Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə27/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

112
Tanı oğlunu, Vətən!
üçün onlara hər cür şərait ya ra dırdı. Bircə faktı xatırlamaq ki fa -
yətdir: Onun rəhbərliyə başladığı 10 gün ərzində (18-21 sentyabr)
Ste panakertdən 12 min azərbaycanlı küt ləvi şəkildə qovuldu.
Ermənilər Qarabağda mitinqlər keçirir, “Daşnaksütyun”,
“Krunk” emissarları Xankəndinə sərbəst şəkildə gedib gəlirdilər,
mitinqlərə rəhbərlik edirdilər. DQMV Dİİ-nin rəisi R.Tumanyants
başda olmaqla erməni əsilli milis əməkdaşları da kütləvi tədbirlərə
qatılır, səslənən separatçılıq çağırışlarını, fitnəkar uydurmaları
dəstəkləyirdilər. Bunu respublika rəhbərliyi də etiraf edirdi: “Azər -
baycan xalqının həyatı və təhlükəsizliyi təhlükəyə məruz qoyulub.
La kin heç kəs bu qanunsuz terrorçu dəstələri tərksilah etməyə cə -
sarət etmir” (bax: “Bakı” qəzeti, 6 iyul 1990-cı il).
Bütün yaşayış məntəqələrində azərbaycanlılardan ov tü fəng -
lə rini belə yığdırdı. Laçın-Gorus yolu ilə gətirilən silahlar isə er -
mə nilərə  paylanılırdı.
Məhz A.Volskinin siyasi möhtəkirliyi və “er mə ni pərəst ida -
rə çiliyi” Azərbaycan kəndlərinin ərzaq, yanacaq, elek trik enerjisi
ilə təminatında çətinliklər yaradırdı. Qarabağ azər bay canlılarının
gü nü-güzaranı  ağırlaşırdı. 
Vilayət İcraiyyə Komitəsinin binası üzərindəki Azərbaycan
bay 
rağı endirilmiş, Ermənistan bayrağı qaldırılmışdı. A.Volski
gözdən pərdə asmaq üçün Azərbaycan bayrağını xaincəsinə endirən
er mə nini həbs etdirsə də, tezliklə azad olundu.
Sadir Məmmədov danışır ki, “1990-cı il yanvarın 29-da Şu şa
Müəssisədənkənar Mühafizə Bölməsinin rəisi Rəşid Hüseynov
mən dən icazəsiz dörd nəfər milisi – Hafız, Səfər, İlqar və Elçini
Ste panakertə maaş almağa gön dərmişdi. Əsgəran Rayon Daxıli İş -
lər Şöbəsinin rəisi K.Ağa can yan və R.Tumanyants onları girov gö -
türtmüşdü. Məsələni eşidəndə bədənimdən soyuq bir gi zilti keçdi.
Həmin milis işçilərinin girov götürülməsi məqsədli idi. Çünki


113
Tanı oğlunu, Vətən!
Ağdamda keçmiş Ağcakənd (Şaumyan) rayon partiya komitəsinin
birinci katibi Vladimir Ağacanyanı girov götürmüşdülər. O, Əsgəran
rayon milis şöbəsinin rəisi Karlen Ağacanyanın qardaşı idi. Vla di -
miri dörd nəfər milis işçisi ilə dəyişdirmək tələbi irəli sürülürdü. 
Bu haqda Bakıya – şəxsən nazirə, hərbi komendaturaya
məlumat ver dim. Tumanyantsa isə bildirdim ki, bu işin nəticəsi
çox acınacaqlı ola caq. Milisləri azad edin. Əsəblərimi cilovlaya
bilmirdim. Ste pa nakertə gedib, Tumanyantsla söhbət apararaq, bu
işlərin hamısını onun təşkil etdiyini bildirdim. Bu zaman general
Safonovu əvəz edən general Kosolapov (ermənilərin ən yaxın
dostu) içəri girdi. Tumanyantsla məni hərbçilər zorla sakitləşdirdilər”
(“Zəhmli polkovnik”).
Hərbi komendanlığı ayağa qaldırdı. Rus generalları ilə da nı -
şıq lar  apardı. 
1990-cı il fevralın 18-də milislərin girovluqdan azad edilməsinə
nail oldu.
Nə Moskva, nə də Xüsusi İdarəetmə Komitəsi er mə nilərin
si lahları hardan əldə etdiyi ilə qətiyyən maraqlanmırdı. Ək sinə,
bir erməni ekstremist, terrorçu həbs olunan kimi, yuxarılardan te -
lefon zəngləri ara vermirdi, onların sorğusuz-sualsız azad edilməsi
tə ləb  olunurdu.
Volskinin rəhbərliyi dövründə Bakının Stepanakertə nəzarəti
ta mam zəifləmişdi. Respublikanın güc nazirliklərinin nümayəndələri
da ha çox Agdama gəlirdilər, ordan da Bakıya qayıdırdılar. Bütün
gö 
rüşlər, tədbirlər Ağdamda keçirilir, təlimatları, sərəncamları
bur da verirdilər. Ağdam Qarabağın hərbi qərargahına, hərbi-siyasi
mər kəzinə  çevrilmişdi.
Bakının bölgədə hər gün, hər saat dəyişən hadisələrə, sse na -
ri lərə reaksiyası isə gecikirdi. Cəbhədəki uğursuzluqlar da Qarabağın
Azər baycan əhalisi arasında ümidsizliyi, çaşqınlığı, cəmiyyətdə


114
Tanı oğlunu, Vətən!
gər ginliyi bir az da artırmışdı.
S.Məmmədov həmin qarışıq zamanların bir məqamına da
to xunmağı lazım bildi:
“1991-ci il may ayının 10-da vilayətdə pasport rejimi adı al -
tın da başladığımız əməliyyat Moskvanın təzyiqləri altında mayın
15-də dayandırıldı. Əməliyyatın əhəmiyyətli nəticəsi oldu: yüz -
lər 
lə erməni ekstremist tutulub Şuşa və Ağdamdakı Şahbulaq
həbs xanalarına salındı. Xankəndində kütləvi tədbirlər – nümayişlər,
tətillər keçirməsinə qadağa qoyuldu. Şəhərdə hərbiçilərlə polis
əməkdaşlarının birgə növbəçiliyi təşkil olundu və ictimai asayiş
tədricən və qismən bərpa edildi.
Bakıda hakimiyyət davaları sanki Qarabağ məsələsini arxa
plana keçirmişdi. Meydanlarda TK-nın fəaliyyətinə qarşı şüarlar
səsləndirildi, onun ləğv olunması tələb olunurdu.
V.Polyaniçkonu gözlənilmədən Bakıya çağırdılar. General
Safonovu hərbi komendantlıqdan uzaqlaşdırdılar.
Amma bir az sonra – 1991-ci il iyunun 1-2-də Polyaniçko
ge riyə döndü.Vəziyyətdən yararlanan ermənilər “Daşnaksütyun”
və “Krunk” terror təşkilatlarının üzvü, qatı millətçi  Leonard
Petrosyanı (Ermənistan parlamentində güllələnib öldürülənərdən
biri) DQMV XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin
etdilər.
TK-nın işində süstlük, biganəlik, ölgünlük yarandı.
Yeri gəlmişkən, elə buradaca bəzi məqamları xatırlatmaq is -
tər dim. L.Petrosyan sədr kimi vilayət fəallarının ilk iclasını ke çi -
rirdi. V.Polyanıçko da TK-nın içlasını həmin gün, həmin saatda
ke çirirdi. Bu zaman general V.Kovalyov mənə dedi ki, sən TK-
nın iclasında, mən isə XDS-nin iclasında iştirak edəcəyik.
Mən bu təklifə təəccübləndim, soruşdum ki, nə üçün məhz


115
Tanı oğlunu, Vətən!
er mənilərin iclasında? General dedi ki, Bakıdan belə məsləhət bi -
lib lər.
TK-nın iclasında məndən və M.Radayevdən başqa heç kim
yox idi. V.Polyaniçko soruşdu ki, Kovalyov hardadır, niyə gəlmədi?
Mən söhbəti ona danışdım. Polyaniçko dərindən bir ah çəkdi
və dedi: 1988-ci ildə Henrix Poqosyan o zaman respublika
rəhbərliyini aldadıb vəzifəyə gəldi, istədiyinə nail oldu. İndi də
Petrosyan bu yolla gedəcək – o da istədiyini edəcək. Bakıda
oturanlar bunu niyə anlamaq istəmirlər? Bu daşnaklar sizi həmişə
aldadıblar və aldadacaqlar. Onları inandıra bilmədim ki, Petrosyan
Yerevana işləyir, Moskvadakı qüvvələrin sözü ilə oturub durur.
Bu sözləri deyib, Polyaniçko xeyli fikrə getdi.
Mən öz iş yerimə – idarəyə qayıtdım.
Az sonra Polyaniçko TK-dən tamam uzaqlaşdırıldı. Mən bir
də onu 21 noyabr 1991-ci ildə – vertolyot hadisəsi zamanı gördüm.
Hadisə yerinə baxış zamanı mən soruşdum ki, bu necə ola -
caq? Polyaniçkonun dediyi sözlər hələ də yadımdan çıxmayıb:
“Дa, теперь остается Шуша. У кого в руках Шуша, и у того
будет Карабах (Hə, indi Şuşa qalır. Şuşa kimin əlində olsa,
Qarabağ da onundur”).
Təəssüf ki, onun sözləri gerçək oldu. Şuşa 1992-ci il mayın
8-də işğal olundu və Qarabağ tamam düşmən əlinə keçdi.
TK isə Ağdama köçürüldü. Respublika Nazirlər Soveti səd -
ri nin tikinti işləri üzrə müavini Zülfü Hacıyev TK-nın sədri se çil -
di.”
Vilayətdə əhali arasında şayiələr, yalan məlumatlar yayılırdı.
Şayiələr etnik zəmində qarşıdurmaların, siyasi ehtirasların katalizatoru
rolu oynayırdı.
Respublika rəhbərliyi TK-ni də Ağdama köçürmək qərarına
gəlmişdi. 


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə