Final asas Макет 1


Tanı oğlunu, Vətən! Cavab



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   45   46   47   48   49   50   51   52   53

211
Tanı oğlunu, Vətən!
Cavab: Ürəyimdə çox şey var. Ən ağır dövrləri 1988-1992-
ci illər DQMV-də, Ağdərədə xidmət etmişəm. Əlbəttə, bu gün
həmin şərəfli xidmətimə görə fəxr edirəm. Özlərini qəhrəman
kimi təqdim edən insanlar məni görəndə danışmağa (müharibədən)
cəsarət etmirlər.
Bir epizod yadımdadır:
Mən DQMV Dİİ-nin rəis müavini idim. Kadrlar şöbəsinin
rəisi erməni Ariqam Petrosyan (may 1991-ci il idi) mənə dedi ki,
yoldaş Mamedov, siz bu riski etməklə yəqin xalqınızın qəhrəmanı
olacaqsınız. Ancaq mən inanmıram ki, bu çətinliklərdən sağ-
salamat qurtulacaqsınız. Yaxşısı budur, oradan çıxın. Siz milisdən
çox diplomat vəzifəsini yerinə yetirirsiniz. Hər an sizinlə bağlı
bədbəxt hadisə baş verə bilər.
Mənim bir günahım var. O da Allah-təalanın bu günə qədər
mənə qismət etdiyi can sağlığı, yaşamağım və xalq arasında “xalq
qəhrəmanı” adının səsləndirilməsi. Məni tanıyanlar, görənlər tez-
tez bu sözləri səsləndirirlər. Hər hansı bir kağız üzərinə işıqlandırılan
Milli qəhrəman adındansa, əsl xalq qəhrəmanı olmaq şərəflidir
(Qaçaq Nəbi, Qatır Məmməd və b.)
17-ci sual: Erməniləri qanlı talanlar, təxribatlar törətdiyinə
görə onları həmişə dialoqa dəvət etmisiniz. Bu dövlət siyasəti idi,
yoxsa ermənilərlə dialoqa inanırdınız?
Cavab: Ermənilərin dialoqa dəvət edilməsi milisin işi deyildi.
Bu işlərlə Təşkilat Komitəsi və Bakıda yerləşən aidiyyatlı orqanlar
məşğul olurdu. Yalnız cinayət xarakterli hadisələr baş verəndə
görüşlərimiz təşkil olunurdu. Yalnız hərbçilərin və Təşkilat Ko -
mi təsinin əməkdaşlarının vasitəçiliyi və iştirakı ilə.
Biz onlara heç vaxt inanmırdıq. Onların səmimiyyəti yox
idi. Onlar yalnız daşnaksütun partiyasının nizamnaməsi ilə
işləyirdilər.


212
Tanı oğlunu, Vətən!
18-ci sual: Qarakənd və Xocalı hadisələri ilə bağlı suallar
ortaya atırlar. Sizcə niyə?
Cavab: Bu suala cavab belədir: Özlərini reklam etmək
istəyən və bu hadisələri görməyən bəzi televiziya verilişlərində
sanki döyüşüblər və s.
Hörmətli Rüstəm müəllim, mən bu məsələ ilə əlaqədar sizə
«525-ci» qəzetdə çap olunmuş müsahibəmi təqdim etmişəm. Xahiş
edirəm onu da oxu!!!
19-cu sual: Siz müharibə dövründə Qarabağda xidmət et-
misiniz. Özünüzü hərbçi, yoxsa polis zabiti kimi qəbul edirsiniz?
Cavab: Mən həm hərbçi kimi, həm polis kimi, həm də dip -
lomat kimi xidmət etmişəm. Çünki o dövrdə diplomatiyam
olmasaydı, bu günə qədər yaşamazdım.
Hal-hazırda isə bir müəllim, ziyalı kimi özümü görmək
istəyirəm. Çünki o əzab-əziyyətdənsə, qiymətsiz qalmış xidmətdənsə,
bir elmi məqalə yazmaq, mühazirə oxumaq bu gün mənim üçün
çox mənfəətli və qiymətlidir. Bu gün respublikamızda elələri var
ki, guya erməni başı kəsib və özünü qəhrəman kimi qələmə verir.
Bəyəm insan insanın başını kəsər? Bu, vəhşilikdir. Adam
düşmənini öldürər, qətlə yetirər. Lap erməni olsun, ya da faşist.
Bu cür «qəhrəmanlara» nifrət edirəm. Onları dəstəkləyənlərə də
yazığım gəlir. Bəlkə də bu cür «qəhrəmanlar» silah tutmağı da
bilmirlər. 
20-ci sual: Sizə qarşı hansı ədalətsizliklər sizi ağrıdır?
Cavab: Ümumiyyətlə, bütün ədalətsizlikləri qəbul etmirəm.
Vicdanı olan, xidməti olan hər bir insanı ədalətsizlik ağrıdır. Mən
yaşadığım bütün dövrlərdə xalqıma, elimə, obama xidmət etməyimlə
fəxr etmişəm.
Mən kiməsə, özümdən böyük vəzifədə olanlara həmişə
hörmətlə yanaşmışam. Ancaq hər hansı bir fərdə xidmət etməmişəm.


213
Tanı oğlunu, Vətən!
Lakin gözümün qarşısında bu yolu tutanlar yüksəliblər., yüksək
çinə, rütbəyə nail olublar. Bu cür insanlara nifrət etmişəm. Bu cür
xidmətlərə qiymət verən rəhbərlərə nifrət etmişəm. Bax, bu cür
ədalətsizliklər məni ağrıdır. Bəzən bu cür yaltaqlara dəstək verənləri
görəndə nifrətim daha artır.
Fərdlərə xidmət edənlər qiymətləndiriləndə tam ədalətsizliyin
şahidi olursan. Hətta bu cür yüksək rütbələr alanlar da çoxdur.
Bax, bu cür ədalətsizliklərə dözmək çətindir. Həyatda şərəflə ya -
şa maqdan yüksək heç nə ola bilməz.
21-ci sual: Haqqın, ədalətin zəfər çalacağına inanırsınızmı?
Cavab: Normal cəmiyyətdə yaşayan insan daima ümidlə
yaşayır. Vaxtı ilə mən Buxara vilayətində yaşayanda mənim rəisim
Curakul Qafurov tez-tez dediyi bir məsəl yadımdadır «kazak
terpi, atamanom budiş» (kazak səbr et, ataman olarsan). Odur ki,
hələ ki, inanıram!
22-ci sual: Girovluqdan azad etdiyiniz insanlarla sonralar
görüşünüz olubmu?
Cavab: Məxsusi olaraq görüşlərim olmayıb, ancaq təsadüfən,
məclislərdə ara-sıra görüşmüşəm. Ancaq mərhum Şükür Rzayevlə
tez-tez görüşərdik. Allah ona qəni-qəni rəhmət eləsin. Çox cəsarətli
və dəyərli insan idi. Qardaşı Əbülfət müəllim də gözəl insan idi.
Mən rəhmətliklə milis məktəbində işlədim. Çox riskli adam idi.
Ermənilər onu da girov götürmək istəmişdilər. Lakin bacarmamışdılar.
Ona ağır bədən xəsarətləri yetirmişdilər. Ümumiyyətlə, Şükür
mü əllimin ailəsi bu hadisələrdə ən çox zərər çə kən  ailələrdən idi.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Həmin girovlardan bir çoxu dünyasını dəyişib. Allah hamısına
rəhmət eləsin.
23-cü sual: Hansı nazirin sizə köməyi dəyib, konkret olaraq
nədə?


214
Tanı oğlunu, Vətən!
Cavab:  Hansısa nazirin mənə köməyi dəyməyi mənim
xidmətimlə bağlı olub. Xidmətlərimə görə daima rütbələrim,
mükafatlarım, təltiflərim olub. Hansısa qara qaşıma, qara gözümə
görə köməyi dəyən nazir olmayıb. Ancaq xainlikdən, gözü
götürməməzlikdən pislik edən nazir də olub. Hətta inkişafıma
mane olan nazir də olub, təqib edən nazir də olub, adını demək
çirkinlik olar. Çox izləyib, təqib edib, ancaq heç nə əldə edə
bilməyib. Yoxsa məni …
24-cü sual: Sizin üçün qəhrəmanlıq nədir?
Cavab:  Mənim üçün qəhrəmanlıq gözəl ailə, cəmiyyətdə
tutduğu saf mövqe, keçdiyi həyat yolunda çətinliklərə sinə gərmək,
xalqının etimadını qazanmaq, düşmənə qarşı amansız olmaq,
insanların həyatını qorumaq, torpaqlarının keşiyində durmaqdır. 
Bu gün qəhrəmanlıqdan danışmaq, mənim fikrimcə, tezdir.
Çünki baxmayaraq ki, xidmətlərim çoxdur, ancaq torpaqlarımızı
qoruya bilmədik. Nəticədə Qarabağımız, böyüklərimizin qəbirləri
erməni tap da ğındadır. Ən böyük arzumuzu gerçəkləşdirək, Qa ra -
ba  ğımıza böyük Qayıdış olsun, valideynlərimizin məzarlarını zi -
ya  rət edək, o zaman qəhrəmanlıqdan ağızdolusu danışa bilərik.
Elə o situasiyalardan sağ-salamat çıxmışam, mənim üçün ən
böyük qəhrəmanlıqdır.
25-ci sual: General Safonov haqqında nə deyə bilərsiniz?
Faktiki olaraq general vəzifəsində otursanız da, sizi bu ada təqdim
edə bilməzdimi?
Cavab: General Safonov V.N. DQMV üzrə hərbi komendant
idi. Çox savadlı, azərbaycanlılara meylli, obyektiv zabit idi. Onun
xidmətləri çox olub. Ermənilər onu da, Polyaniçkonu da sevmirdilər.
Safonova qarşı ermənilər tərəfindən sui-qəsdlər hazırlansa da,
bacarmadılar. Safonov özü Rostov şəhərində təqib olunduğuna


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə