Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   2   3   4   5   6   7   8   9   ...   53

Polkovnik öz əməkdaşlarını, iş yoldaşlarını sevirdi. Onların
gö zün də təkcə tələbkar, məsuliyyətli və həssas rəis deyildi. Onlar
üçün həm də müdrik, dünyagörmüş bir el ağsaqqalıydı.
Onun baş leytenant Məhyəddin Hümbətovla bağlı nazirə ün -
van 
ladığı raportundan bir cümləsi diqqətimi çəkmişdi. Bu bir
cüm lə onun insana həssaslığını, sərtliyin içində zərifliyini göstərir:
“Rəh mətliyə  (M.Hümbətova – R.K.) xas olmayan təbəssümünü və
gül məyini həmişə qələbələrdən sonra qısa bir müddətə onun üzün -
də görmək olardı”.
Polkovnik özü həmin hadisəni belə xatırlayır: 1990-cı illərin
əv vəl ləri idi. Şuşa rayon polis şöbəsinin həddi-büluğa çatmayanlarla
üz rə müvəkkili, baş leytenant Məhyəddin Hümbətovu kabinetimə
də vət  etdim.
Soruşdum:
– Səni həmişə kefsiz görürəm. Üzün heç gülmür, bəlkə bir
hadisə baş verib?
Dedi:
– Yoldaş polkovnik-leytenant, ermənilərin azğınlığı, qəddarlığı
baş alıb gedir. Maniklidə yaşlı anam var, ondan çox nigaranam.
Ölü 
sün 
dən-dirisindən xəbərim yoxdur. Əgər mümkünsə, işimi
Mar dakert (Ağdərə) rayonuna dəyişin. Onsuz da nə fərqi var – ya
Şu şada, ya da orda xidmət edim? Onsuz da orda da fövqəladə və -
ziy 
yətdir, əməliyyat şəraiti çətindir. Heç olmasa, anama yaxın
ola ram...
Qalxıb alnından öpdüm. 
Anasını düşünən oğul Vətənini də tək buraxmaz”.
“Zəhmli” polkovnikin nə qədər qayğıkeş və mərhəmətli ürək
sahibi olduğunu tibb elmləri namizədi, dosent Tariyel Eyvazlı da
14
Tanı oğlunu, Vətən!


15
təsdiq edir: “O zaman Ağdam rayon səhiyyə şöbəsinin müdiri iş -
ləyirdim. Özünü həmişə çox şax tuturdu. Qürurlu və mərhəmətli
idi. Ya ra lı la rın savaş bölgəsindən çıxarılmasında fəal iştirak edir -
di”.
Nə qədər sərt olsa da, o, bir ağsaqqal tənbehindən utanıb su -
sa bilər, bir kövrək xatirədən kövrəlib doluxsuna bilər, bir nadan
at macasından ürəyi yaralana da bilər. Yaşının, ömrünün bu çağında
hələ də atası Surxay kişinin öyüdlərini, nəsihətlərini gözlərində
yaş danışır.
Sadir müəllim həm də çox söhbətcil adamdır, gözəl hekayəçidir.
Yaddaşındakı obrazlar və maraqlı əhvalatlar, hadisələr, o illərin, o
dövrün vacib faktları kimi bir çox gizli mətləbləri gerçək anlamağa
da imkan verir.
Onu yaxından tanıyanlar yaxşı bilir ki, onun könül dünyası
nə qədər zəngindir. Bir qarabağlı, ağdamlı kimi, muğamlarımızı
sevir, təsniflərimizi, xalq mahnılarımızı zümzümə etmək ona zövq
verir.
Mərhum sənətkarımız Sədi Məmmədov onun əmisi oğludur.
Xalq artisti Zaur Rzayev polkovnik haqqında kitab yazdığımı
biləndə çox sevindi və dedi:
“Sadir Məmmədov təpədən dırnağa qarabağlıdır. Əsl qarabağlı
ne cə olur – vətənini sevən, dostluğu-qardaşlığı bacaran, elinə-gü -
nü nə bağlı olan insan. Mənim əziz dostum və qardaşım Sadir
Məmmədov belə qarabağlıdır, böyük hərflərlə yazılan QARABAĞLI!
Dəfələrlə ölümlə üzləşib. Allah onu qoruyub. Vətənini sevən
oğulları Allah da hifz edir. Ermənilərin içində dövlətimizin
siyasətini yeridib. Qorxmadan, igidliklə. Ermənilər ondan çəkinirdilər.
Dostluğumuzun az qala 30 illik tarixçəsi var. sadir müəllim
dostluğun şahıdır, dostluğun sultanıdır. Dostluq etməyi ondan
Tanı oğlunu, Vətən!


öyrənmək lazımdır. Mən fəxr edirəm ki, mənim belə dostum var,
etibarlı, güvənli,mərd! İndi balalarımız dostluq edir, ailələrimiz
bir-birinə o qədər doğmalaşıblar ki!..
O, musiqimizin böyük dostudur. Muğamlarımızın, təs nif lə -
ri mizin dəlisidir – axı, o, Qarabağlıdır! O, muğam vu rğunudur.
Sadir Məmmədov mənim üçün general-polkovnuikdir.
Xalqımızın əsl qəhrəmanıdır, milli qəhrəmanıdır.
Və xalqı maarifləndirmək lazımdır ki, belə qəhrəmanları
tanısın.  
Sadir Surxay oğlu Məmmədov kimi dəyərli insanlardan ona
görə yazmaq lazımdır ki, onların Vətən, xalq qarşısında xidmətləri,
əziyyətləri unudulmasın. Onların davranışı, hünərləri, kişiliyi
gənclərimizə örnək olsun”. 
16
Tanı oğlunu, Vətən!
Sədi Məmmədov və xalq artisti Zaur Rzayevlə


17
...Azərbaycan üçün, Qarabağ üçün iş təcrübəsinin gərəkli
vaxtlarında onu sərəncamda saxladılar rütbəsinə, həyat təcrübəsinə
layiq olmayan vəzifələrə təyin etdilər (onda onun 44 yuaşı var idi)
və sonra da təqaüdə göndərdilər. Gizli intriqalar, qısqanclıqlar,
paxıllıqlar, maneələrə rast gəldi. Taleyinə gözəgörünməz qara
əllər uzandı, qara tikanlar yolunda bitdi. Beləcə o, öz layiq olduğu
halal haqqını almadı.
Bu, əsl Vətən oğullarının alın yazısıdır...
Tanı oğlunu, Vətən!


18
Tanı oğlunu, Vətən!
POLKOVNİKİN PORTRETİ
u____________________________________________
Ə
gər qədim fizionomika elminə
inan saq,  in sa nın  zahiri  əla -
mətlərinin, üz ciz gilərinin, onun daxili
aləmi, xarakte ri ilə müəy yən bağlılığı
var. Sadir Məm mədovu yaxından ta nı -
yanlar, onun la qısa təmasda olanlar da
onda klassik türk insanına, Kəngərli tay -
fa sına xas olan zahiri cizgiləri, an tro -
poloji cəhətləri qeyd edirlər. Bütün söh -
bət lər  də,  xa ti rə lərdə,  məqalələrdə  onun
hər  kəsin  diq qətini   çə kən  etnik  ko loritə
malik por  treti, demək olar ki, təkrarlanıb.
On lar dan bir neçə seç mə-sitat verək: 
“Sadir  müəllim  qa ra buğ da yı,  hün -
 
dürboy, iri bığları olan əsil cən 
ga 
vər
təbiətli bir milis zabiti idi. De mək olar
ki, bütün DQMV-də sis 
temdə işləyən
azərbaycanlılar onun 
 
la fəxr edirdilər”
(A.Hüseynli);
“Məğrur görkəmi və duruşu ilə
tay-tuşlarının hamısından seçilirdi. Bu
məğrur görkəmi o, özündə bu gün də
qoruyub saxlaya bilmişdir” (M.İs ma yı -
lov).


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə