Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

86
Tanı oğlunu, Vətən!
Ertəsi gün nahar vaxtı idi, Polyaniçko mənə sual verdi ki,
Mamedov, bilirsənmi nə üçün Dadamyanı tutub buraxdıq? Və
dərhal da özü cavab verdi ki, buna siyasi avantüra deyirlər. Artıq
bundan sonra o, Stepanaketdə və hətta Ermənistanda yaşaya
bilməz. Da dam yan kimiləri ilə ancaq bu cür davranmaq lazımdır
ki, ekstrimist fəaliyyətlə məşğul ola bilməsinlər və Qarabağ
ermənilərini dinc buraxsınlar.
Eləcə də Z.Balayanın, R.Köçəryanın və başqa ekstremist
ide oloqların dilindən yazılı izahatlar alındı, sonuncu dəfə xə bər -
darlıqlar edildi. “Onlar doğrudan da, bir müd dət şəhərdən çıxıb
getdilər. Təəs süf ki, Moskva bu ter ror çu ların, milllətçi ideoloqların
əlini-aya ğını vaxtında yığmadı. Əksinə, gö zəgörünməz qüvvələr
tərəfindən himayə edilir dilər. Axırı nəyə gəlib çıxdı – ha mınız
yaxşı bilirsiniz” – deyərək pol kovnik susdu...


87
Tanı oğlunu, Vətən!
XANKƏNDİNDƏ, DÜŞMƏNLƏRİN 
ƏHATƏSİNDƏ
u____________________________________________
O
nun DQMV Daxili İşlər İdarəsinə rəis müavini vəzifəsinə
təyin olunması məsələsi ortaya çıxanda general M.Əsə -
do va qətiyyətlə bildirilir ki, “ermənilərin öhdəsindən yalnız Sadir
Məm  mə dov gələ bilər, başqa adam Stepanakertdə baş çıxara bil -
məz. Çün ki ona Dağlıq Qarabağın hansı ərazisində olursa-olsun,
verilən tap şırıqları layiqincə yerinə yetirir”. 
Daxili işlər naziri, general Məhəmməd Əsədov ona çox
inanırdı...
Əvvəla, Sadir əslən qarabağlı idi, torpağına, xalqına bağlı
vətənpərvər zabit idi. Qa ra bağın tarixini çox yaxşı bilirdi. Qarabağın
hər dağına-daşına, yo  luna-izinə yaxşı bələd idi. Atasını, nəslini-
nəcabətini vilayətdə yax şı tanıyırdılar.
AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor
Şakir Musayev qürurla bildirir ki, Sadir Məmmədov Xankəndində
qeyri-rəsmi olaraq təkbaşına dövlətimizi təmsil edirdi. Bu statusu
özü qazanmışdı. Camaat qapılarına gedirdi ki, onu Xankəndinə
getməkdən saxlasınlar. Deyirdilər ki, “ay Sadir, daha getmə, Saray
xalanın (Sadirin anası) arvad-uşağın gözü yollardan yığılmır.
Ölümə gedirsən...
O isə sakitcə əlini yelləyirdi, üstü çadırlı “Vilis”inə (“UAZ-
69”) minib Xankəndinə işə gedirdi. Gəlməyi ilə getməyi bir
olurdu...


88
Tanı oğlunu, Vətən!
Ona deyəndə ki, ehtiyatlı ol, erməni xain, qəddar, qansız
düşməndir. Sən də onların içindəsən, sənə xata toxundura bilərlər.
Qana susayıblar, səni öldürə bilərlər – onun cavabı bu olurdu:
“Erməni qələt eləyir...”
Sadirin Xankəndində olmağı camaatımızda da bir arxayınlıq
yaratmışdı. Nə qədər ki, Sadir Xankəndindədir, erməninin cürəti
çatmaz. “Ordan” xəbəri, özü də ən dürüst məlumatı ondan göz lə -
yir dilər. Yalan xəbərlər, şayiələr adamları çaşbaş sal mış dı. El-oba -
nın Sadirə inamı və məhəbbəti o qədər güclü idi ki, səbirsizliklə
onun gəlişini gözləyirdilər. Gecə-gündüz dua eləyib: “ay Allah,
Sa dir gəlsin, bir xəbər söyləsin”, – deyirdilər. Sadir Qa rabağda
baş vermiş hadisələrin canlı barometri idi”.
“Qarabağ” qəzetinin baş redaktoru Çingiz Tofiqoğlu (İsmayılov)
o zaman DQMV partiya komitəsində təlimatçı işləyirdi. Çingiz
müəllim deyir: Sadirin vilayət Dİİ-nin müavini vəzifəsinə təyin
olunduğunu eşidəndə həm çox sevindim, həm də təəccübləndim.
Ondan  so ruş dum:
– Bu “qaynar qazana” niyə düşürsən?
Dedi:
– Özüm istədim.
Onunla mütəmadi olaraq görüşərdik. Nahar vaxtı çatanda
həmişə zəng edərdi: “düş aşağı”.
Naharımızı Şuşada edirdik. 
Ağdamda, “Armudun dibi” deyilən yerdə maşınını saxlayıb
məni də götürərdi Xankəndinə qayıdardıq”...
Ermənilərin fitnə-fəsadı, azğınlığı o qədər artmışdı ki, Xan -
kən dində artıq sərbəst gəzib dolaşmaq mümkün deyildi. Şəhərdə
azər baycanlıları girov götürürdülər, öldürürdülər, evlərə xaincəsinə


89
Tanı oğlunu, Vətən!
bas 
qınlar edirdilər. Sadirin özü də dəfələrlə hücuma məruz
qalmışdı.
Onun özünü də daim izləyirdilər, təqib edirdilər. Dəfələrlə
ar xasınca düşüb maşınını gülləyə tutmuşdular. Vallah, anası onu
xoş bəxt ulduz altında doğmuşdu.
Sadir Məmmədovun kabineti şəhərdə azərbaycanlıların bəlkə
də yeganə və son sığınacaq, ümid-pənah yeri idi. Ermənilər tə rə -
fin 
dən gi 
rov götürülmək təhlükəsi ilə üzləşəndə qaçıb onun
kabinetinə girirdilər. O, neçə adamı xilas edibdir...”
Hüquq elmləri doktoru Habil Qurbanov Sadir  Məm mə do -
vun Xankəndində o çətin, ağır günlərinin şa hi di dir:
“Artıq vəziyyət o yerə çat mış dı ki, “heç kim Xankəndinə
gedib-gə lə bilmirdi. Yol təhlükəli idi. Ona qarşı sui-qəsdlər olurdu.
Də fə lərlə maşınını atəşə tut muş du lar. Sürücüsü Mehman avtomatı
ya nında gəzdirirdi, deyirdi ki, mən burdan çıxa bilmərəm. Mən
bu rda ölkəni, Azərbaycanı təmsil edirəm”.
Xocalı sakini, ixtisasca me mar olan Xəlil Vəliyev deyir ki,
“Qa rabağda hər an, hər dəqiqə ölümlə üz-üzə dayanan adam la rı -
mız çox olubdur. Onlardan biri və birincisi milis polkovniki Sadir
Məm mədov idi. Girov götürülən azər baycanlıların azad edilməsi
üçün o, canından və qanından belə keçirdi. Həmişə də məqsədinə
ça tırdı”.
Polkovnik Xankəndində yalnız xidməti vəzifəsini yerinə ye-
tirmirdi, vətənə oğulluq, vətəndaşlıq borcunu ödəyirdi. Qarabağ,
Şu şa, Xankəndi savaş mey da nıydı.
Əsgəran rayon milis şö bə sinin rəis müavini Teymur Ma naf
oğlu Manafovun təbiri ilə desək, Sadir əslində bu döyüş mey da -
nın da tək qalmışdı. Ermənilər yol ları bağlamışdılar. Artıq bizə kö -
mək də azalmışdı. Sadir mü əllim yuxarılara zəng edib kömək
tələb edirdi, ancaq bir nəticə hasil olmurdu. Şuşaya, onun yerinə


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə