Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   2   3   4   5   6   7   8   9   10   ...   53

28
Tanı oğlunu, Vətən!
...Mircəfər Bağırov başının NKVD dəstəsi ilə Ağdamda
oturmuşdu. Atamı çağırıb deyir: «Filan pəyədə 18 nəfər qaçaq
gizlənib».
Qara damı mühasirəyə aldıq. Qaçaqlar səhərin şirin yuxusunda
idilər. Evin qapısına yaxınlaşdım. Qaçaq Mirsəqulun və dəstəsinin
qəfil üstünü aldıq. Kirmişcə ona “aradan çıx”, dedim. Əvvəlcə
razı olmadı. «Getmirəm. Öləndə də yoldaşlarımla bir yerdə
öləcəyik», – dedi.
Dedim:
– Mən borcumu qaytarmağa gəlmişəm.
Mirsəqulu buraxdım, qalanlarını qabağımıza qatıb gətirdik.
M.C.Bağırov soruşdu ki, 18 nəfər olmalıydı, bəs biri hanı?..
Teymur Hacıyev, Mirsəqul kişi və Surxay Məmmədov kimi
köhnə kişilərin dostluğu örnək deyilmi?..
...“Su daşı” bu ailənin, bu nəslin mənəvi-əxlaqı ob ra zını da -
ha dəqiq ifadə edir. Sabir müəllim  xatırlayır: “Mən hələ uşaq ikən
evimizdə su süzən daş görmüşdüm. Atam həmişə bizə de yərdi ki,
suyu daşdan içərsiniz... Atam onu “Vəng” deyilən yer dən gətirmişdi,
təxminən o daşın 200 yaşı var. Erməni işğalçıları kən dimizi zəbt
edəndə mən həmən daşı atamın yadigarı kimi özüm lə götürmüşdüm.
Azərbaycanın neçə rayonunda xidmətimlə əla qədar yaşadımsa,
özümlə apardım...”
Sadir Məmmədovun qəl 
bi də saf, könül dünyası su daşı
kimidir – haramlığı, saxtalığı, pa xıl lığı, çamuru, yalanı götürmür...


29
Tanı oğlunu, Vətən!
“QAPI-BACA YİYƏSİZ QALIB...” 
u____________________________________________
S
urxay kişinin ömür-gün yoldaşı, el anası, Saray xanım
Kən gər li  qı zı dır,  Co mərd li -
lər soyundandır. Saray Həsən qızı
1902-ci  ildə  Kən gər li nin  Şir vanlı  elin -
də  anadan  olub.  Xan  kən din də  olan da
çox narahat olur du. Sa dir sa rı dan hə -
mişə  həyəcan  ke çi rir di.  Şər  qa ra lan  ki -
mi soruşurdu:
– A bala, Sadirdən bir xəbər
varmı?
Ürək-dirək verirdilər:
– Qorxma, ay ana, Sadir elə oğul
deyil ki, erməni ona bir qələt eləyə
bilsin.
Saray xanım böyük bir nəslin ağbirçəyi idi. İkinci Dünya mü -
ha ri bə sinin aclıq-yoxluq, qanlı-qadalı illərində təkcə öz ailəsinə
deyil, həm də qardaşlarına, qayınlarına baxdı.
Böyük bir nəsil Surxay kişinin ocağının istisinə isinib. Saray
xa nımın xeyirxah, mərhəmətli ürəyinə, halal çörəkli təhnəsinə ta -
pın dı.
Saray xanım uzun müddət kənddə tibb bacısı işlədi. Uşaq -
ların əllərini başına yığandan sonra evdar qadın oldu.


30
Tanı oğlunu, Vətən!
Nəvələrini və nəticələrini başına yığdı.
Maşallah, nəvələr də babalarına, atalarına layiq oldular. Sa -
hi bin oğlu Asəf indi tanınmış və nüfuzlu vəkildir. Sahibin o biri
oğ lu Fədail Moskvada yaşayır, beynəlxalq statuslu vəkildir.
Sadirin oğlu Tural indi polis mayorudur, özü hörmət sa hi bi -
dir, atasının şərəfli yolunu davam etdirir...
Bu nəslin cavanları Qarabağ müharibəsi dövründə əllərində
silah vuruşublar. Müşfiq və İlham daxili işlər orqanlarında iş lə yir -
lər və ön cəbhədə olurdular.
Bu nur – ipək, üzü-gözü göyçək, müdrik ağbirçəyin də
taleyinə qaçqınlıq, didərginlik düşdü. Evini-eşiyini yetim qoydu.
Oturub duranda elə hey deyirdi: “Həyət-baca yiyəsiz qalıb. Pişik,
toyuq-cücə acından öldü...”.
Saray xanım 108 yaşında dünyasını dəyişdi. Onun mübarək
ruhu Qarabağ göylərində dolaşır, qapı-bacasına nəzər yetirir.


31
Tanı oğlunu, Vətən!
AĞDAM BALASININ “ÖZBƏK MARŞI”
u____________________________________________
P
olkovnikin həyatı maraqlı ha 
di 
sə 
lərlə, çətin, təhlükəli
sınaqlarla o qədər zəngindir ki, das tan dili ilə danışılsa,
bəlkə də bir neçə insanın ömrünə yetərdi. Onun mənalı taleyini
tərcümeyi-hal janrının tələblərinə uyğun ola raq ardıcıllıqla, qısaca
belə başlamaq olardı:
1950-ci ilin fevral ayında Ağdamın
Göytəpə sovetliyinin Kən gərli kəndində,
el ağsaqqalı Surxay kişinin ailəsində bir
körpə dün yaya gəldi. Adını Sadir qoydular
(Qə ri bədir: Surxay kişi bütün övladlarına
“S” ilə başlayan adlar qoyub).
Orta məktəbi doğma kəndində bitirib,
Gəncə Pedaqoji İnstitutunun (İndiki Gəncə
Dövlət Universiteti) tarix fakültəsinə daxil
olub. Təhsilini başa vurub, Ağdamın
Söyüdlüqol kənd orta mək tə bində tarix
müəllimi, direktor müavini, Üzeyir Ha -
cı 
bəyov adına Ağ 
dam musiqi texniku-
munda müəllim işləyib.
1971-1972-ci illərdə SSRİ Silahlı Qüv vələrində hərbi xidmətdə
olub, özü də Ermənistanın Leninakan şəhərində.
Ancaq uşaqlıqdan könlündəki arzu-dilək – milis (polis) ol -
maq arzusu ona rahatlıq vermədi. Milis olmaq istəyilə bağlı də -
fələrlə müvafiq orqanlara müraciət etsə də, bir nəticə hasil olmurdu.
Ağ dam musiqi texniku-
munda müəllim. 1970-ci il


32
Tanı oğlunu, Vətən!
Nə Surxay kişinin nüfuzu, nə də gəncin qətiyyəti bürokratik ən -
gəl ləri aşmağa kömək etmirdi. Bu iş Ağdamda alınmır. Amma
gənc inadından dönmür. Sənədlərini Gəncəyə, şəhər daxili işlər
ida rəsinə də göndərir – yenə müsbət cavab almır.
Hər dəfə min bir bəhanə gətirdilər. Ona “Kommunist Par ti -
ya sının üzvü olmalısan” dedilər. Atasının Gəncədəki dostu, mü -
ha ribə veteranı Teymur Hacıyevin dəstəyi də bir səmərə vermirdi.
Köh nə kommunist, ömrünü bu partiyaya həsr etmiş, onun ideallarına
və ideyalarına dərindən inanmış Surxay kişinin əziyyətindən sonra,
nə hayət, partiya üzvlüyünə namizəd kimi qəbul olunur.
Qiyaslı kəndindən olan dostu Nemət Əliyev bu mübarizənin
mənasız olduğunu dedi, Özbəkistana getməyini məsləhət gördü.
Bəlkə də orda alındı...
İçində orqan işçisi, milis zabiti olmaq həvəsi o qədər güclü
idi ki, SSRİ-nin istənilən nöqtəsində, Çukotkada belə işləməyə
hazır idi. Təki sevdiyi formanı geysin.
Uşaqlıq dostu, həmkəndlisi İsibəyli Musa kişinin oğlu
Məhərrəm İsmayılov da bu arzunun onda ötəri həvəs olmadığını
qeyd edir: “O, uşaqlıqdan çekist kimi hərəkət edirdi. Məğrur
görkəmi və duruşu ilə tay-tuşlarının hamısından seçilirdi. Bu
məğrur görkəmi o özündə bu gün də qoruyub saxlaya bilmişdir”.
Yaxşı deyiblər: “Niyyətin hara – mənzilin də ora”. 
Eldəniz Quliyev (gənclik dostu) o illəri belə xatırlayır: “Bir
gün mənə dedi ki, Eldəniz, Özbəkistana məktub yazmışam. Nə
deyirsən?
Nə deyəcəyəm? Bütün işlərdə xeyir-duasını mən vermişəm.
Ona uğur dilədim. Çox keçmədi ki, Özbəkistandan müsbət cavab
gəldi. Sevindik. Düzdür, Özbəkistana gedəndə iki nəfər idilər.
Orda yalnız Sadir qərar tutub ad qazana bildi.”


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə