Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

54
Tanı oğlunu, Vətən!
Bakıda hər şey –
münasibətlər, davranış,
iş  rejimi  Öz bə kis tan -
dakından xeyli fərq liy -
di. Bu fərqi özü də söh -
bət lərimizin  bi rində  eti-
raf edir: “Öyrəndiyimiz
üsul ları,  şəxsi  xa rak -
ter lər Özbəkistan, Mos -
kva mühiti çox fərqli
idi. Burada hər şeydən
əvvəl xidməti iş tə ləb -
kar lığı, şəxsiyyətə hör -
mət edib, baş əymək
bi 
rinci, qalanları isə
ikin  ci  dərəcəli  mə sə lə -
lər idi. Əgər bu qayda -
la ra əməl etməsən, gə -
lə cəyin və perspektivin
yox dur” 
Bakıda yeni şə 
-
rai tə  və  fərqli  mü na si -
bət 
lərə öyrəşməli idi.
İlk növbədə respublika-
da kriminal mü hiti ya -
xın dan  ta nı ma lı  idi  –
başqa yolu yox idi. On
illər boyu Azərbaycan
polisinin öz iş, üslubu
formalaşmışdı.
Bakı Xüsusi Orta Milis Məktəbi. 
1984-1985-ci illər.


55
Tanı oğlunu, Vətən!
Sadir Məmmədov yeni iş şəraitinə də, istintaq-əməliyyat
mühitinə alışdı, tapşırıqları vaxtında və layiqincə yerinə yetirməyə
çalışırdı. Özbəkistanda, Moskvada qazandığı zəngin iş təcrübəsi
və nəzəri hazırlıq karına gəlirdi. Müxtəlif səpkili cinayət faktlarının
araşdırılmasında iştirak edirdi.
Cinayətkarlar dirilərdən qurtarıb, ölülərə girişmişdilər. Azər -
bay  canın bir çox  yerlərində  göreşənlik hadisələri çoxalmışdı.
1987-ci ilin əvvəllərindən başlayaraq Yevlax, Ağdam, Qəbələ
(Qut qaşen), Oğuz (Vartaşen), Şəki, Zaqatala, Ağcabədi, Kürdəmir,
Şa maxı rayonlarının ərazisində qəbirlər açılır, ölülərin dişləri sö -
kü lüb götürülürdü.  Bu, əlbəttə, xalqımıza, dinimizə  və mə nə viy -
ya tımıza  uyğun hərəkətlər deyildi. Utanc gətirən hadisələr və hal -
lar idi.
“1987-ci il iyunun 9-da DİN-in Cinayət Axtarışı İdarəsində
9-cu şöbənin rəis müavini, milis mayoru Raylis Əliyev məni ka bi -
ne tinə dəvət edərək bildirdi ki, Mirbəşirə (Tərtər) getməlisən. Or -
Bakı Milis Məktəbində.1985-ci il


56
Tanı oğlunu, Vətən!
da mən DİN CAİ-nin rəisi, polis polkovniki Əzim Piriyev, bölmə
rəis ləri Zakir Nəsirov və Namiq Məmmədovla görüşdüm. Dedilər
ki, ertəsi gün saat 9-da Ağdaşda 15 rayonun nümayəndələrinin iş -
ti rakı ilə müşavirə keçiriləcək. Mən 15 nəfərdən ibarət əməliyyat
qru puna təyin edildim. DİN-in İstintaq İdarəsində mühüm işlər
üz rə baş müstəntiq Seyidağa Əmirova da xüsusi tapşırıq həvalə
olun du.
Qrupun üzvləri konkret tapşırıqlar aldıqdan sonra qə bi ris -
tan lıqlarda və lazımi sahələrdə pusqular qoyuldu. Ratsiya ilə 15
ra yonla əlaqə qurduq.
İyun ayının axır günlərinin birində, gecə saat 2-də Yevlax-
Xal dan postunun növbətçisi, Ağdam rayonunun Qarağaclı  qə bi -
ris tanlığında naməlum şəxslərin tutulması haqqında məlumat ver -
di. Təcili Ağdama getdim.Tutulanlardan biri hərbçi, o biri isə
onun əmisi oğlu idi. Onlar öz cinayətlərini bununla əsaslandırırdılar
ki, guya Şuşadan gəlirlər.Təsadüfən burda dayanıblar. Onların
ma şınına baxış keçirilərkən  alətlər tapıldı. Müstəntiqin sorğu-su -
a lından sonra hər ikisi Ağdaş RDİŞ-nə gətirildilər. Onların özlərini
ne cə aparmalarını müşahidə edirdim. İstintaq  zamanı məlum ol -
du ki, tutulub saxlanılanlar Daşkəsən rayonunda anadan olmuş
Gən cə şəhər sakinidirlər. Təkzibolunmaz faktlarla ikiayaqlı “gor -
eşən lərin” əməlləri sübuta yetirildi. Onlar layiqli cəzalarını aldılar.
Bakıya qayıtdıqdan sonra bu cinayətin açılmasına görə “DİO-
da əla xidmətə görə” döş nişanı ilə ikinci dəfə təltif olundum”
(“Zəhmli polkovnik“ kitabından). 
Heç nəfəsini dərməyə də qoymadılar, yəni iki gün sonra,
iyulun 20-də Səbayıl (keçmiş 26 Bakı komissarı) rayon DİŞ-də
yoxlamaya göndərildi. 
Avqust ayında bir neçə rayonda – Laçında, Qubadlıda, Fü -
zu  lidə, Ağdamda, Bərdədə, Yevlaxda, Şəkidə, Qəbələdə, İs ma -


57
Tanı oğlunu, Vətən!
yıl lıda, Xan larda, Göy-göldə, Şəmkirdə, Ağcabədidə ezamiyyətlərdə
ol du.
1986-cı il avqustun 20-si idi. Ə.Piriyev Bərdəyə getməli ol -
duğunu bildirdi. Bərdədə kişi meyiti tapılmışdı. Hadisə yeri müa -
yinə edilir. Artıq bir neçə saatdan sonra meyitin şəxsiyyəti mü -
əyyən edildi. Cinayətkarların kimliyi məlum oldu və istintaqın
nə ticəsi Ə.Piriyevə məruzə olundu.
Ordan da Yevlaxa getməli oldu.
Xaldanda, Əlican çayının kənarında yaşlı bir qadın meyiti
atılmışdı. Vaxt itirmədən işə başladılar. Yevlax rayon DİŞ-in rəisi,
milis polkovniki Məhi Quliyevlə əməliyyat planı hazırladılar.
Hadisəni mərhumun gəlini və ruhi xəstə olan oğlu törətmişdi.
Milisdə işləyən oğlu Məhəmməd cinayətin izini itirmək üçün
anasının meyitini motosikllə gətirib bura atmışdı. Cinayətkarlar
törətdikləri cinayəti etiraf etdilər.
Xanlar Rayonlararası Tədarük Bazasının direktoru və sürücüsü
“VAZ-2102” markalı avtomobildə odlu silahla qətlə yetirilmişdi.
3 sentyabr 1986-cı ildə Ə.Piriyevin tapşırığı ilə Xanlara (indiki
Göygol rayonu) gəldi. Rayon prokuroru Gülmalı Nuriyev, müstəntiq
Şəmşir Əliyev, Respublika Prokurorluğunun kriminalisti Rövşən
Əliyev, DİN CAŞ-nin şöbə rəisinin müavini Raylis Əliyev hadisə
yerini yenidən müa yinə etdilər. Düz üç ay gərgin iş getdi. Müəyyən
obyektiv və sub yektiv səbəblərdən cinayət işinin açılması uzanırdı.
Ona görə də Xanlara ezamiyyət müddəti düz altı aya qədər uzan -
dı.
Nazirlikdə işləmək ona bir kabinet məmurunun hüzurunu
gə tirmədi. Günü ezamiyyətlərdə yollarda keçirdi, psixoloji gərginlik,
fiziki yorğunluq əldən salmışdı. Xüsusən bir sıra qətl-ölüm işlərinin
açılmaması, istintaq-əməliyyat prosesinin mənasız şəkildə uzanması
mənəvi rahatsızlıq yaratmışdı.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə