Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   2   3   4   5   6   7   8   9   ...   53

24
Tanı oğlunu, Vətən!
Bir faciəni heç unuda bilmirəm:
Sur xay kişinin Sadirdən kiçik oğlu Sa -
di qi maşın vurmuşdu. Hamı düşünürdü
ki, Surxay kişi qəza törədən sürücünü
tutdurub türmələrdə çürütdürəcək. Hə -
min günlərdə kim ona yaxınlaşıb söz
deyə bilərdi? Qəza törədənin qohum-
əqrəbası minnət üçün qa pısına gəlmək
istəyirdi. Am ma qorxurdular. Müstəntiq
də sü rücünün həbsində maraqlı və is -
rarlı idi. 
Sürücünün bir çətən kül fə ti vardı.
Kasıb, yazıq ada 
mıy 
dı. Sur 
xay kişi:
“Allahdan gə lən qəzadır,” – deyib, son
və  çə tin  qə ra rı nı  verdi.  Sü rü cünün  tu -
 tul ma sı na  imkan  vermədi...” 
Belə atanın davranışı oğul la rı üçün
də örnək olur. Surxay ki şinin ib rət li ya -
şamı, ağır tax ta lı, ağsaqqal davranışı öv -
lad la rının, xüsusən Sadir və Sabir qar -
 daşlarının  mənəvi  dünyasını  ta mam la -
y ır.
Surxay kişinin işıqlı ob ra zı, zəngin
mənəviyyatı xa ti rələrdən boylanır. Sadir
müəl lim atasından söz açarkən müt ləq
onun dostlarını rəhmət his 
si ilə yad
edir:  “Mənim  hə ya tım da  dərin  iz  bu rax mış  ki şi lər dən  biri  də
atasının dostu Tey mur əmidir, ” – deyir.
Böyük qardaşı Sahib
Qardaşı Sabir Məmmədov


25
Tanı oğlunu, Vətən!
Teymur əmi (Teymur Ab-
bas oğlu Hacıyev – O, Gədəbəy
ra yo nunun  Arıxdam  kəndindən
idi. Surxay kişi ilə dostluğu
1930-cu il 
lərdən, daxili işlər
orqanlarında birgə xidmət
dövründən  baş la mışdı)  Gəncə
şəhər ağsaqqallar şurasının sədri
idi. Gəncədəki hə yatım, tə lə -
bə lik illərim, təhsil, məişət qay -
ğı larım bu böyük ki şi nin adı
ilə,  xe yir xah lığı  ilə  bağlıdır.
Təkcə məndən ötrü deyil, qar -
daşlarım Sahib və Sa bir üçün
əsl əmilik etdi. Bizdən qayğısını
heç vaxt əsirgəmədi, bizə ağ -
saq qallıq  etdi,  məs lə hət lər  verdi.
“Yax  şılıq  itmir”  –  de yib  ata la -
rı mız.
Hər dəfə yolumuz Gən cə yə düşəndə qəbrini ziyarət edi rik,
ruhuna dualar oxuduruq. Dün ya belə kişilərin çiyinləri üs tündə
durur.
Teymur əmi əsl kişi dost lu ğu nun, mərdliyin və sədaqətin
rəmzi idi. Teymur əmi kimi ki şi lə rin əxlaqı, dav ranışı ömrüm bo -
yu mənim üçün ör nək oldu”. 
Sadir Məmmədov danışır ki: “atam 18 km-lik məsafədən,
Şah bu laq dan kəndə saxsı borularla su xətti çəkdirmişdi. Krantı
elə yerdə qoy muşdu ki, hamı suyu ordan apar sın.
Evimiz su krantının 70 metrliyində olsa da, əlavə boru qoy -
du rub suyu qapıya çəkməyə icazə vermədi...”
Teymur Hacıyev


26
Tanı oğlunu, Vətən!
O, təbii ki, kommunist ideallarına inanırdı, sosialist qa nun -
çu luğuna sadiq idi. Bunu professor Raqub Kərimov təsdiq edir:
“Sur xay kişi əsl kommunist idi. Çox sərt adam idi. Sadirə bu
qorx mazlıq onun soy-kökündən gəlir”.
Sadir müəllimin danışdığı bir əhvalat bu mənada ibrətamizdir:
Buxarada işləyirdim. Bir dəfə atam yanıma gəlmişdi. İkinci gün
idi ki, adətim üzrə, evə yenə gec gəlmişdim. Gördüm ki, kişi yat -
ma yıb, oturub mənim gəlməyimi gözləyir. Məni görən kimi coşdu,
nə coşdu:
– Sən bilmirsənmi, bir gün səni tutacaqlar?!
Düzü, təəccübləndim, o biri otağa keçdim. Bütün paltarlarımın
döşəməyə dağıldığını gördüm. Atam məni ciddi və sərt şəkildə
ittiham etməyə başladı:
– Vaxt gələcək, sorğu-sual edəcəklər ki, ayda nə qədər maaş
alır san? Bunları hansı pula aldığını soruşanda nə cavab verəcəksən?
Deməli, sən rüşvətxorsan! Adamın bir yay, bir də qış ayaqqabısı
və paltarı olar, sən isə pal-paltarla evi doldurmusan. Deməli, bur -
da oğurluq və rüşvətxorluqla məşğul olursan. Tez ol, məni Bakıya
yo la sal! Artıq səni oğulluqdan çı xart dım”.
Surxay kişini son mənzilə – kənd qəbiristanlığına qədər
Şah malı Kürdoğlu “Zəmin-xarə” oxuya-oxuya yola saldılar... 
“Şahmalı Kürdoğlunun atası mərhum Mirsəqul kişi ilə Sur -
xay kişi 1928-ci ildən dostluq etmişdilər. Ona görə də o, atama
“əmi” deyirdi, biz isə bir-birimizə “əmioğlu” deyə müraciət edir -
dik.
Qiyaslı kəndi Söyüdlüqol orta məktəbində müəllim işləyirdim.
İşə av 
to 
bus 
la gedib gəlirdim. Həftənin birinci günü idi, dərsə
gedirdim. Yan oturacaqda bir əzəmətli, lopabığ kişinin baxışlarını
hiss etdim. Mən dönüb ona tərəf baxan kimi:


27
Tanı oğlunu, Vətən!
– Ay oğul, kimsən, nəçisən, hara gedirsən? – deyə soruşdu.
– Müəlliməm, əmi, işə gedirəm.
Kişini maraq götürdü.
– Kimlərdənsən, ay bala, kimin oğlusan?
Və cavabımı gözləmədən soruşdu:
– Kəngərli Surxayın nəyisən?
– Oğluyam.
– Sən ki, mənim qardaşım oğlusan.
Nə qədər dedimsə, xeyri olmadı.
Qiyaslı kəndinin girişində məni avtobusdan düşürdü, «bizə
gedirik», – dedi. Bu, Şahmalı Kürdoğlunun atası Mirsəqul kişi
idi...
Axşam evdə əhvalatı atama danışdım. Atam: «Tanıdım,
Mir səqul kişidir, çox igid adam olub», – dedi və bu xatirəni da -
nış dı:
Yaylağa köçürdük. Köçümüz Tərnöyüd meşəsindən keçirdi.
Bacın ananın qucağında, atın belində idi. Qabağımızı qaçaqlar
kəsdilər. O zaman dağda-daşda, meşələrdə çoxlu qaçaq məskən
salmışdı. Şura hökuməti onlara qarşı mübarizə aparırdı. Qaçaq
Mürsəqul atını qabağa sürüb:
– Ayə, qansalan (yəni komsomol) köpəkoğlu, bəxtin onda
gətirib ki, yanında arvad-uşaq var. Get, onlara qurban ol, bir də
əlimə keçsən, özünü ölmüş bil, – dedi.
Bizi buraxdılar, sağ-salamat keçib getdik.
Bu hadisə ikinci dəfə də təkrarlandı. Bu dəfə də yüngül
hədə-qorxu gəlib bizə dəymədilər. «Ay, qansalan, biz qadın olan
yerdə güllə atmırıq. Əcəl səni hərləməsin», – dedi.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə