Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə19/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

81
Tanı oğlunu, Vətən!
adı altında gizli əməliyyat-axtarış tədbirləri hazırlandı. “Mİ-8”
vertolyotu Cıdır düzündə endirildi. Pasport qeydiyyatında olan 28
nəfər Ermənistan vətəndaşı olan yaraqlı həbs edildi, Şuşa rayon
milis şöbəsinə gətirildi.
Un, şəkər tozu kisələrində qumbara, odlu silah-sursat tutuldu.
Həmin vertolyot Ermənistanın Gorus rayonundam gəlmişdi.
Bu hadisədən xəbər tutan kimi, A.Volski və R.Tumanayants
ona zəng edir həbs olunanların Stepanakertə göndərilməsini tələb
edirdilər.
Polkovnik imtina cavabı verir ki, onlar cinayətkardırlar, ci -
na yəti də Şuşa rayonu ərazisində törədiblər və öz layiqli cəzalarını
almalıdırlar. 
Sağdan sola: Sadir Məmmədov, Natiq Talıbov, Maqbet Məhərrəmov
Tahir Kazımov və Vahid Bayramov


82
Tanı oğlunu, Vətən!
A.Volski kobud, əsəbi şəkildə ona Stepanakertə gəlməsini
tələb edirdi. “Nə vaxt siz Bakıya getsəniz, onda mən də Stepanakertə
gə lə rəm”.
General Safonov da, SSRİ DİN-nin yüksək çinli zabitləri də
Şuşaya gəlib, ermənilərin buraxılmasını tələb etsələr də, polkovnik
onları həbs dən buraxmırdı.
Bu cür ağır iş şəraitində iş lə mək, əsəbi, yorğun, qanqaraldan
dialoqlara, ermənilərin hədə-qorxu, təhdid dolu zənglərinə dözmək
asan deyildi. Belə hallarda Şuşa rayon XDS-nin sədri Mikayıl
Gö zəlov deyirdi ki, “Ay rəis, vallah, sən qurd ürəyi yemisən”.
“Arxalı köpəklər” – ermənilər isə Stepanakertdə icazəli, ra -
hat öz mitinqlərini keçirirdilər, Sadir Məmmədovun ünvanına hə -
də lər, söyüşlər yağdırılırdı. Ona ölüm hökmü də çıxarılmışdı, ba -
şı na pul da qoyulmuşdu. Gedişi-gəlişi izlənilirdi. 
Elə ki, şuşalılar Cıdır düzünə toplaşırdılar  – Volski o saat
Moskvaya çatdırırdı, Kremldə azərbaycanlıların qiyamçı, mənfi
Şuşa rayon XDS İcraiyyə Komitəsinin sədri M.Gözəlov və S.Məmmədov


83
Tanı oğlunu, Vətən!
obrazını yaradırdı. Şuşa əhalisi isə bir az əl-ayaq açan kimi, etiraz
səsini, haqq səslərini qaldıran kimi, sovet dövləti, sovet hökuməti
əleyhinə qiyam kimi qələmə verirdi. 
General Safonov da ona dəfələrlə ehtiyatlı və ayıq-sayıq ol -
ma sını məsləhət görürdü, deyirdi ki, ermənilərin planında onun
və Şuşa rayon ispalkomunun sədri Mikayıl Gözəlovun girov gö -
tü rül məsi  var. 
Mayor Xudabu İmanov xatırlayır ki, “bir dəfə Şuşadan gə -
lir dik, bizi bir neçə maşının izlədiyini hiss etdik. İdarəyə yaxınlaşdıqca
ar xamızca gələn maşınların sayı da artırdı. İdarəyə yüzlərlə erməni
hü cum çəkdi. Sadir müəllim qorxmaz milis işçisi kimi diplomatik
üsullarla  erməniləri  susdurub  sa kit ləş dir di”.
“Ağa körpüsü”. Mikayıl Gözəlov və Sadir Məmmədov general Safonovdan
(solda) təhlükəsizliyin təmin olunmasını tələb edirlər. 


84
Tanı oğlunu, Vətən!
O, türk qanına susamış erməni qatillərinin hədəfində idi. Ya -
zı çı-publisist, millət vəkili Aqil Abbas ona həsr etdiyi oçerkində
ya zırdı: “Onu hər saat terror gözləyirdi, hər saat ölüm gözləyirdi”.
Bu cür ha di sə lərdən birini də pol kovnik Sadir Məm mədov
özü bizə danışır: “Xocalının ic ra baş çısı Elman Məm mədovla ax -
şam iclasına, Pol ya niçkonun ya nına get mişdik. Bu zaman ota ğı
qranatomyotdan atəşə tut 
du 
lar. Şükür, ölüm olmadı, am 
ma
Polyaniçko bədən na hiy yə sinin bir neçə yerindən yaralanmışdı.
Onun  bədənini  şüşə  qı rın tı ları  kəs miş di.
Hər dəfə Allahın lütfü ilə ölümün caynağından qur ta rır dıq.
28 yanvar 1991-ci il ta 
rix 
də gecə saat 23.00-da V.P.Pol 
-
yaniçko çağırıb bildirdi ki, Xocavəndə basqın olub, atışma var və
bir qadın ermənilər tərəfindən öldürülüb. Ona görə təcili ora gedib
araşdırmaq və nəticəsini məruzə etmək lazımdır. 
Xocavənd kənd sakini Nəzərova Fənər öz həyətində təndirdə
çörək yaparkən erməni snayperi tərəfindən vurulmuşdu. 2 nəfər
kənd sakini – Əhmədov Cəlal Şirin oğlu və 12 yaşlı İ.Məmmədov
da atışma zamanı
ağır  ya ra lan mışdılar.
Ə m ə l i y y a t
mü vəkkili, milis ka -
pi tanı Mehman Hü -
sey novun  xa ti rə lə -
rin dən:  “Biz  (Sadir
Məm mədov və Meh -
man Hüseynov –
R.K.)  Xocavəndə
ça tanda atışma səs -
lə rindən qulaq tutu -
lur du. İşıqsaçan gül -
S.Məmmədovun gülləbaran edilmiş xidməti
“UAZ-69” avtomobili. 28.01.1991-ci il


85
Tanı oğlunu, Vətən!
lə lər gecənin zülmətində kəndə dolu kimi yağırdı. Özümüzü iti -
rmədik. Təcili olaraq qadınları və uşaqları təhlükəsiz yerə köçürtdük
və ermənilərin hücumunun qarşısını almaq üçün tədbirlər görməyə
başladıq. Uzaqdan bizim “UAZ” maşınını görən ermənilər mi-
naatanlara əl atdılar. Maşınımızın zədə aldığını gördükdə polkovnik
xüsusi cəldliklə sıçrayıb yaxınlıqdakı xəndəkdən cavab atəşi aç -
mağa başladı. Nəhayət, erməniləri geri oturda bildik. Sonra məlum
oldu ki, Xocavənd kəndinin iki sakini həlak olmuşdur. Yaralananlar
da var idi.”
Avtobazanın rəisi B.Dadamyanı bizimkilər girov gö türmüşdülər.
Zəng zəngin dalınca gəlirdi. SSRİ Ali Sovetinin sədri A.Lukyanov
da V.Polyaniçkodan onun təcili buraxılmasını təkid edirdi və de -
yir di ki, Mixail Qorbaçov bu hadisəyə görə çox əsəbidir.
V.Polyaniçko isə onun rüşvət üstündə ermənilər tərəfindən
oğur 
lan 
dığını deyirdi və telefonun dəstəyini yerinə qoyandan
sonra bizə izah edirdi ki, buna siyasi avantüra deyilir. Dadamyan
tapılıb buraxılmalı və şəhərə şayiə yayılmalıdır ki, o, azərbaycanlılara
işləyir.
Doğrudan da şayiə yayılandan sonra Dadamyanın vilayətdən
köçüb getməkdən başqa çarəsi qalmadı. Analoji tədbirləri Polyaniçko-
nun göstərişi ilə tez-tez həyata keçirirdik.
Sadir Məmmədov danışır ki, “Bu işi Polyaniçko təşkil etmişdi
– məqsəd girovları dəyişmək və xeyrimizə işləməsini təşkil etmək
idi. Polyaniçkonun tapşırığına əsasən Ağdamda Eldar Bağırovun
vasitəsilə Dadamyanı Qarın Vahid (ləqəbi) və “qara-qulaq” ləqəbli
şəxs mənə təhvil verdilər. Mən isə Hüseynov Mehmanla səhər
saat 5-də onu Ağdamda internat məktəbdə yerləşən hərbi ko men -
dant lığa təhvil verdik və şayiə yaydıq ki, Dadamyan Ağdamdakı
dost larına qonaq getmişdi”.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə