Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

90
Tanı oğlunu, Vətən!
yeni rəis təyin edilənə qədər (aprel-may ayı), Şuşa rayon milis
şöbəsi rəisi vəzifəsini də yerinə yetirməli oldu.
1990-cı ildə Dağlıq Qa ra bağ da Xüsusi İdarəni Təşkilat Ko -
 mi təsi əvəz etdi, amma onun da bir əməli xeyri olmadı. Demək
olar ki, Azər bay canın bütün nazirlikləri ilə birgə fəaliyyət göstərən
Təşkilat Komitəsi DQMV-də vəziyyətin sa 
bit 
ləş 
di 
rilməsi üçün
müəyyən işlər gör məyə başlamışdı. Xo calı sü rət lə tikilirdi. Sadir
Məmmədov Xo calının o vaxtını xa tır ladı: «O vaxt Xocalıda nə
qaz, nə işıq, nə çö rək, nə də iş var idi. An caq Xo calıda aparılan
güclü tikintilər, ya radılan infrastruktur nə ticəsində şə hər günbəgün
böyüməyə baş la dı. O vaxtkı respublika hö ku mə ti nin verdiyi qərara
görə 1990-cı ilin axırlarında Xocalıya ra 
yon və şəhər statusu
verildi. Bundan son ra Xocalıya güclü insan axını başlandı. Tikinti
sürətləndikcə nan kor və xain ermənilərin ter roru, hücumu, təcavüzü,
təxribatı da artırdı. Hər gün «Qrad» qur 
ğularından, iri çaplı
silahlardan və av 
tomatlardan Xocalı atəşə tu 
tulurdu. O vaxt
Xocalıda 23 saylı səy yar tikinti dəstəsinin rəisi, Ağ dam sakini
Tahir Məhərrəmov elə iş başında ermənilər tərəfindən qət lə yetirildi
və o şəhid oldu» («Təzadlar» qəzeti, 20 fevral 2015-ci il).
Lakin ermənilər hər vasitə ilə Təşkilat Ko mi təsinin fəaliyyətinə
qarşı sabotajlar təşkil edir və vilayətdə qanunçuluğun bərpa olun -
masına, işlərin sahmana düş mə sinə mane olurdular. TK-nın tə şəb -
büsü  ilə  Ba kı dan  vi layətə  gətirilmiş  yüklərin,  in şaat  ma te ri al la rı -
nın qə bul edil mə sinə də əngəllər törədirdilər.
Vilayətin 56 Azərbaycan kəndindən çoxusu boşalmışdı. Kö -
çən köçmüş, qaçan qaçmışdı. Yerində-yurdunda qalanlar isə pə -
na hını, ümidini Allaha bağlamışdı.
Sadir Məmmədov xalqın içindənki ümidsizliyi gördükcə,
duyduqca ürəyindən qara qanlar axırdı.


91
Tanı oğlunu, Vətən!
Azərbaycan milisi Qarabağda sayca azlıq təşkil edirdi, həm
də onun silah-sursat təminatı çox zəif idi. Milis forması geymiş
ekstremistlərin, muzdluların qarşısını “Makarov” tipli tapançalarla
almaq mümkün deyildi.
Kəndlərə basqınların, yandırılan, talan-qarət edilən evlərin,
əhalinin təhlükəsizliyi və asayişilə bağlı V.Polyaniçko və M.Radayev
qarşısında məsələlər qaldırılırdı. Çünki azərbaycanlı əhalinin mü -
ha fizəsi rus-sovet ordusunun daxili qoşunları tərəfindən qətiyyən
təmin olunmurdu. Azərbaycanlılar yaşayan kəndlərdə və qəsəbələrdə
milis bölmələrinin yaradılması təxirəsalınmaz vəzifə idi.
1990-cı ilin may ayı idi. Respublika Nazirlər Sovetinin sədri
Həsən Həsənov Xankəndinə gəlir. H.Həsənovun və V.Polyaniçkonun
iştirakı ilə geniş müşavirə keçirilir. Həmin müşavirədə polkovnik
də çıxış üçün söz alır, vilayətdə kriminogen vəziyyət barədə ətraflı
məlumat veriləndən sonra rəhbərlik qarşısında kəndlərdə milis
böl mə lərinin  yaradılmasının  vacibli yi ni  vurgulanır. 
Elə həmin müşavirədə Dağ lıq Qarabağın azərbaycanlı əha li -
sinin mühafizəsi üçün milis bölmələrinin yaradılması qərara alın -
dı.
General M.Əsədovun bi la va sitə dəstəyi və tələbkarlığı nə ti -
cə sində qısa müddətdə vilayət ərazisində 24 milis bölməsi yaradıldı.
Milis bölmələrinin yaradılmasına nazir M.Əsədov şəxsən özü
nəzarət edirdi. O, mütəmadi olaraq bölgəyə baş çəkirdi, on la rın
sosial, məişət problemləri ilə yaxından maraqlanırdı. Ma 
yor
Xudabu İmanov yazır: “Tale elə gətirdi ki, vilayət Dİİ-də kadr və
peşə hazırlığı üzrə inspektor vəzifəsində işləyəsi oldum. Kənd -
lərdə yaradılan milis bölmələrinin komplektləşdirilməsi işində
Sa dir müəlllimin rəhbərliyi ilə mən də iştirak etdim. 360 nəfərdən
çox azərbaycanlı gənc milis sıralarına daxil oldu.”
Sadir Məmmədov nazirin sərəncamlarının və tapşırıqlarının
lazımi səviyyədə icra olunmasına müvəffəq olur. Bu işdə DİN-nin


92
Tanı oğlunu, Vətən!
Kadrlar İdarəsinin əməkdaşı, milis mayoru Məmmədrza Talıbovun
yaxından köməyinin olduğunu xüsusi qeyd edir:
“Xocalı, Kərkicahan, Kosalar, Turşsu, Meşəli, Cəmilli, Ma -
lı bəy li, Umudlu, İmarət-Qərvənd, Sırxavənd, Qaradağlı, Axullu,
Xo cavənd və başqa kəndlərdə, qəsəbələrdə milis bölmələri fəaliyyətə
başladı. 556 nəfərlik ştat cədvəli alındı. Bu, o dövr üçün az qüvvə
deyildi. 724 nəfər azərbaycanlı bölmələrdə işə götürüldü. Ali
milis məktəblərinə azərbaycanlıların qəbul edilməsi üçün razılıq
da alındı. 14 nəfər azərbaycanlı DQMV Dİİ-inə işə qəbul olundu.
Çünki bu idarədə işləmiş azərbaycanlılar etnik təmizləmə nəticəsində
tamam ermənilərlə əvəzlənmişdi”. 
Qarabağda qanlı-qadalı hadisələrin bir-birini əvəz etdiyi, ni -
zam-düzənin pozulduğu, kriminal durumun gərginləşdiyi bir vaxtda
vi layət daxili işlər orqanlarında məqsədyönlü, sistemli kadr si ya -
sə tini həyata keçirmək çox çətin idi. 
Qarabağın ermənilərin məskunlaşdığı, yaşadığı ərazilərdə
istintaq-əməliyyat tədbirlərini həyata keçirmək çətinləşmişdi və
təhlükəli idi. Vilayət hərbi komendantlığı əməliyyatların keçirilməsinə
nəinki kömək etmirdi, əksinə, hər vasitə ilə açıq-aşkar buna mane
olurdu. 
Qeyd etdiyimiz kimi, Azərbaycan milisinə xidməti tapançadan
baş  qa silah verilmirdi. Lakin bu cür çətinliklərə, sosial mə hru -
miy  yətlərə baxmayaraq, əməkdaşlar öz işinin öhdəsindən fədakarlıqla
gə lirdi, öz xidməti borcunu şərəflə, ləyaqətlə yerinə yetirirdi.
Sonralar Respublika Nazirlər Sovetinin qərarına əsa sən və
Daxili İşlər nazirinin təkidi ilə istintaq-əməliyyat işi üçün əməkdaşlara
məhdud sayda avtomat silahlar ayrıldı...
S.Məmmədov deyir: Mən DQMV Dİİ-nin rəis müavini təyin
ediləndə həmin idarənin özündə bir nəfər də olsun azərbaycanlı
əməkdaş qalmamışdı. Bununla yanaşı Xankəndi (Stepanakert),


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə