Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

100
Tanı oğlunu, Vətən!
Mən Mehman Hüseynovla bir yerdə Xocalıya gəldim. Təx -
mi nən bir saatdan sonra Viktor Petroviç də gəlib çıxdı. 
Xocalı aeroportunda saat 12-də Gəncədən gələn hərbi vertolyot
yerə endi. Vertolyotdan, ştat paltarında bir nəfər düşdü. Polyaniçko
ilə çox səmimi görüşdü, hətta qucaqlaşıb öpüşdülər. Bizimlə də
salamlaşdı və sonra hamımız maşınlara minib yenidən Xankəndinə,
TK-nə qayıtdıq.
Viktor Petroviç və Boris Nikolayeviç kabinetə girdilər. Mən
isə qəbul otağında gözləməli oldum. Xeyli vaxtdan sonra, təxminən
bir saatdan sonra Polyaniçko otağa çağırıb məni təqdim etdi:
Boris Nikolayeviç, bu gənc polkovnik Mamedovdir, yeganə
azərbaycanlıdır ki, biz səninlə Əfqanıstanda necə vuruşmuşuqsa,
o da bizimlə burada erməni banditlərinə qarşı elə mübarizə aparır,
B.N.Qromov məmnun halda mənə əl uzatdı və işarə ilə əyləşməyimi
bildirdi. 
V.P.Polyaniçko söhbət əsnasında mənə bu görüş barədə heç
kimə, heç nə deməməyi tam məxfi saxlamağı tövsiyə etdi: ke çi ri -
lə cək tədbirlər haqqında heç kim, heç nə bilməməlidir. Hətta sə -
nin rəisin Kovalyov bil mə mə lidir. Tədbirlərin keçirilməsi və əmə -
liy yatla bağlı müşavirəni Ağdamda keçirmək məqsədə uyğundur.
“Düz dür, Mamedov”, – deyə sınayıcı baxışlarla məni süzdü, mən
də “ta mamilə doğrudur”, – dedim.
General Qromov məni diqqətlə süzüb, üzünü Polyaniçkoya
çe virdi: “Он как похож на Саддама Гусейна (O, Səddam Hüseynə
ne cə oxşayır)” – dedi. V.P.Polyaniçko cavab verdi ki, “Мамедов
сим пaтичнee, чем Саддам” (“Məmmədov Səddamdan ya ra şıq lı -
dır”). Bu sözə ikisi də güldü.
Günorta idi. B.Qromov yerindən qalxdı, “Daha vaxtdı, ge -
dək”, – dedi. Mən V.P.Polyaniçkoya müraciət etdim ki, bəlkə
nahar üçün Ağdama, ya da Şuşaya gedək? Qromov bu təklifdən


101
Tanı oğlunu, Vətən!
imtina etdi: axşam Moskvada olmalıyam və vəziyyəti SSRİ Daxili
İşlər naziri Boris Karloviç Puqoya məruzə etməliyəm” – dedi və
öz minnətdarlığını da bildirdi.
Biz onu Xocalı hava limanından Gəncəyə yola saldıq. Maşına
əyləşəndə Polyaniçko məni yanına çağırdı və bir də bərk-bərk
tap şırdı ki, bizim bu tədbirlərimiz barədə sən, mən və nazir Əsə -
dov dan başqa kimsə bilməməlidir. Və sonra əlavə etdi: “Мы этих
армян (söyüşlə) ....., и ты будешь героем своего народа (“Biz
bu erməniləri... və sən öz xalqının qəhrəmanı olacaqsan”)”.
Həmin hadisədən iki gün keçmişdi
ki, respublika DİN-nin növbətçi his sə -
sin dən VÇ telefonu ilə mənim Ağ dam
Da xili İşlər şöbəsinə gəl məyimi və 10-
cu ya zəng et məyimi çatdırdılar (10-cu
Dİ naziri Məhəmməd Əsə do  vun çağırış
pa rolu  idi).
Şöbədə növbətçi məni nazirlə ca -
laş dırdı. 
Telefonda generalın ilk sualı bu
ol du: 
– Hardasan?
– Ağdamda, cənab nazir. 
– Səhər saat 10-da Bakıda, yanımda ol.
Zəng bitdi. Narahatlığım, həyəcanım bir az da artdı. Görəsən,
nazir onu niyə təcili Bakıya çağırır? Bəlkə görüş barəsində ona
nəsə deyiblər?
Ziddiyyətli, narahat düşüncələr içində 1991-ci il mayın 8-
də, səhər saat 9.30-da artıq Bakıda, nazirin qəbul otağında idim.
Nazir otağa daxil olan kimi, mənimlə salamlaşdı, əliylə “gəl içəri”
işarəsini verdi və köməkçisi Ənvərə dedi ki, bizə çay versin.
General Məhəmməd Əsədov


102
Tanı oğlunu, Vətən!
Bir az özümə gəldim... Öncə Dağlıq Qarabağ Muxtar Vi la -
yə tində əməliyyat şə raiti haqqında nazirə məruzə etdim. Və ziy yə -
tin son dərəcə mü rəkkəb və çox ağır olduğunu xro no loji ardıcıllıqla
xa tır lat dım:
– 1 may 1991-ci ildə Hadrut rayonunun Tuğ kəndində “UAZ-
469” markalı avtomaşının partladılması nəticəsində 3 nəfər həlak
olub; 
– 2 may 1991-ci ildə Füzuli rayonundan Tuğ kəndinə gedən
“UAZ-469” markalı 30-78 AQA nömrəli maşın ermənilər tərəfindən
vurulmuş və 1 nəfər azərbaycanlı ağır yaralanmışdır. Ağdam ray-
onunun Gülablı kəndində 1 nəfər azərbaycanlının ermənilər
tərəfindən odlu silahla qətlə yetirilmişdir; 
– 3 may 1991-ci ildə Hadrut rayonunun Yuxarı Fərəcli kəndi
yaxınlığında yerləşən mühafizə postunda 1 nəfər qətlə yetirilmiş
və 2 nəfər isə yaralanmışdır... Digər faktları da qeyd dəftərimdən
oxudum.
General axıracan məni diqqətlə dinlədi: “Sadir, narahat olma,
bu yaxınlarda erməni ekstremistlərinin anasını ağladacağıq, –
dedi. Bütün Qarabağda və ermənilər yaşayan ərazilərdə pasport
rejimi üzrə tədbir keçirmək istəyirik, sənin nə təklifin var? – deyə
soruşdu. 
– Cənab general, bunu çoxdan etmək lazım idi. Çünki
cəzasızlıq daha ağır cinayətlərə səbəb olur. Artıq ermənilərlə
başqa cür davranmaq mümkünsüzdür, – dedim. 
O, dərhal telefonun düyməsini basıb, 1-ci müavini, general-
mayor Ramiz Xosrov oğlu Məmmədova tapşırıq verdi: “Sadir
gəlir sənin yanına, dislokasiya ilə bağlı nə varsa, onunla məsləhətləşin.
O, bu gün qayıdacaq. Sonra üzünü mənə tutub: “mayın 10-dan
sonra, Ağdamda görüşənə qədər”, – dedi və mənimlə xudafizləşdi. 
General Ramiz Məmmədovla məsləhət-məşvərətimiz təxminən
iki saat çəkdi.


103
Tanı oğlunu, Vətən!
Elə həmin günün axşamı Xankəndinə qayıtdım. Dağlıq Qa -
ra bağ Daxili İşlər İdarəsinin növbətçisi Mədətyan mənə dedi ki,
cə nab polkovnik, sizi TK-nin sədr müavini Radayev Matvey İva -
noviç axtarır. Kabinetimdən Radayevə zəng etdim. Yanına çağırdı.
Biz onsuz da kabinetdə gecələyirdik. M.İ.Radayev dedi ki, sabah
gün orta radələrində Ağdamda, komendantlığa Rostovdan yüksək
çinli zabitlər gələcək. Göstəriş var ki, onları sən qar şılamalısan.
Özü də bu göstəriş Polyaniçkonundur. 
Gecəynən Ağdama getdim.
11 may 1991-ci ildə səhər tezdən Ağdam hava limanında
ver tolyotdan bir polkovnik və ştat formasında, rus millətindən
olan iki nəfər endi. Mən onları komendantlığa (Ağdamda, internat
mək təbdə yerləşirdi) gətirdim. 
Həmin polkovnik özünü Popov İvan Vasilyeviç kimi təqdim
etdi (son ralar bildim ki, onun soyadı Popov deyilmiş). Rostov
şəhərindən gəl mişdilər. B.N.Qromovun adamları idilər – nəzərdə
tutulan əməliyyat təd birlərini hazırlamaq üçün gəlmişdilər. 3 gün
onlarla məşğul oldum və nəticəsi barədə Polyaniçkoya və Əsədova
məruzə etdim. 
1991-ci il mayın 12-də Ağdamda Məhəmməd Əsədovun və
rusiyalı (Moskva və Rostov şəhərlərindən gəlmiş) hərbçilərin
iştirakı ilə geniş əməliyyat müşavirəsi keçirildi. Müşavirəni nazir
M.Əsədov özü aparırdı. Gündəmdə Dağlıq Qarabağ və ona həm -
sər həd rayonların ərazisində fəaliyyət göstərən cinayətkar qrupların,
er məni silahlı birləşmələrinin zərərsizləşdirilməsi idi. Mənim və
bir neçə rayon nümayəndələrinin çıxışları dinlənildi. Sonda təd -
bir 
lərin həyata keçirilməsi üçün 6 istintaq – əməliyyat axtarış
qrup ları  yaradıldı: 
1-ci Xankəndi qrupu (Stepanakert), 2-ci Şuşa qrupu (Şuşa
və Laçın RDİŞ-ləri) qərargah Laçında yerləşirdi), 3-cü Cəbrayıl
qrupu (Cəbrayıl RDİŞ və Hadrut RDİŞ daxil idi), 4-cü Füzuli


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə