Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   45   46   47   48   49   50   51   52   53

215
Tanı oğlunu, Vətən!
görə yaşayış yerini dəyişib Volqoqrada köçdü. O da bir başa
Moskvanın göstərişi ilə DQMV-dən uzaqlaşdırıldı. Səbəbi isə
1991-ci ilin may ayında DQMV-n ərazisində passport rejimi
keçiriləndə ermənilərin yaşadıqları 24 kənd erməni boyeviklərindən
təmizləndi. Ona görə də həm Safonov həm də Polyaniçko vilayətdən
uzaqlaşdırıldı. Çünki, o vaxtlar ermənilər Moskvaya şəxsən Qor-
baçova şikayət etmişdilər. Hətda həmin dövrdə həm Stepanakertdə
və Yerevanda onların əleyhinə mütəmadi olaraq mitinqlər keçir-
ilirdi.
Məni general vəzifəsinə Azərbaycanda heç kim təqdim et -
mə di. Bu səlahiyyət Daxili İşlər Nazirinin funksiyasına aiddir. Sa-
fonov isə hərbçi idi.
Mən general vəzifəsində, Özbəkistan Respublikası DİN-nin
Baş Cinayət Axtarışı İdarəsində müavin idim (1992-1993-cü illər).
Onda da Ulu Öndər H.Əliyevin qayıdışından sonra mən də Azər -
baycana qayıtdım.
26-cı sual: Hamı sizin qəhrəmanlığınızdan danışır. Sizə
Milli qəhrəman adı verilməsini istəyirsinizmi?
Cavab: El gözü – tərəzidir. Mənim xidmətlərim xalqım
üçün olub. Hər hansı bir fərd üçün olsaydı, bəlkə də bu ada yi yə -
lə nərdim. Ümumiyyətlə, bu ada kimin layiq olmasını xalq bilər,
gə ləcək  göstərər.
27-ci sual: Ən çox kimdən umursunuz? Niyə?
Cavab: Ən çox ədalətli insanlardan, haqq-ədalətdən umuram.
Mənə qarşı qəlbində xainlik edən insanlardan umuram. Ən çox o
insanlardan ki, mənim xidmətlərimin şahidi olublar. Mənim
xidmətlərimi dilə gətirməyən insanlardan, hansı ki, tez-tez kütləvi
informasiya vasitələrində çıxış edərək, özünü reklam edənlərdən.
Şahidi olmadığı hadisələrdən danışan ikiüzlülərdən umuram.


216
Tanı oğlunu, Vətən!
Ən çox umuram o insanlardan ki, məni görəndə üzümə qarşı
tərifləyənlərdən, amma lazımi yerlərdə susanlardan.
Tanrımdan başqa, heç kimdən heç nə ummuram!
Sonda onu da qeyd etmək istəyirəm ki, baxmayaraq ki,
təvazökarlıqdan uzaq olsa da, ikinci bir azərbaycanlını göstərsinlər
ki, mənim qədər Dağlıq Qarabağ münaqişəsi dövründə Xankəndində,
vilayətin bütün kəndlərində, Ağdərədə dəfələrlə, hər an ölümlə
qarşılaşa-qarşılaşa, ölümün üzünə dik baxa-baxa, əzab-əziyyətlə
xidmət etsin.
Ümumiyyətlə, ailə üzvlərimiz – böyük qardaşlarım Sabir,
mərhum Sahib və onun 4 (dörd) oğlu – İlham, Asəf, Müşfiq və
Fədai də hadisələr başlanan gündən sona qədər əllərində silah
ermənilərə qarşı mübarizə aparıblar.
Mən bütün bunları xalqıma, vətənimə borc kimi qiy mət lən -
di rirəm. Rütbə, ad, mükafat üçün xidmət etməmişəm və hətta ağ -
lı ma belə gəlməyib.
Ancaq bu gün ölkə prezidenti, Ali Baş Komandan İlham
Əliyev əmr verərsə, mən və mənim qohumlarım yenidən cəbhəyə
atılar və layiqincə vuruşar. Mən bunları tam əminliklə Sizə de yi -
rəm…


217
Tanı oğlunu, Vətən!
ÖRNƏK İNSAN HAQQINDA KİTAB
u____________________________________________
P
olkovnik Sadir
M ə m m ə d o v
haq qında  Azərbaycanın
gör 
kəmli alimi Rüstəm
Ka maldan çox eşitmişdim.
Rüs 
təm mənə istedadlı
şair-publisist Əbülfət Mə -
dət oğ lu nun  “Zəhmli  pol -
kov nik” kitabını da ver -
miş 
di – onu da gözdən
ke çirmişdim. Sadir Məm -
mə 
dov Qa 
ra 
ba 
ğın (Azərbaycanın) dəyərli oğullarından biridir.
Onun dəyəri yük sək vətənpərvərliyində və cəsurluğundadır. Sadir
ki mi qeyrətli polis zabitlərinin əxlaqı, həyat yolu gənc nəsil üçün
bir örnəkdir.
Sadir Məmmədov Qarabağın (Azərbaycanın) çətin və ağır
günlərində Özbəkistanda rahatlığını və uğurlu karyerasını buraxıb,
vətənə qayıdır. Sadir müəllim Qarabağda işlədiyi-vuruşduğu dövrdə
vəziyyət çox gərgin, qanlı-qadalı idi. Separatçılıq, terror bütün
vilayəti başına götürmüşdü. Gediş-gəliş, demək olar ki, kəsilmişdi.
Orda işləmək də, yaşamaq da təhlükəli idi. Hər oğul buna dözmür -
dü... Azərbaycanlıların vilayət polis (milis) şöbələrinə işə gö tü rül -
mə sində, Xocalıda polis şöbəsinin açılmasında Sadir Məmmədovun
əməyi olubdur. Şuşada, Xankəndində, Ağdərədə rəis kimi deyil,
bir hərbçi kimi, bir əsgər kimi xidmət edibdir. Sui-qəsdlərə,


218
Tanı oğlunu, Vətən!
təqiblərə məruz qalıb, hər gün ölümlə üzləşibdir. Amma müqəddəs
məqsədindən dönməyibdir. Zəhmi və qorxmazlığı ilə ermənilərin
canına qorxu salıb, ağıllı və ehtiyatlı tədbirləri, yüksək qayğıkeşliyi,
insani keyfiyyətləri ilə əməkdaşlarını-silahdaşlarını düşmən xə ya -
nət lərindən və güllələrindən qoruyub saxlamışdır. Bunu kitabdakı
xa 
tirələr və etiraflar, polkovnikin ünvanına söylənilən səmimi
söz lər də təsdiq edir.
Rüstəm Kamalın bu kitabını maraqla oxudum. Polkovnikin
ləyaqətli (və halal!) həyatı, çəkdiyi çətinliklər, əziyyətlər, başına
gələn macəralar, ölüm-itim dolu şərəfli xidməti gözümün qabağında
canlandı. Onu ya xın dan tanıyanların, onunla bir yerdə Qarabağda
vuruşanların söz ləri, xatirələri bu dəyərli insanın obrazına inandırdı.
Rüstəm Ka mal düzgün olaraq qəhrəmanını canlı və bütöv obrazını
təqdim etmək üçün müxtəlif aspektlərdə xarakterini açıb göstərir,
portret ştrix 
lə 
rin 
dən, bədii detallardan bacarıqla istifadə edir.
İmkan daxilində xro noloji ardıcıllığı gözləyir, mövzunun imkan
verdiyi pafosun “do zasını” gözləyir. Faktlara istinad edir, mətbuat
materiallarından is tifadə edir – bu da təhkiyənin publisistik-sə -
nəd lilik ovqatını güc ləndirir. Kitabda Rüstəmin poetik ruhu da
hiss edilməkdədir. Su daşı, Mürsəqul kişi ilə bağlı epizodlarda və
s. epik sərbəstlik, lirik haşiyələr var.
Xalqımızın (bütün Qarabağın!) dəyərli oğlu, şücaətli və və -
tən pərvər polis za biti Sadir Surxay oğlu Məmmədov əsər qəhrəmanı
ol mağa la yiq dir. O, bunu şərəfli həyatı ilə qazanıbdır. Hələ bundan
son ra da ne çə-neçə kitablar yazılacaq...
Nizami Cəfərov,
AMEA-nın müxbir üzvü,
professor, millət vəkili


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə