoşagəlməz toqquşmalar baş versin. Həm də
Ağdərənin müdafiəsi bizim öhdəmizə düşürdü. Mən tez-tez Ağdam
və Tərtər rayon milis şöbəsinin rəisləri ilə mübahisələr edirdim ki,
Ağdərəyə avtomaşın buraxmasınlar.
16-cı sual: Ən çox hansı hadisələrlə bağlı ürəyinizdə de yil -
mə miş sözünüz var?


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə