Final asas Макет 1


Tanı oğlunu, Vətən! Şuşa. 1990-cı il



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

67
Tanı oğlunu, Vətən!
Şuşa. 1990-cı il


68
Tanı oğlunu, Vətən!


69
Tanı oğlunu, Vətən!
ra man Abbasovanın köməyi ilə Ağdamdan 70 “Ural” markalı hər -
bi maşınlarla ot-ələf gətirilir. 
Kirsdən Şuşaya gələn su kəməri partladılmışdı. Xeyli əmək
çəkməli oldular. Rəis şəhər sakinlərini səfərbər etdi, qısa müddətdə
kəmər bərpa olundu və şəhərə su verildi.
Xalq çaşqınlıq içindəydi. Bakıda isə hakimiyyət davası qı -
zış mışdı... Güc strukturları arasında əlaqələr zəif idi. Erməni se -
pa ratçılığına qarşı mübarizə ciddi, mütəşəkkil və sistemli şəkildə
apa rılmırdı.
Onun Qarabağda, Şuşada olmasından dost sevinirdi, qarı
düşmən isə kədərlənirdi.
Vaqif İmanov (tələbə yoldaşı) məktubunda yazırdı ki, “ən
çə 
tin günlərdə Qarabağda öz camaatımızın içində olmağın,
sərkərdəlik etməyin əsl qeyrət, kişilik işarəsidir. Yaxşı ki, bu çətin
günlərdə öz yurdundasan, yoxsa Vətən, torpaq küsüb inciyəndir.
Vətən dar gündə öz oğullarını haraylayır. Qeyrətinə, hünərinə
qibtə edirəm”.
Qarabağda vəziyyət artıq öz məcrasından çıxmışdı. Hər şey
qarışıq və dolaşıqdı ki, kimin kim olduğu bilinmirdi. Gənc rəis
bilmirdi – burda kimə arxalanasan, kimə etibar etsin. 
Bir dəfə general M.Əsədov özü də etiraf etmişdi ki, Bakıdan
göndərilən milis zabitləri burda (Qarabağda – R.K.) çox qərar
tutmur, 2-3 ay işləyəndən sonra müxtəlif bəhanələrlə oranı tərk
edirlər.
Saqqallı separatçılar Qarabağın Azərbaycan kəndlərini,
qəsəbələrini mühasirəyə alıb, atəşə tuturdular, qanlı terror aktları
törədirdilər.
Xankəndi Bakıya tabe olmurdu. Ağdam – Şuşa, Laçın –
Şu şa yolu təhlükəli və qorxulu idi, gediş-gəliş, demək olar ki,


70
Tanı oğlunu, Vətən!
kə sil miş di. Şuşaya getmək, Şuşada qalıb işləmək mümkünsüz
ol muş du.
Şuşaya gəlib-gedən sərnişin avtobusları, minik maşınları
atəşə tutulurdu. Fransadan, Livandan, Suriyadan Qarabağa erməni
terrorçuları, ekstremistləri axışıb gəlirdi – qabağını alan yox... 
Belə bir şəraitdə profilaktik tədbirlər görmək, əməliyyat-
istintaq tədbirləri həyata keçirmək mümkünsüz hala gəlmişdi.
Prosedura görə, onun DQMV Dİİ-nin rəisinə təqdim edilməsi
nəzərdə tutulsa da, Şuşaya vertolyotla uçmalı oldu.
Qarabağda azərbaycanlı əhalinin təhlükəsizliyini, hüzurunu
təmin etmək, asayişi qorumaq günü-gündən çətinləşirdi. Qatı
daşnak və millətçi R.Tumanyantsın rəhbərlik etdiyi Vilayət Daxili
İşlər İdarəsində vəzifədə bir nəfər də olsun azərbaycanlı qalmamışdı.
Za man-zaman azərbaycanlı kadrların yerinə erməni kadrları yer -
ləş dirilmişdi. 
Şuşa milis şöbəsində ilk iş günü şəxsi heyətin problemləri
və qayğıları ilə tanışlıqdan başladı. Rəis müavinləri Vahid Bayramov
və Eldəniz Quliyevlə birgə iş rejimini yenidən qurub, əməliyyat
şəraitini təhlil edir və şəxsi heyətlə tanış oldu.
Şuşa xaosun, nizamsızlığın içində, müharibə alovları altında
bir ada kimi qalmışdı. Vəziyyət polis zabitindən fərq li davranış,
fərqli fəaliyyət və yaşam üslubu tələb edirdi və anlayırdı ki, bura
nə Buxaradır, nə də Bakı...
O, yaxşı anlayırdı ki, yalnız Şuşa əhalisi ilə əl-ələ verib güc -
ləri sə fər bər etməklə, düşmənin xain təxribatlarına, emosiyalara
uy madan, ayıq-sayıqlığı əldən vermədən, bir çox təhlükələri müəy -
yən qədər sovuşdurmaq olar.


71
Tanı oğlunu, Vətən!
Öncə şəhərdə və vilayətdə durumun təhlilini apardı, şəxsi
heyətin maddi-texniki imkanlarını nəzərdən keçirdi. 
Şəhər sakinlərinin əhval-ruhiyyəsi ilə, şəhərin ictimai-siyasi
hə yatı, mövcud kriminal durumu ilə yaxından maraqlandı. Şəhər
nü mayəndələri ilə söhbətlər apardı. Kor ehtirasların qızışdığı bir
dö nəmdə, kütləvi etiraz aktlarının aşıb coşduğu bir vaxtda səbrli,
ağıl lı hərəkət etmək tələb olunurdu...
“Şuşa” qəzetinin 1990-cı il tarixli 454-cü sayını vərəqləyirik:
“DQMV və onun ətrafında baş verən hadisələr rayonda əməliyyat
şəraitini xeyli çətinləşdirmişdi. Lakin daxili işlər şöbəsinin əmək -
daş ları isə məsuliyyət hissi ilə yanaşmışlar. Hər bir hadisə diqqətlə
araş dırılmışdır, ən başlıcası isə odur ki, hadisələrdən ibrət dərsi gö -
türülür. Təşkilati və profilaktiki tədbirlər vaxtında həyata keçiri lir.
Çox sevindiricidir ki, ən kəskin anlarda belə, vəziyyətə nə -
za rət edilmiş, baş verə biləcək mümkün halların qarşısı vaxtında
alın mışdır. Şəxsi heyət milli zəmində baş verə biləcək cinayətkarlıqla
mü barizədə əməliyyat mövqelərini möhkəmləndirməyə nail ol -
muş dur”.
Şəkildə (soldan): Vahid Bayramov, Eldəniz Quliyev, Sadir Məmmədov 
və Mikayıl Gözəlov. 1989-cu il, 10 noyabr


72
Tanı oğlunu, Vətən!
Qış ayı idi. Ağa körpüsündə ermənilərlə Xüsusi İdarənin nü -
ma yəndələri görüş təyin edilmişdi. Görüşə ermənilər silahlanıb
gəl mişdilər. Emosiyalar qızışmışdı. Vəziyyət təhlükəli hal almışdı.
Hərb çilərə çox da etibar etmək olmazdı. Təxribatlar ola bilərdi.
Sa dir Məmmədov cəsarətlə, inamla insan axınının qabağına çıxıb,
aranı sakitləşdirdi.
O, yalnız Şuşa rayon polis şöbəsinin rəisi kimi fəaliyyət
göstərmirdi, həm də bütün Qarabağın hüquq-mühafizə işlərinə
məsuliyyət daşıyırdı.
Malıbəyli kəndində ermənilərlə toqquşma olmuşdu.. Sürücüsü
və şöbənin əməkdaşı Sadiq Mədətovu və starşina Asif İbrahimovu
götürüb, təcili Malıbəyliyə getdilər. Armenavan yaşayış məntəqəsində
ermənilər yolu bağlamışdılar. Çox çətinliklə Xankəndindən keçib
Malıbəyliyə çatırlar. Malıbəylidə nisbi sakitlik yaradıb, gecə saat
4-də Şuşaya qayıtdılar.
1989-cu il oktyabrın 7-də Qaladərəsi və Göytala kəndləri
arasında Laçın rayon sakini Rza Sadıqov rus hərbçiləri tərəfindən
qətlə yetirilmişdi. AXC (Azərbaycan Xalq Cəbhəsi) Laçın şöbəsinin
sədri Arif Paşayevi isə həbs edib, Stepanakertə aparmaq istəyirdilər. 
Hərbçilərlə uzun, gərgin danışıqlardan və mübahisələrdən
sonra A.Paşayevi azad etməyə və meyiti isə geri almağa müvəffəq
oldular.
1989-cu il 27 oktyabrında general Safonovla gizli əməliyyat
ke çirib Qaladərəsi, Kirov, Yexsahoğ, Daşaltı və Onverst kəndlərinə
er mənilərin silah daşımalarının qarşısı alındı. O, separatçılara qar -
şı əmə liyyatlara rəhbərlik edir, özü də bu əməliyyatlarda iştirak
edir  di.
Şuşada onunla bir yerdə işləmiş polkovnik – leytenant
Güloğlan Şahmurad oğlu Məmmədov deyir: “Sadir Məmmədovun


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə