Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

77
Tanı oğlunu, Vətən!
Həsənabadda, həbsxanada xüsusi kameralara salınan erməni
quldurlar az sonra SSRİ Daxili İşlər Nazirliyinin mühafizəsinə
ve rilirdi. Hətta onların Azərbaycanın əməliyyat işçiləri tərəfindən
din dirilməsinə icazə verilmirdi.
Həmin dövrün qısa qanlı salnaməsi dediyimizin təsdiqi ola
bilir:
8 aprel 1991-ci ildə SSRİ DİN Daxili qoşunlar idarəsi rəisinin
müavini, polkovnik V.Blaxotin, batalyon komandiri O.Larionov
pusquya düşüb erməni saqqallıları tərəfindən öldürüldülər.
Şuşa–Ağdam yolu ilə gediş-gəliş qorxulu olmuşdu. Şəhərə
gəlib gedənləri Şuşa milisi müşayiət etməli olurdu. 
26 yanvar 1990-cı il. Ağdamdan Şuşaya gələn maşın karvanı
gülləbaran edildi. Maşınlardan biri yandırıldı, 3 azərbaycanlı isə
yaralandı. 
Elə həmin gün daha 6 avtomaşına quldur basqını oldu.
Laçın–Şuşa yolu da ən qorxulu, təhlükəli nöqtələrdən biri
idi. Erməni kəndlərinin əhalisi yolboyu talanla-qarətlə məşğul
olur, qanlı qətllər törədirdilər. Jurnalist Salatın xanım Əsgərova
burada – Laçın-Şuşa yolunda xaincəsinə qətlə yetirildi.
7 yanvar 1990-cı ildə Kərkicahana hücüm zamanı ermənilər
geri otuzdurulur. Bu döyüşdə rəis başda olmaqla Şuşa milis
şöbəsinin şəxsi heyəti şücaət və fədakarlıq göstərdilər.
15 yanvar 1990-cı ildə ermənilər tərəfindənKərkicahanda üç
azərbaycanlı qətlə yetirilir. Terrorçulara qarşı əməliyyat planı
hazırlanır. Atışma zamanı 6 erməni terrorçu məhv edilir, 8 nəfəri
isə yaralanır. Bütün bu əməliyyatlara Sadir Məmmədov özü təşkil
edirdi. Ona görə də o ermənilər tərəfindən mütəmadi təqib olu -
nur du.


78
Tanı oğlunu, Vətən!
1991-ci il sentyabrın 25-də Əsgəran rayonunda Ağbulaq
kəndi atəşə məruz qalır. Milis əməkdaşlarından Mehdiyev şəhid
olur, Qarayev isə ağır yaralanır;
Xankəndi ərazisində sərnişin avtobusu atəşə tutulur, sürücü
Zeynalov həlak oldu, ikinci sürücü A.Əliyev yaralanır, vilayət
prokurorluğunun müstəntiqi S.Səfərov aldığı yaradan yerindəcə
dünyasını dəyişir. 
Şuşa rayon daxili işlər şöbəsi mövcud vəziyyətlə əlaqədar
funksiyasını dəyişmişdi. Şuşa milisi bilavasitə şəhərdə, rayonda
asayişi, qanunçuluğu qorumurdu, əldə silah döyüşmək, girovların
azad edilməsi, ekstremist, separatçı ünsürlərin tutulub həbs olunması
da şöbənin işinə daxil idi.
Əməliyyat qrupunun, şəxsi heyətinin hər bir üzvü hər gün
bir döyüşçü kimi işə çıxırdı. Dəfələrlə mühasirəyə də düşmüşdülər,
girov götürülmək təhlükəsi ilə üzləşmişdilər, polkovnikin peşəkarlığı
və tədbirli olması nəticəsində sağ-salamat qurtulmuşdular. Elə
polkovnikin özünü də dəfələrlə girov götürməyə cəhd etmişdilər. 
Meşəli kəndinin ətraf kəndlərlə, şəhərlə əlaqəsi tamam
kəsilmişdi. Təpədən dırnağa qədər silahlanmış erməni kəndlərinin
əhatəsində, mühasirədə qalmışdı. Silahsız kənd camaatı qorxu-
təlaş içində yatıb dururdu. 
O, bu kəndin ölüm-dirim günlərində Sadir Məmmədov
Meşəliyə gedib gəlir, bəzən günlərlə orda gecələyirdi. İnsanlara
ürək-dirək verirdi.
2 yanvar 1990-cı il. Səhər tezdən şöbənin növbətçisi Sadir
Məmmədova məruzə etdi ki, ermənilər Ağdamdan Şuşaya gələn
avtobusları Stepanakertin çıxışında saxlayıblar və azərbaycanlı
sərnişinləri girov götürmək istəyirlər.
Sadir Məmmədov şəxsi heyəti və hərbi komendantı ayağa
qaldırıb, əməliyyat qrupu ilə hadisə yerinə gəlir. 


79
Tanı oğlunu, Vətən!
Ermənilər qış imtahan sessiyasına gələn Azərbaycan Dövlət
Pedaqoji Universiteti Şuşa filialının tələbələrini girov götürüb,
Stepanakertə aparmağa çalışırdılar. Rəis xidməti silahından atəş
açıb, ermənilərə qarşı əks-hücuma keçmək əmrini verdi. Atışma
xeyli çəkdi. Milis serjantı Namiq Qurbanov bir neçə erməni
yaralamışdı. Ermənilər qorxub qaçmağa başladılar... 
25 tələbə müxtəlif dərəcəli xəsarətlər almışdı. Üç avtobus
isə yandırılmışdı...
İlqar Hümbətov həmin hadisələrin şahididir: “Şuşaya gedən
avtobusları müşayiət edirdik. Ermənilər avtobuslara hücum edir,
daşa-sopaya tuturdular. Gülləyə-atəşə basırdılar. Rus əsgərləri
ciddi müdaxilə etmir, er 
mə 
nilərin həyasızlıq etmələrinə şərait
yaradırdılar.
Yanvarın 2-si idi. Məhəmmədin avtobusunu Ərmiravanda
gülləyə basdılar. Erməni deputat yol qırağında tərbiyəsiz hərəkətlərini
tələbə qızlara göstərdi. Qan beynimə vurdu. Tapançanı qaldırıb
ni şan aldım. Köpəkoğlunun murdar cəmdəyinin nərildəyib necə
yı xıldığını  gördüm. 
Sadir müəllim cinayətin izini itirmək üçün avtobusu təmizlətdi,
gilizləri götürdü. Avtobusu buksirə qoşub şöbəyə gətirdi. Özümü
isə göz xəstəxanasına göndərdi. O məni xilas etdi.
Şuşa TV-yə hadisə ilə bağlı mü sahibə verdiyimi eşidəndə,
Sa 
dir müəllim adam göndərib verilişi dayandırdı, onun yerinə
türk musiqisi verdirdi. Ermənilər izimə düş müş dü lər. Hər yerdə
mə ni axtarırdılar. Rus hərbçiləri Şuşaya girişi, çıxışı nə zarətə gö -
tür müşdülər. 
Rəis öz əməkdaşlarını qoruyurdu, bir ata, böyük qardaş kimi
onları həmişə qanadının altında saxlayıb himayə edirdi”. 
Günahsız insanlarımız, qadınlar, uşaqlar xain erməni pusqusu-
nun, erməni terrorunun qurbanı olurdu...


80
Tanı oğlunu, Vətən!
Hadrut rayonunun Tuğ kəndində 15 yaşlı IX sinif şagirdi
qətlə yetirilmişdi. Nazir zəng edib Sadir Məmmədovun təcili
surətdə hadisə yerinə getməsini və nəticəsini ona məruzə etməsini
tapşırdı.
O, sürücüsü Əvəz kişini götürüb Şuşadan çıxdı, hadisə yerinə
yollandı. Martunidən (Xocavənd) keçəndə ermənilər maşını daşa-
sopaya tutdular, onları girov götürməyə cəhd etdilər. Füzulidən
keçib, çox çətinlikdən sonra Tuğ kəndinə yetişdilər. 
Yeniyetmənin cansız bədənini görmək, ananın qan donduran
fəryadını eşitmək dəhşət idi...
Bu acı xəbəri Füzuli rayon daxili işlər şöbəsindən nazirliyə
çatdıra bildi...
Xankəndində yaşayan azərbaycanlılar sıxışdırılır, kütləvi su -
rət də işdən qovulurdu. Bu işlərin başında duranlardan biri və bi -
rin cisi, təşkilatçısı və ilhamçısı, Stepanakert ipək kombinatının
di rektoru Robert Köçəryan idi (sonralar Ermənistan prezidenti ol -
du). 
Sadir Məmmədov danışır: “Kombinata, direktorun kabinetinə
gəldim, ondan azər bay can lıların kombinatdan, işdən çıxarılmasının,
qovulmasının səbəbini soruşdum. Erməni dığası ilə söhbət alınmadı,
yumruq davasına döndü. Milis əməkdaşı Valeri Babayan araya
girib, bizi araladı”.
Dağlıq Qarabağda azərbaycanlıların sayı azalmışdı. Onların
yerinə kənardan ermənilər kənd təsərrüfatı işlərində kömək adı ilə
gətizdirilir, pasport qeydiyyatına alınırdı. Ermənistan vətəndaşı
olan ekstrimistlərin, “boyevik”lərin hesabına əhalinin sayı süni
surətdə artırılırdı.
3 noyabr 1989-cu ildə Şuşa rayonu şöbəsinin şəxsi heyəti və
hərbi hissənin birgə iştirakı ilə 5 erməni kəndində (Qaladərəsi,
Kirov, Yeğsahoğ, Daşaltı, Onverst) pasport rejiminin yoxlanılması


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə