Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

104
Tanı oğlunu, Vətən!
qrupu (Füzuli və Martuni (Xocavənd RDİŞ) 5-ci Ağdam qrupu
(buraya Ağdam RDİS daxil idi). 6-cı Tərtər qrupu (Tərtər, Goranboy
(Qasım İsmayılov) və Kəlbəcər RDİŞ-lər).
Bütün qruplara nazir və onun I müavini Ramiz Məmmədov
rəh bərlik edirdi. DQMV-in ərazisində keçirilən bütün tədbirlərə
rəh bərlik etmək ona tapşırılmışdı. Bu faktı mayor X.İmanov da
xatirələrində qeyd edir: “1991-ci ilin may ayında Ermənistandan
gəlmiş terrorçu qrupların tutul ması üçün geniş miqyaslı əməliyyatlar
keçirildi. Bu əmə liy yat ların çoxuna o (Sadir Məmmədov – R.K.)
rəhbərlik edir və ya iş tirakçısı olurdu”.
12-16 may 1991-ci ildə keçirilən həmin əməliyyat tədbirləri
nə ti cə sində DQMV-i ərazisində, silahlı quldur dəstələri aşkarlanıb
zə 
rər 
sizləşdirildi, 570-ə qədər erməni ekstremist yaxalandı və
həbs olun du, xeyli miqdarda silah və partlayıcı maddələr götürüldü. 
Fövqaladə vəziyyəti qaydalarına əsasən aşkar olunmuş erməni
millətçilərini qanun çərçivəsində cəzalandırmaq üçün protokollar
tərtib olunmalı idi. Protokolların hadisə yerində operativ, isti-isti
tərtib olunması üçün mən 1000 ədəd ağ protokolları gerbli möhürlə
təsdiqləyib, qrup rəhbərlərinə payladım. DQMV Dİİ-nin rəisi
V.Ko 
 
volyov həmin vaxt özünü xəstəliyə vuraraq, işə çıxmadı.
Ona görə də mən birbaşa Kovolyovun evinə (o Xankəndində qo -
naq evində yaşayırdı) gedib, seyfinin açarını aldım, möhürü gö tü -
rüb protokolları təsdiqlədim. Bu risk mənim üçün başağrısına
çev  rildi və ermənilər tərəfindən təqiblərə məruz qaldım. Hər halda
mə  nim əməlimdə qanuna zidd hərəkət olsa da, xalqımız naminə
mən bu işə qol qoymuşdum. O vaxt məni ermənilərə satmışdılar.
Amma Mə  həmməd Əsədov və Viktor Polyaniçko məni müdafiə
etdilər, SSRİ prokurorluğuna bil dirdilər ki, S.Məmmədova göstərişi
biz vermişik. Həqiqətən də M.Əsədov və V.Polyaniçko mənə
demişdilər ki, hazır protokollar qrup rəhbərlərinin əlində olmalıdır.
Mən qrup rəhbərlərinin hər bi rinə mənim imzamla təsdiqlənmiş
130 ədəd ağ protokol pay la mış dım.


105
Tanı oğlunu, Vətən!
B.Qromov gedəndən sonra 22 sentyabr 1991-ci ildə Rusiya
Fe de ra siyasının Prezidenti B.Yeltsinin, Qazaxıstan Respublikasının
Pre zidenti N.Nazarbayev və Azərbaycan Respublikasının Prezidenti
A.Müt 
əllibovun Qarabağa gözlənilməz səfəri onun yadındadır.
Onları SSRİ daxili işlər naziri (vaxtilə Azərbaycan SSR Daxili
İşlər Nazirinin müavini olmuşdu) V.Barannikov və Azərbaycan
Respublikası Daxili İşlər Naziri M.Əsədov müşayiət edirdilər.
Teleradio Şirkətinin əməkdaşı Nadejda İsmayılova, jurnalistlər
Elmira Axundova və Tünzalə Qasımova, operator Elxan Əliyev,
“Zaman” qəzetinin müxbiri Yılmaz Polad onların arasında idilər.
Vertolyot Xocalı aeroportuna endi. 
1991-ci il, 22 sentyabr. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin
və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin 
Xocalı aeroportunda qarşılanması.


106
Tanı oğlunu, Vətən!
Ermənilərin mitinqi başlamışdı, Qərargaha keçməyimiz müm -
kün deyildi. Azğınlaşmış ermənilər bizim dəstənin içində azər -
bay canlıların ol du ğunu bilən kimi, arvadları onların üstünə sal dır -
dı lar,  girov  gö tür mək  istəyirdilər.
Yılmaz Poladın üst-başını cırıq-cırıq etdilər. Teleoperator
Elxan Əliyevi oğurlayıb girov götürdülər. Hadisədən xəbər tutan
B.Yeltsin və A.Mütəllibov onun tezliklə azad olunmasını tələb
etdilər. Çox keç mədi ki, Elxanı azad etdilər, onu Bakıya göndərib,
xəstəxanaya yer ləşdirdilər. 
Xocalı polisinin rəisi, mayor Sabir Məmmədov ya 
zır ki,
aero portda Y.Poladı B.Yeltsinə mən təqdim etdim, onun ermənilər
tə 
 
rəfindən döyüldüyünü söylədim. B.Yeltsin türk jurnalisti ilə
söh  bət etdi, sonra SSRİ Daxili İşlər Naziri V.Barannikova üzünü
tut du və əlini mənim çiyninə qoyub dedi: «Mən bu gənc mayora
bu gündən polkovnik rütbəsi verilməsini əmr edirəm».
Qonaqlar Xocalı aeroportundan da Gürcüstana uçmalı idilər.
Onların gəlişinin də bir xeyri olmadı. Qarabağ məsələsində
heç bir köklu dəyişiklik baş vermədi.
Əksinə, hadisələr daha da pisləşdi – nəticəsi hamıya məlumdur.
Mayor Sabir Məmmədovun polkovnik rütbəsi almağı isə Moskvada
siyasi oyun la rın (Yeltsin–Qorbaçov qarşıdurması, M.Qorbaçovun
istefası, SSRİ-nin süqutu) burulğanında itib bat dı.
Qonaqlar öncə Təşkilat Komitəsinə yollandılar. Ermənilər o
qədər həyasızlaşmışdılar ki, nə çöldə, nə də içəridə səs-küydən,
uğultudan ağız deyəni qulaq eşitmirdi. Bina dörd tərəfdən mühasirəyə
alınmışdı. Yoxlamanı rus hərbçıləri aparırdılar.
B.Yeltsin TK-nı tez tərk etdi və (belə gözlənilməz hərəkətlər,
şaşırdıcı məntiqsiz davranışlar onun xarakterinə xas idi) DQMV
XDS-nın bi nasına tərəf getdi. Müşavirə burda keçirilirdi. 


107
Tanı oğlunu, Vətən!
Tamerlan Qarayev və Sadir Məmmədov zala çətinliklə daxil
ola bildilər. Tamerlan Qarayev bir kə narda stol çəkib otura bildi,
ermənilərin narazılığına fikir vermədən ic lasda iştirak etdi. 
1990-cı ilin noyabr ayı idi. Ermənilər Xankəndinin girişindəki
postda Şuşa yol polisinin əməkdaşı Sahib İmanovu sol qıçından
ya ralamışdılar. Sahib də cavabsız qalmayıb, bir neçə erməni ya ra -
lamışdı. Hərbçilər onu yaralı halda Stepanakert mərkəzi xəstəxanasına
apar mışdılar. 
Sadir Məmmədov özünü tez posta çatdırdı. Ordan da birbaşa
xəs tə xa naya gəldi. Sahibi cərrahiyyə şöbəsində əməliyyat stoluna
uzatmışdılar. 
O, erməni xislətinə və fitnə-fəsadına yaxşı bələd idi və yaxşı
bi lir di ki, əməliyyat adı ilə onu öldürəcəklər. Sahibi gizlicə pa la -
ta dan çıxar dıb Şuşaya, şəhər xəstəxanasına gətirdi.
Bu hadisədən sonra V.P.Polyaniçko onu yanına çağırıb, əsəbi
halda “siz azər  bay canlılar niyə belə fərsizsiniz?” – dedi və qə tiy -
yətlə əlavə et di: “Həmin post erməni quldurlarının yuvasıdır. Siz
o  pos tu  part lat ma lı sı nız!”
Sadir Məmmədov deyir ki, “əvvəlcə ona inanmaq istəmədim.
Şübhəli baxışlarımı hiss edib, “hərəkət edin!” (“действуйте!”) –
dedi.
Daxili Qoşunlarda xidmət edən tatar əsilli podpolkovnik
Qa liullini tapdım. Birtəhər onu dilə tu tub razı sala bildim. Postu
trosla “BTR”-ə bağlayıb, nə qədər dartdıqsa, ye rindən qopmadı
ki, qopmadı. Postun altına partlayıcı maddə də qoy duq, yenə xey -
ri olmadı – əyildi, amma aşmadı.
Son vaxtlara qədər həmin post elə o vəziyyətdə də qalırdı”.
Polkovnikin “Xankəndi mətni”ni yazanlardan biri də təcrübəli
jurnalist, “Ədalət” qəzetinin müxbiri Ay dın  Ağazadədir. O, Dağlıq


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə